Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb

Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb, School, Beyi, Kjurdamir.

Photos from Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb's post 26/05/2026

🇦🇿 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir məktəbdə böyük coşqu ilə qeyd olundu.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.
Tədbir zamanı iştirakçılara 28 May - Müstəqillik Gününə həsr olunmuş video çarx nümayiş etdirildi və şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər, mahnılar ifa etdilər. Hazırlanan təqdimatlar və kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılandı.


26/05/2026

"Həyat bilgisi və Təbiət" aylığı çərçivəsində məktəbimizin VI sinif şagirdlərinin hazırladıqları maraqlı videoçarx...📽️


26/05/2026

Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi

Kənd təsərrüfatına göstərilən dövlət diqqəti ilə yanaşı, regionların sosial-iqtisadi inkişafına yönəlmiş məqsədyönlü proqramlar və irimiqyaslı investisiyalar ölkənin bütün bölgələrində misilsiz bir canlanmaya səbəb olmuşdur. Uzun illər paytaxt və ətraf ərazilərlə rayonlar arasında mövcud olan iqtisadi disbalans, həyata keçirilən çoxşaxəli infrastruktur layihələri sayəsində aradan qalxmış və kənd yerlərində həyat səviyyəsi kəskin şəkildə yüksəlmişdir. Dövlətin regional siyasətinin əsas hədəfi təkcə mərkəzi şəhərləri deyil, ən ucqar kəndləri belə müasir standartlara çatdırmaq, yerli resurslardan səmərəli istifadə etməklə daxili istehsalı stimullaşdırmaq və əhalinin rifahını davamlı olaraq yaxşılaşdırmaqdır. Bu strateji yanaşma nəticəsində regionlar artıq sadəcə xammal bazası deyil, həm də müasir sənaye, logistika və turizm mərkəzlərinə çevrilərək ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri halına gəlmişdir.Bu böyük tərəqqinin təməlində dayanan ən mühüm amil, şübhəsiz ki, bölgələrdə icra edilən nəhəng və fundamental infrastruktur layihələridir. Regionları bir-biri ilə və beynəlxalq nəqliyyat dəhlizləri ilə birləşdirən müasir magistral yolların, tunellərin, körpülərin və strateji əhəmiyyətli regional hava limanlarının tikintisi ölkə daxilində yük və sərnişin daşınmasını maksimum dərəcədə asanlaşdırmışdır. Paralel olaraq, kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi və təmiz içməli su ilə təminatının yenidən qurulması kimi kommunal layihələr regionlarda yaşayış keyfiyyətini tamamilə dəyişmişdir. Eyni zamanda yüzlərlə yeni müasir məktəbin, tibb müəssisəsinin, uşaq bağçasının və idman kompleksinin istifadəyə verilməsi sosial infrastrukturun keyfiyyətini paytaxt səviyyəsinə qaldırmış və yerlərdə keyfiyyətli xidmətlərə əlçatanlığı təmin etmişdir. Son illərdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq olunan "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları isə regional infrastrukturun ən müasir və dünya səviyyəli zirvəsini təşkil edir.İnfrastrukturun belə sürətlə yenilənməsi regionların investisiya cəlbediciliyini artıraraq birbaşa olaraq yerli məşğulluğun kəskin şəkildə çoxalmasına zəmin yaratmışdır. Müxtəlif rayonlarda yaradılan aqroparklar, sənaye zonaları və sənaye məhəllələri sahibkarlar üçün əlverişli şərait yaradaraq minlərlə gənc və ixtisaslı kadr üçün yeni və daimi iş yerlərinin açılmasına xidmət edir. Dövlətin dəstəyi ilə həyata keçirilən özünüməşğulluq proqramları isə sosial cəhətdən həssas qruplara daxil olan vətəndaşların kiçik ailə təsərrüfatları qurmasına və öz bizneslərini inkişaf etdirməsinə birbaşa imkan yaradır. Digər tərəfdən, bölgələrin unikal təbiəti və tarixi potensialı əsasında qurulan rekreasiya, ekoturizm və dağ-xizək mərkəzləri regionlarda xidmət sektorunun dinamik inkişafını təmin edərək yerli əhalinin gəlirlərini xeyli artırmışdır. Yekun olaraq, regionların canlanması, məşğulluğun artması və nəhəng infrastruktur quruculuğu təkcə iqtisadi göstəricilərin yüksəlməsi ilə məhdudlaşmır, həm də ölkənin bütün guşələrində bərabərhüquqlu, dayanıqlı və parlaq bir gələcəyin təminatına çevrilir.

Məktəbin direktoru: Mahir Heydarov (Mahir Heyderov)

Photos from Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb's post 25/05/2026

"Həyat bilgisi və Təbiət aylığı" çərçivəsində məktəbimizin V sinif şagirdləri ilə "Ətraf mühiti qoruyaq" mövzusunda açıq havada maraqlı dərs keçirildi. Dərs zamanı şagirdlər mövzu ilə bağlı rəsmlər çəkdilər.




