15/05/2026
Cəbrayıl rayonu14 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə "Dəmir yumruqdan İpək yoluna -Bir millətin hekayəsi adlı" təqdimat keçirilmiş, Azərbaycanın coğrafiyası mövzusunda X sinif şagirdi Heydərzadə Hüseyn, Azərbaycan dövlət quruculuğu mövzusunda IXb sinif şagirdi Şirinova Zəhra, Azərbaycanın florası haqqında VIIIa sinif şagirdi Muradzadə Ayşə və etnik kimliyimiz ilə bağlı VIIIb sinif şagirdi Quliyeva Sevinc ətraflı məlumat vermişdilər.Tədbir zamanı Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə iştirakçılara geniş məlumat verilmişdir. Şagirdlərin diqqətinə çatdırılmışdır ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində respublika üzrə müxtəlif maarifləndirici, elmi və praktiki tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə həmçinin 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əhəmiyyəti xüsusi vurğulanmışdır. Şagirdlərimizə ətraflı araşdırmalarına görə təşəkkür edirik.