13/06/2026
13.06.2026- cı il tarixində ümumtəhsil məktəbində "Son zəng " tədbiri keçirildi. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbimizin direktoru Rüfət Nəsirov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar, vətənə , xalqa layiqli vətəndaş olmalarını arzuladı.
Tədbirdə şagirdlərin ifasında məzunlara həsr olunmuş şeirlər söyləndi , mahnılar səsləndirildi. Məzunlar müəllimlərə və valideyinlərinə göstərdikləri qayğı və zəhmətə görə təşəkkürlərini bildirdilər.
Sonda "Son zəng" in sədaları altında məzunlar məktəb həyatı ilə vidalaşaraq yeni həyat mərhələsinə qədəm qoydular.Onlara gələcək həyat yollarında uğurlar və parlaq naliyətlər arzulayırıq.