11/02/2026
11.02.2026 ci il tarixdə məktəbimizdə LFO və RFM - nin məktəb mərhələsi keçirildi.İmtahanda qeydiyyatdan keçən bütün şagirdlər iştirak etdi.Şagirdlərimizə uğurlar arzu edirik.
Məktəbin rəsmi Facebook səhifəsi
11/02/2026
11.02.2026 ci il tarixdə məktəbimizdə LFO və RFM - nin məktəb mərhələsi keçirildi.İmtahanda qeydiyyatdan keçən bütün şagirdlər iştirak etdi.Şagirdlərimizə uğurlar arzu edirik.
10/02/2026
🧠📊 10 fevral 2026-cı il tarixində məktəbdə Elm və Təhsil Nazirliyinin F-450 nömrəli əmirinə əsasən 3 cü sinif şagirdləri arasında məntiqi-riyazi təfəkkür səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə sınaq qiymətləndirmə təşkil olundu.
Keçirilən bu qiymətləndirmənin əsas məqsədi şagirdlərin analitik düşünmə, problem həll etmə və riyazi məntiq bacarıqlarını üzə çıxarmaq, eyni zamanda onların potensial imkanlarını düzgün istiqamətləndirərək xüsusi istedadlı şagirdləri erkən mərhələdə aşkarlamaqdan ibarət idi. Tapşırıqlar şagirdlərin yaş xüsusiyyətlərinə uyğun hazırlanmış, onların müstəqil düşünmə və çevik qərarvermə bacarıqlarını yoxlamağa imkan yaratmışdır.
Belə sınaqlar məktəbdə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, gələcək uğurlar üçün möhkəm təməl yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qiymətləndirmənin nəticələrinə əsasən seçilən şagirdlərlə məqsədyönlü işin aparılması, onların intellektual inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Məktəb olaraq əsas hədəflərimizdən biri yüksək düşünmə qabiliyyətinə malik, yaradıcı və təşəbbüskar gənc nəslin formalaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər təhsilimizin keyfiyyətinin artırılmasına və şagirdlərimizin gələcək nailiyyətlərinə mühüm töhfə verir. 🌟
10/02/2026
Bu gün məktəbimizdə pisxoloq Xatirə Abbasovanın təşkilatçılığı ilə VIII və IX sinif şagirdləri olan oğlanlar və qızlarla ayrlıqda gələcək həyatın sağlam təməllər üzərində qurulması məqsədilə "Erkən nikah və onun fəsadları" mövzusunda psixoprofilaktik söhbət aparıldı.
Tədbirin əsas məqsədi yeniyetmə qızları erkən nikahın gətirdiyi fiziki, psixoloji və sosial çətinliklər barədə məlumatlandırmaq, təhsilin və şəxsi inkişafın önəmini vurğulamaqdır.
📝 Görüşün əsas müzakirə mövzuları:
Təhsilin əhəmiyyəti: Qızların peşə sahibi olmasının gələcəkdə onlara qazandırdığı iqtisadi və mənəvi azadlıq.
Psixoloji təsirlər: Yeniyetməlik dövründə ailə məsuliyyətinin yaratdığı ağır psixoloji yük.
Sağlamlıq riskləri: Erkən yaşda qurulan nikahların ana və uşaq sağlamlığı üçün yaratdığı təhlükələr.
Görüş sual-cavab formatında davam etdi və şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənildi. Bildirildi ki, hər bir gənc qız ilk növbədə öz parlaq gələcəyi və təhsili üçün çalışmalı, cəmiyyətdə layiqli yer tutmağı hədəfləməlidir.
24/12/2025
📚✨ Oxu dəqiqələri fəaliyyəti davam etdirilir ✨📚
Gədəbəy rayonu Aytala kənd ümumi orta ümumtəhsil məktəbində oxu dəqiqələri fəaliyyətinə davam etdirilir. Direktorumuz Elvin Məmmədovun təlimatı ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə Muxtarovanın təşkilatçılığı ilə məktəbin kitabxanasindan müxtəlif kitablar şagirdlərə oxumaları üçün verildi.
🎯 Məqsədimiz: şagirdlərin oxuyub anlama bacarıqlarını inkişaf etdirmək, onların dünyagörüşünü genişləndirmək və yaradıcılıq potensialını artırmaq.
Kitabxana müdüri Əliyeva Esmira da iştirak edərək, şagirdlərə dəstək oldu.
Oxumaq sadəcə sözləri tanımaq deyil – oxumaq düşünmək, hiss etmək və dünyanı kəşf etməkdir.
Gəlin uşaqlarımızla birlikdə hər gün bir az daha çox kəşf edək!
09/12/2025
09.12.2025
📖 “Oxu Dəqiqələri” nə start verildi.
Hörmətli şagirdlər və müəllimlər,
Azərbaycan dili dərslərində kollektiv mütaliənin təşkili məqsədilə “Oxu dəqiqələri” layihəsi artıq məktəb kitabxanası ilə birlikdə tətbiq olunur.
Siniflər üzrə istifadə olunacaq bədii ədəbiyyat siyahısı təqdim edilmişdir.
Qeyd edirik ki, proses ilboyu monitorinq ediləcək.
Gəlin birlikdə oxuyaq və bilik dünyamızı genişləndirək! ✨
25/11/2025
"AZAD FİKİR, SUVEREN GƏLƏCƏK"
2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik ili" çərçivəsində
21 noyabr 2025 ci il tarixdə məktəbin tarix müəllimi Rövşən Məmmədovun təşkilatçılığı iləVII, VIII və IX siniflər arasında "Azad fikir, suveren gələcək" adlı intellektual oyun - yarış keçirildi. Komanda şəklində yarışan şagirdlər dövlətçilik tariximiz, vətəndaş məsuliyyəti və dövlətə sədaqət, suverenlik və onu qorumaqda gənclərin rolu mövzusunda sualları cavablandırdılar.
26/09/2025
27 sentyabr Anım Günü ilə əlaqədar dəyirmi masa keçirildi.
Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş dəyrimi masa keçirilib.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərimiz vətənpərvərlik mövzusunda şeirlər söylədilər.
22/09/2025
📊 Məktəbin direktoru Elvin Məmmədov tərəfindən şagirdlər arasında dərnək sorğusu keçirildi.
Məktəbimizdə şagirdlər arasında keçirilən sorğu nəticəsində onların müxtəlif maraqları öyrənildi.
19/09/2025
“20 sentyabr Dövlət Suverenliyi Günü” — Antiterror əməliyyatından sonra Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gün.
2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq cənab Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu münasibətlə məktəbin direktoru Elvin Məmmədov təşkilatçılığı ilə yuxarı sinif şagirdləri ilə dəyirmi masa keçirildi.
15/09/2025
Məktəbdə “Bilik Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk dərslər II-XI siniflərdə “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olundu.
02/07/2025
25 iyun 2025- ci il tarixdə Aytala kənd ümumi orta ümumtəhsil məktəbdə Ümumi orta təhsil haqqında attestatların təqdimatı oldu.
Şagirdlərimizə ugurlar arzulayırıq.