12/03/2026
🗓12.03.2026 tarixində 🏢 Cəlilabad rayon Ş.Nəsirov adına Abazallı kənd tam orta ümumtəhsil məktəbində, 📚 “Oxu dəqiqələri” fəaliyyəti həyata keçirilib.
Şagirdlərin mütaliə bacarıqlarının inkişaf etdirilməsi, oxu vərdişlərinin formalaşdırılması və kitaba marağın artırılması məqsədilə “Oxu dəqiqələri” fəaliyyəti təşkil olunub. Fəaliyyət çərçivəsində şagirdlər yaş səviyyələrinə uyğun seçilmiş bədii mətnləri oxuyub, oxuduqları materiallar ətrafında fikir mübadiləsi aparıblar.