14/06/2026
Məktəbimizdə “Son zəng” tədbiri keçirildi.
Məktəbimizdə IX sinif şagirdləri üçün təntənəli “Son zəng” tədbiri təşkil olunmuşdur. Tədbirdə məktəb kollektivi və valideynlər iştirak etmiş, məzunları bu əlamətdar gün münasibətilə təbrik etmişlər.
Tədbir zamanı çıxış edənlər şagirdlərin təhsil illərində qazandıqları bilik və bacarıqları yüksək qiymətləndirərək onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulamışlar.
Tədris ili ərzində təlim və tərbiyədə, məktəbin ictimai işlərində fəal olan şagirdlər təltif olunmuşdur.
Uğurlarınız bol, yolunuz açıq olsun, əziz məzunlar!
Gələcək təhslinizdə uğurlar, əziz birincilər!