11/10/2023
Eko Səfir Qızlar təhsil proqramı regiondan olan gənc qızları ətraf mühit elçiləri olmağa dəvət edir!
Bu proqram Quba, Qusar, Bərdə, Ağdam və Mingəçevirdə ekoloji maarifləndirmə və davamlılığı artırmaq üçün icmalardan 15-18 yaş arası 50 qızı bir araya gətirmək üçün nəzərdə tutulub.
Əgər bu sahəyə töhvə vermək istəyirsizsə, 50 EKO səfir Qızdan biri olmaq fürsətini qaçırtmayın!
Proqram zamanı Siz:
- Mövzu üzrə mütəxəssislər tərəfindən keçiriləcək canlı təlimlərdə iştirak edəcəksiz.
- Biomüxtəliflik, 3R modeli (Reduce - Azalt, Reuse - Təkrar İstifadə, Recycle - Təkrar emal), bərpa olunan enerji, iqlim dəyişikliyi və daha çox bu kimi ekoloji problemlər haqqında öyrənəcəksiz!
- Öz icma təşəbbüsünüzü həyata keçirtmək arzunuzu gerçəkləşdirmək şansınız olacaq!
- Bu öyrənmə prosesində Sizə ekoloji-dost mentorlar dəstək göstərəcək!
EKO Səfir Qızlar Proqramı icmanıza xidmət edən yeni ekoloji öyrənmə imkanıdır. Bu proqram ABŞ Dövlət Departamentinin Mübadilə proqramı məzunları tərəfindən təşkil olunub, ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənir və Resource HUB-ın təşkilati dəstəyi ilə həyata keçirilir.
Aşağıdakı link vasitəsilə elə indi qeydiyyatdan keçin:
https://forms.gle/3vqHrYNsaJYYyE1S7
Son müraciət tarixi: 15 Oktyabr 2023
Proqramla bağlı hər hansı sualınız yaranarsa, [email protected] email ünvanına müraciət edə bilərsiz.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ECO Ambassador Girls educational program invites young girls from regions to become environmental ambassadors!
This program is designed for bring 50 girls aged 15-18 as eco ambassadors to raise environmental awareness and resilience in Quba, Qusar, Barda, Aghdam and Mingechevir!
If you wish to contribute to this field, then don’t miss this opportunity to become one of 50 ECO ambassador Girls!
During the program:
- You will participate in onsite trainings conducted by field professionals.
- You will learn about various environmental issues such as biodiversity, 3R (Reduce, Reuse, Recycle), renewable energy, climate change and more!
- You will have a chance to fulfill your dream to implement your own community initiative!
- During this learning process you will be supported by eco-friendly mentors!
ECO Ambassador Girls Program is a new ecological learning opportunity to serve for your community! This program is organized by the U.S. Department of State’s Exchange program alumni, funded by the U.S. Embassy in Azerbaijan and implemented by the organizational support of the Resource HUB.
Apply now via the link below:
https://forms.gle/3vqHrYNsaJYYyE1S7
Deadline: 15 October 2023
In case of having any question regarding to the program, you can contact the email address [email protected]