Cəbrayıl rayon 8 saylı tam orta məktəb

Cəbrayıl rayon 8 saylı tam orta məktəb Təhsil

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 10 sentyabr 2025-ci il tarixli F-563 nömrəli əmrinin icrasını təmin etmə...
26/05/2026

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 10 sentyabr 2025-ci il tarixli F-563 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Cəbrayıl rayonu 8 nömrəli tam orta ümumtəhsil məktəbinin IV, Vl siniflərində buraxılış fənlərindən monitorinq keçirilmişdir.



Məktəbimizdə yuxarı sinif şagirdləri arasında 28 May Müstəqillik Gününə həsr edilmiş  bilik yarışı  keçirilmişdir.
26/05/2026

Məktəbimizdə yuxarı sinif şagirdləri arasında 28 May Müstəqillik Gününə həsr edilmiş bilik yarışı keçirilmişdir.



Məktəbimizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi insan hüq...
25/05/2026

Məktəbimizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqlarının təbliği, şagirdlərdə hüquqi biliklərin artırılması və vətəndaşların öz hüquqları barədə məlumatlılığının gücləndirilməsi olmuşdur.

MÜTDA-nın təhsil müəssisələrində Həyat bilgisi dərslərində praktik məşğələrin keçirilməsi haqqında  təlimatı çərçivəsind...
19/05/2026

MÜTDA-nın təhsil müəssisələrində Həyat bilgisi dərslərində praktik məşğələrin keçirilməsi haqqında təlimatı çərçivəsində lX sinif şagirdləri ilə "Sağlam həyat tərzi və reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici söhbət aparılmışdır.




Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Fiziki tərbiyə məşğələlərinin təbliği və genişləndirilməsi...
19/05/2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Fiziki tərbiyə məşğələlərinin təbliği və genişləndirilməsi tədbirlər təlimatı çərçivəsində, VII sinif şagirdləri arasında idman yarışlarının keçirilməsi və fiziki aktivliyin artırılması məqsədilə aylıq proqrama uyğun olaraq atletika yarışları keçirilmişdir.



10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə  tədbir keçirilmişdir.
08/05/2026

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə tədbir keçirilmişdir.



Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl Rayon Sektoru Uşaq-Gənclər İdman-Şahmat məktəbi və Cəbrayıl rayon 8 nömr...
07/05/2026

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl Rayon Sektoru Uşaq-Gənclər İdman-Şahmat məktəbi və Cəbrayıl rayon 8 nömrəli tam orta ümumtəhsil məktəbi ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunmuş şahmat yarışı yüksək ruh və böyük maraqla keçirildi.
Zəka, strateji düşüncə və rəqabət mühitinin hakim olduğu yarışda
Hüsüyev Cahid Elçin oğlu 1-ci yer,
Quliyev Elşad Azər oğlu 2 -ci yer,
Aslanlı Mübariz Həzi oğlu 3 -cü yeri qazanaraq yarışda fərqlənmişlər.
Yarışın qalibləri təltif olunaraq xatirə şəkilləri çəkdirilmişdir.

05 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən  ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş  buraxılış ...
04/05/2026

05 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən Cəbrayıl rayon 8 nömrəli tam orta ümumtəhsil məktəbin lXsinif şagirdləri:
1.Həsənli Əbdülhəmid Ülfət oğlu-257 bal,
2.Əhmədli Xədicə Fikrət qızı-230 bal,
3. Əhmədli Aytac Ələkbər qızı-216 bal,
4. Quliyeva Pərvanə Bakir qızı-211 bal,
5. Fərəcova Nurcahan Eldəniz qızı -206 bal
toplayaraq məktəb üzrə ən yüksək nəticəni əldə etmişlər.
Şagirdilərimizi təbrik edir, uğurlar arzulayırıq!




28 aprel 2026-cı il tarixində Cəbrayıl rayon 8 nömrəli tam orta ümumtəhsil məktəbində valideynlərlə "Sağlam həyat tərzi ...
28/04/2026

28 aprel 2026-cı il tarixində Cəbrayıl rayon 8 nömrəli tam orta ümumtəhsil məktəbində valideynlərlə "Sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri" mövzusunda seminar təşkil edilmişdir.

Address

Cəbrayıl
Jebrail

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 13:30

Telephone

+994504191110

Website

Alerts

Be the first to know and let us send you an email when Cəbrayıl rayon 8 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cəbrayıl rayon 8 saylı tam orta məktəb:

Shortcuts

Share

Category