Photos from Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb's post 25/05/2026

📘 Şagird davranış qaydaları ilə bağlı maarifləndirici söhbət aparıldı.
Söhbət zamanı məktəbdaxili nizam-intizam qaydaları, qarşılıqlı hörmət, məsuliyyət hissinin formalaşdırılması və etik davranış prinsipləri barədə şagirdlərə ətraflı məlumat verildi. Onlara gündəlik məktəb həyatında qaydalara riayət etməyin vacibliyi izah olundu.
Belə maarifləndirici görüşlər şagirdlərdə düzgün davranış vərdişlərinin formalaşmasına, nizam-intizamın möhkəmlənməsinə və sağlam məktəb mühitinin yaradılmasına mühüm töhfə verir.

Photos from Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb's post 21/05/2026

"İnsan hüquqları aylığı" çərçivəsində məktəbimizin Biologiya müəllimi Mustafayeva Sevda şagirdlərlə Qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici söhbət aparmışdır. Tədbir zamanı şagirdlərin diqqətinə çatdırılmışdır:

📍Qəhvəyi mərmər bağacığı ciddi təhlükə yaradan zərərvericilərdən biridir. 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığın azalmasına səbəb olur.

🐞 Ölçüsü 12–17 mm olan bu həşərat qəhvəyi rəngli, ləkəli və armudvari bədən quruluşuna malikdir. 35–100 km məsafəni uça bilməsi onun sürətlə yayılmasına şərait yaradır.

🌿 Yaz və yay aylarında əkin sahələrində mütəmadi müşahidə aparmaq vacibdir. Xüsusilə yarpaqların alt hissəsi, tumurcuqlar və meyvə saplaqları nəzərdən keçirilməlidir. Zərərverici aşkar edildikdə sahələrdə və təsərrüfat tikililərində feromon tələlərin quraşdırılması effektiv üsullardan biridir.

🏠Yaşayış yerlərində isə mebel arxaları, divar boşluqları və digər gizli sahələr yoxlanmalıdır. Bağacıq aşkar edilərsə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur.

⚠️ Kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi ilə və axşam saatlarında aparılmalıdır.

📌Qəhvəyi mərmər bağacığına qarşı vaxtında mübarizə aparılmalıdır.


Photos from Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb's post 21/05/2026

"İnsan hüquqları aylığı" çərçivəsində məktəbimizdə "Uşaqların internetdəki təhlükələr barədə məlumatlardırılması" adlı dəyirmi masa keçirildi. Tədbir zamanı şagirdlərə internet resurslarından düzgün istifadə edilməsi, təhlükəli hesab edilən saytlardan istifadə edilməməsi barədə ətraflı məlumat verildi.

Photos from Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb's post 20/05/2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Fiziki tərbiyə məşğələlərinin təbliği və genişləndirilməsi tədbirlər təlimatı çərçivəsində, müxtəlif sinif şagirdləri arasında idman yarışlarının keçirilməsi və fiziki aktivliyin artırılması məqsədilə aylıq proqrama uyğun olaraq atletika idman növləri üzrə yarışlar keçirilmişdir.


Photos from Kürdəmir Rayon E.Soltanov adına Beyi kənd tam orta məktəb's post 20/05/2026

🏆Məktəbimizdə şagirdlər arasında velosiped yarışı keçirildi. Yarışın təşkilində əsas məqsəd şagirdlərdə sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və fiziki fəallığın gücləndirilməsi olmuşdur.

🚴Yarış zamanı iştirakçılar təhlükəsizlik qaydalarına riayət edərək müəyyən olunmuş marşrut üzrə mübarizə aparmış, yüksək çeviklik və bacarıq nümayiş etdirmişlər.

Şagirdlər yarışa böyük həvəslə qatılmış, sağlam rəqabət şəraitində öz güclərini sınamışlar.

Tədbir şagirdlərin fiziki inkişafına, komandadaxili münasibətlərin möhkəmlənməsinə və idmana olan marağın artırılmasına müsbət təsir göstərmişdir.

Velosiped yarışı fiziki tərbiyə müəllimi Dürüstkari Nicatın təşkilatçılığı ilə keçirilmişdir.

🏁Yarışın qalibləri:
🥇Eyvazlı Muhammad
🥈Abbasov İbrahim
🥉Abbaslı Fərid


19/05/2026

Səməd Vurgunun dillər əzbəri olan "Azərbaycan"şeiri məktəbimizin VI sinif şagirdlərinin ifasında səsləndi.

#120

Want your school to be the top-listed School/college in Kjurdamir?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Beyi
Kjurdamir

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00