Hacıqabul rayonu K.Quliyev adına Ağacanlı kənd tam orta ümumtəhsil məktəbi

Hacıqabul rayonu K.Quliyev adına Ağacanlı kənd tam orta ümumtəhsil  məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hacıqabul rayonu K.Quliyev adına Ağacanlı kənd tam orta ümumtəhsil məktəbi, Elementary School, Hacıqabul rayonu, Kazi Mahomed.

24/08/2026

Xoşbəxt ailə bir göz qırpımında keçən bir səyahətdir. 27 il davam edən bu səyahət, gözəl bir roman kimi tez bir zamanda uçub keçdi...
Zamanı dayandıra bilməməyimiz çox təəssüf doğurur... Ya da heç olmasa onu yavaşlatmaq... Yaxud da əvvəllər yaxşı bir filmi geri çevirdiyimiz kimi həyatı bir az geri çevirmək mümkün deyil... Odur ki, hər anın dadını çıxarmaq lazımdır.
Həyat yoldaşı, kilidlərimizin açarlarını saxlayan və açarlarımız onun kilidlərinə uyğun gələn birisidir. Özümüzü o qədər təhlükəsiz hiss etdiyimiz zaman, kilidlərimizi aça biləcəyimiz qədər təhlükəsiz hiss etdikdə, ən orijinal özümüz bir-birimizlə görüşməyə gəlir və tam və səmimi olaraq kim olduğumuz ola bilərik. O zaman kim olmağa çalışdığımıza görə deyil, kim olduğumuz üçün sevilirik. Hər birimiz digərindəki ən yaxşı xüsusiyyətləri üzə çıxarır.
Bu illər boyu çətinliklər olsa da, biz ailə olaraq bunların öhdəsindən birgə gəldik və gəlirik şükürlər olsun. Ailələrinizi qoruyun🙏🏼 Ailənizin qədrin bilin🙏🏼 Düzgün insan seçin. Ailənizi dağıtmağa tələsməyin. Hər #

21/08/2026
Valideynlərin diqqətinə:2023-2024-cü tədris ilindən etibarən Hacıqabul rayon K.Quliyev adına Ağacanlı kənd tam orta ümum...
09/08/2026

Valideynlərin diqqətinə:
2023-2024-cü tədris ilindən etibarən Hacıqabul rayon K.Quliyev adına Ağacanlı kənd tam orta ümumtəhsil məktəb şagirdləri üçün məktəbli forması pedaqoji şuranın qərarına əsasən "2" nömrəli əlavədəki forma" seçilmişdir!2026-2027-ci tədris ilində də həmin məktəbli forması qüvvədədir.

01/08/2026
22 İyul Milli Mətbuat Günüdür."Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. ...
22/07/2026

22 İyul Milli Mətbuat Günüdür.
"Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

17/07/2026

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə İcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur!
2026–2027-ci tədris ili üçün müəllim (tərbiyəçi) seçiminə başlanılır.
Bu ildən etibarən müraciətlər yalnız elektron platforma üzərindən qəbul ediləcək.
Müraciət etmək üçün:
İşə qəbul portalına daxil olun;
Özünüzə şəxsi kabinet yaradın;
Məlumatlarınızı sistemə daxil edin;
Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.
Şəxsi kabinetin yaradılması və müraciət qaydası ilə bağlı təlimat videosu hazırlanıb. Müraciət etməzdən əvvəl videonu izləməyiniz tövsiyə olunur.
Seçim zamanı aşağıdakı namizədlərə üstünlük veriləcək:
✔️Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlara;
✔️ Məktəbəqədər yaşlı uşaqlarla işləmək təcrübəsinə malik olanlara;
✔️ Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayan namizədlərə;
✔️ Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı yüksək olanlara;
✔️ Tərbiyəçi-müəllimlərin işə qəbul müsahibəsində uğur qazanan, lakin çalışmayan tərbiyəçi-müəllimlərə.

