ADPU Cəlilabad filialı - Məzun koordinasiya və karyera mərkəzi

ADPU Cəlilabad filialı - Məzun koordinasiya və karyera mərkəzi

Share

ADPU-nun Cəlilabad filialı "Məzun koordinasiya və karyera mərkəzi" rəsmi səhifəsi

16/03/2026

📢 "Maarifçi" Tələbə-Məzun Təcrübə Proqramına Qeydiyyat Başladı!

​Gələcəyin mütəxəssisi olmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək istəyirsən? O zaman bu fürsət sənin üçündür! 🚀
​Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Maarifçi" proqramı gənclərə peşəkar vərdişlər qazandırmaq və karyera pillələrində ilk addımı atmaq imkanı yaradır.

​📝 Proqram nələri vəd edir?
Mentorluq: Hər bir iştirakçıya təcrübəli mentorlar tərəfindən dəstək;
Real Təcrübə: Nazirliyin müxtəlif struktur bölmələrində və regional idarələrdə iş prosesinə cəlb olunma;
Peşəkar İnkişaf: Layihələrin idarə olunmasından data analitikaya qədər geniş sahə seçimi.

​🎯 Kimlər müraciət edə bilər?
1. ​Bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri;
2. ​Magistratura pilləsində təhsil alanlar;
3. ​Təhsilini son 3 il ərzində başa vurmuş məzunlar.

​🏢 Təcrübə sahələri:
​🔹 Təhsilin təşkili və idarə olunması
🔹 İqtisadiyyat və maliyyə
🔹 Hüquq
🔹 Data analitika
🔹 Rəqəmsal idarəetmə və İT
🔹 Tikinti və memarlıq... və daha çox!

​⚙️ Seçim mərhələləri:
​1️⃣ İlkin seçim: Qeydiyyat linki vasitəsilə müraciət;
2️⃣ Test mərhələsi: Məntiqi təfəkkürün yoxlanılması;
3️⃣ Müsahibə: Təməl bilik və davranış səriştələrinin qiymətləndirilməsi.

​📌 Müraciət üçün link: [https://anket.edu.az/user/309]

​✅ Qeyd: Qeydiyyatdan keçən tələbələrin rəy bölməsində məlumat verməsi və ya bizə bildirməsi xahiş olunur.

​Karyeranıza bizimlə başlayın! 🌟

17/02/2026

Pedaqoji ixtisaslı xanım məzunlarımızın nəzərinə! 📢 ✨
​Daxili İşlər Nazirliyi xidmətə qəbul elan edir. Bu, özünü fərqli və məsuliyyətli bir sahədə sınamaq istəyən xanımlarımız üçün parlaq bir karyera fürsətidir.💼 🎓
​🔹 Vəzifə: Yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti inspektoru.
🔹 Təhsil: Ali pedaqoji və ya hüquqşünaslıq.
🗓 Müraciət müddəti: 10 mart 2026-cı il tarixinədək.
​Tələblər və müraciət qaydası ilə bağlı bütün detallar fotoda qeyd olunub. 📸 👇

Photos from ADPU Cəlilabad filialı - Məzun koordinasiya və karyera mərkəzi's post 08/05/2025

6 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialının və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq idarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, Məzun koordinasiya və karyera üzrə mütəxəssis R.Sabirli, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq idarəsinin Cəlilabad Rayon xidmət şöbəsinin müdiri S.Abbasov, İşsiz şəxslərlə iş şöbəsinin mütəxəssisi, karyera məsləhətçisi F.İsgərdərzadə, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının əməkdaşları, Layihələrin təşkili şöbəsinin aparıcı mütəxəssisi J.Bənnayeva, Sənədlərlə iş və inzibati şöbə mütəxəssisi S.Bayramova və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Photos from ADPU Cəlilabad filialı - Məzun koordinasiya və karyera mərkəzi's post 04/04/2025

ADPU-nun Cəlilabad filialında “Məzun koordinasiya və karyera” bölməsinin təşkilatçılığı ilə Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 2007-ci ildə məzun olmuş Sərhətli Naibə və həmin ixtisas üzrə 2017-ci ildə məzun olmuş Əzizli Günəşin Məktəbəqədər təhsil ixtisasının tələbələri ilə “Məktəbəqədər təhsildə karyera” istiqamətində görüşü keçirilmişdir.
Görüşdə açılış nitqini Məzun koordinasiya və karyera üzrə mütəxəssis Rüfət Sabirli edib.
Daha sonra Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova çıxış edərək tələbələrə Məktəbəqədər təhsil ixtisasının önəmini vurğulamışdır.
Sonra isə, Günəş Əzizli və Naibə Sərhətli çıxış edərək tələbələrə bu sahədəki karyera imkanları, inkişaf perspektivləri və gələcəkdə qarşılaşa biləcəkləri çətinliklər haqqında ətraflı məlumat vermişlər.
Tədbirin məqsədi tələbələri gələcək peşə seçimləri barədə məlumatlandırmaq, onlara praktik məsləhətlər vermək və bu sahədə uğur qazanmağın yollarını müzakirə etmək olub. Görüş zamanı aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:
– Məktəbəqədər təhsil sahəsində karyera imkanları
– Peşəkar inkişaf və təcrübənin əhəmiyyəti
– İş imkanları və işə qəbul prosesləri
– Bu sahədə müasir tendensiyalar və tələblər
Tələbələr görüş zamanı öz suallarını ünvanlamış və mövzu ilə bağlı dəyərli müzakirələr aparılmışdır. Günəş Əzizli və Naibə Sərhətli iştirakçılarla öz şəxsi təcrübələrini bölüşmüş, onlara uğurlu karyera üçün vacib bacarıqlar və biliklər barədə ətraflı məlumat vermişlər.
Görüşün sonunda tələbələrə gələcəkdə bu sahədə inkişaf etmək üçün tövsiyələr verilib və onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, məzunlarımız Sərhətli Naibə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının və Əzizli Günəş isə Cəlilabad şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışırlar.

Məzun informasiya sorğusu 27/09/2024

Dəyərli məzunlarımız, aşağıdakı linkə keçid edərək siz də sorğuda iştirak edə bilərsiniz.

Məzun informasiya sorğusu Bu sorğu ADPU Keyfiyyətin təminatı şöbəsi və Məzun koordinasiya və karyera mərkəzi tərəfindən məzunların(2024) ADPU-dan məmnunluğu və karyera planları haqqında informasiya əldə etmək məqsədilə həyata keçirilir. [email protected] [email protected]....

27/09/2024
27/09/2023

Bütün şəhidlərimizi böyük hörmət və ehtiramla yad edirik!

15/09/2023

ADPU-nun Cəlilabad filialı olaraq yeni tədris ilinə başladıq. Tələbə adını qazanan hər kəsə və bütün tələbələrə uğurlar arzulayır, onları təbrik edirik! Yeni dərs ilimiz mübarək!

08/09/2023

Müəllimlərin Sertifikasiya imtahanında yüksək nəticə göstərmiş məzunlarımızı tanıyaq!

Want your school to be the top-listed School/college in Jälilabad?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Cəlilabad şəh, M. Hüseyn 20
Jälilabad