13/06/2026
🔔🔔🔔13.06.2026 tarixində məktəbdə "Son Zəng" tədbiri keçirilmişdir.
Kürdəmir şəhəri Tofiq İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin rəsmi facebook səhifəsi.
13/06/2026
🔔🔔🔔13.06.2026 tarixində məktəbdə "Son Zəng" tədbiri keçirilmişdir.
09/06/2026
📢 Mərkəzi Aran Regional Təhsil İdarəsinin 2026–2027-ci tədris ili üzrə təmayül siniflərinə şagird qəbulu elan olunur!
Layihəyə 2026–2027-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin X - XI siniflərində təhsil alan şagirdlər müraciət edə bilərlər.
📚 Təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlığını məktəb daxilində daha səmərəli təşkil etməyə, akademik bilik və bacarıqlarını inkişaf etdirməyə xidmət edir.
Qəbul aparılan məktəblər:
• Kürdəmir şəhəri 8 nömrəli tam orta ümumtəhsil məktəbi
• Mingəçevir şəhəri 28 nömrəli tam orta ümumtəhsil məktəbi
• Yevlax şəhəri 12 nömrəli tam orta ümumtəhsil məktəbi
🔗 Qeydiyyat üçün:
https://forms.gle/xEa9nEzFVVhiHRbC9
Təmayül tədris modelinin üstünlükləri:
✅ Ödənişsiz və sistemli abituriyent hazırlığı
✅ Peşəkar müəllim heyəti
✅ Aylıq sınaq imtahanları
✅ Akademik nailiyyətlərin yüksəldilməsi
✅ Yaradıcılıq, liderlik və sosial bacarıqların inkişafı üçün əlavə imkanlar
📌 Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
Təmayül tədris modeli şagirdlərin həm akademik uğurlarını, həm də şəxsi inkişafını dəstəkləyən müasir təhsil imkanları təqdim edir.
05/06/2026
Bu gün təhsildə göstərdikləri yüksək nailiyyətlər və nümunəvi fəaliyyətləri ilə seçilən şagirdlərimizə fəxri fərmanlar təqdim olundu. Onları ürəkdən təbrik edir, gələcək təhsil həyatlarında daha böyük uğurlar arzulayırıq!
04/06/2026
İnsan Hüquqları Aylığı çərçivəsində keçirilən rəsm müsabiqəsi
İnsan Hüquqları Aylığı hər il 18 may–18 iyun tarixləri arasında keçirilir və insan hüquq və azadlıqlarının təbliğinə xidmət edir. Bu aylıq çərçivəsində müxtəlif maarifləndirici tədbirlər, müsabiqələr və sərgilər təşkil olunur.
Mehri Kərimovanın təşkil etdiyi rəsm müsabiqəsinin məqsədi şagirdlərdə insan hüquqları haqqında məlumatlılığı artırmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və hüquq mövzularına maraq yaratmaq olmuşdur. Müsabiqədə iştirakçılar insan hüquqları, bərabərlik, azadlıq, ədalət və tolerantlıq mövzularında rəsmlər təqdim etmişlər.
Təqdim olunan işlər münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, ən yaxşı rəsmlərin müəllifləri mükafatlandırılmışdır. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və insan hüquqlarının təbliğinə öz töhfəsini vermişdir.
02/06/2026
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici dərs .
02.06.2026-cı il tarixində məktəbimizin 7 “a” sinfində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici dərs təşkil olundu. Dərsin məqsədi şagirdlərdə insanların hüquq və azadlıqları haqqında biliklərin artırılması,onların hüquq və vəzifələri barədə məlumatlandırılması idi.
Dərs zamanı şagirdlərə insan hüquqlarının mahiyyəti, uşaq hüquqları, təhsil almaq, fikir bildirmək, sağlam mühitdə yaşamaq kimi əsas hüquqlar barədə ətraflı məlumat verildi. Həmçinin hüquqların qorunmasının vacibliyi, cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq prinsiplərinin əhəmiyyəti müzakirə edildi.
Şagirdlər mövzu ətrafında fikir mübadiləsi apararaq verilən sualları cavablandırdılar. Maarifləndirici dərs onların hüquqi biliklərinin formalaşmasına və vətəndaşlıq məsuliyyətinin inkişafına töhfə verdi.
01/06/2026
Bu gün-1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü.
Əgər dünyanı bir rəsm hesab etsək,onun ən parlaq rəngləri uşaqlardır.Onların gülüşü günəşdən isti,xəyalları səmadan genişdir.Qoy hər bir uşağın arzuları qanad açsın,sevinci heç vaxt tükənməsin.
🌈Uşaqlar gələcəyin sahibi deyil,gələcəyin özüdür.
🌈Hər bir uşaq bir xəyal,bir ümid,bir möcüzədir.Gününüz mübarək,əziz balalar
26/05/2026
🏆26.04.2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu siniflərin buraxılış imtahanlarında yüksək nəticə (200 baldan yüksək) göstərən şagirdlərimizin siyahısı.
Yüksək nəticəyə görə zəhməti olan şagirdləri, müəllimləri və valideynləri təbrik edirik! Uğurlarının davamlı olmasını arzulayırıq!👏