Xahiş edirik, müraciət zamanı bütün məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. Yanlış və ya natamam məlumatlar müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.

🔗 İşə qəbul portalının linki: https://vakansiya.ilk5il.az

🎥 Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs

Mövcud vakansiyalara baxmaq üçün linkə keçid edə bilərsiniz.
https://docs.google.com/spreadsheets/d/1YpW0Lc-rDIZSYyFBbPsis6iJLPoz-km6/edit?gid=604072429 =604072429

12/07/2026

TOVUZ DÖYÜŞLƏRİ: ZƏFƏRİN ASTANASINDA
12 İYUL - Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində xüsusi yer tutan Tovuz döyüşlərinin başlanmasından altı il ötür. 2020-ci il iyulun 12-17-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər təkcə düşmənin növbəti hərbi təxribatının qarşısını almaqla yadda qalmayıb. Həmin günlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş ruhunu və xalqın sarsılmaz birliyini nümayiş etdirib və daha sonra 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə aparan yolun ən mühüm mərhələlərindən birinə çevrilib.
Tovuz döyüşlərinin ən mühüm nəticələrindən biri xalqla ordunun sarsılmaz həmrəyliyinin bütün dünyaya nümayiş etdirilməsi oldu. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə insan Bakıda yürüş keçirərək Azərbaycan Ordusuna dəstəyini ifadə etdi. Növbəti günlərdə isə minlərlə gənc könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edərək ordu sıralarında xidmət etmək istədiklərini bildirdilər.
Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışı cəmiyyətdə böyük əks-səda doğurdu. Bu çağırışa səs verən minlərlə vətəndaş könüllü olaraq orduda xidmətə yazılmaq üçün müvafiq qurumlara üz tutdu və qeydiyyata alındı.
İyulun 16-da səhər saatlarında Ermənistan silahlı qüvvələri mövqelərimizə növbəti dəfə hücum etməyə cəhd göstərərək Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Azərbaycan Ordusunun qətiyyətli cavabı nəticəsində düşmənin bütün cəhdləri puça çıxarılıb və onun atəş nöqtələri susdurulub.
Bir neçə gün davam edən Tovuz döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, peşəkarlığını və qətiyyətini bir daha nümayiş etdirdi. Döyüşlər zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı, bir mülki şəxs həyatını itirdi. Qarşı tərəf isə 100-dən çox hərbçisini, eləcə də çoxlu sayda döyüş texnikasını itirdi. Azərbaycan xalqı Vətən uğrunda canından keçən igid oğullarını böyük izdiham və ehtiramla son mənzilə yola saldı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bu gün Tovuz döyüşləri Azərbaycanın müasir hərb tarixinin dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Həmin günlərdə ordumuz düşmənin təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı, döyüş meydanında üstünlüyünü nümayiş etdirdi, xalq isə misilsiz birlik və həmrəylik göstərərək Silahlı Qüvvələrin yanında olduğunu bütün dünyaya nümayiş etdirdi.
Tovuz döyüşləri bir daha sübut etdi ki, güclü ordu ilə xalqın sarsılmaz birliyi Azərbaycanın ən böyük dayağıdır. Məhz bu birlik sonradan 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasına mühüm töhfə verdi.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Onların göstərdiyi igidlik, Vətənə sədaqət və fədakarlıq gələcək nəsillər üçün örnək olaraq qalacaq. Tovuz döyüşləri isə təkcə qəhrəmanlıq salnaməsi deyil, həm də Böyük Zəfərə aparan yolun ən mühüm mərhələlərindən biri kimi tarixdə öz layiqli yerini qoruyacaq.

07/07/2026

📢 Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb

🗓️ 29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 8 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

📍 Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Address

Hacıqabul Rayonu
Kazi Mahomed
2400

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+994559570859

Website

Alerts

Be the first to know and let us send you an email when Hacıqabul rayonu K.Quliyev adına Ağacanlı kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share