ADPU Cəlilabad filialı

ADPU Cəlilabad filialı

Share

ADPU-nun Cəlilabad filialının rəsmi səhifəsi

Photos from ADPU Cəlilabad filialı's post 17/03/2026

17 mart 2026-cı ildə ADPU-nun Cəlilabad filialında “Novruz və Ramazan Bayramları” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan filialın direktoru, dosent X.H.Sultanlı bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib və onlara bayram ərəfəsində xoş əhval-ruhiyyə arzulayıb. Daha sonra filialın professor-müəllim heyəti də tədbir iştirakçılarını təbrik edib onlara yeni-yeni uğurlar arzu ediblər.
Tədbirin davamında filialın tələbəsi G.Məmmədli şeir ifası səsləndirib, sonra video-çarx nümayiş edilib.
Tədbirin yekununda isə TGT nəzdində fəaliyyət göstərən ŞHK klubunun hazırladığı “İmtahan” səhnəciyi maraqla izlənilib.

Photos from ADPU Cəlilabad filialı's post 17/03/2026

16 mart 2026-cı ildə Cəlilabad rayon İcra Hakimiyyəti və ADPU Cəlilabad filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən tədbir keçirilib. 2013-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Şəhərlər Gününə həsr olunub “Dəyişən dünya: yeniliklər və gələcək nəsillər üçün daha yaxşı həyat” mövzusunda keçirilən tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 2013-cü ilin dekabrında təsis edilən Ümumdünya Şəhərlər Günü dünya urbanizasiyası problemlərinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıdığını vurğulayıb. Bütün dünyada şəhərlərin davamlı inkişafını təmin etmək üçün bu proseslə bağlı problemlərin həllində imkanlardan istifadə edilməsi məqsədilə ölkələrin əməkdaşlığının gücləndirilməsindən bəhs olunur. Bu beynəlxalq bayram bəşəriyyətin yaratdığı ən qüdrətli və mürəkkəb əsərinə həsr edilib. Sirr deyil ki, istənilən şəhərin sosial-iqtisadi inkişafı onun urbanizasiyasından, burada insanların nə dərəcədə rahat və təhlükəsiz yaşamasından, ekologiyadan, infrastrukturun inkişaf səviyyəsindən, təklif olunan xidmətlərin keyfiyyətindən və s. asılıdır. Azərbaycanda şəhərsalma və memarlıq sənətinin bariz nümunələrinin olduğunu və daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimizin ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxladığını vurğulayıb.
Daha sonra ADPU Cəlilabad filialının Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı bildirmişdir ki, hazırda planetin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərliyə çevriləcək.
Dünyanın enerji tələbatının üçdə ikisindən və planetimizi isidən parnik qazları emissiyasının 70 faizdən çoxu şəhərlərin payına düşür. Buna görə də şəhər infrastrukturuna toxunan məsələlərdə, o cümlədən şəhər planlaşdırılması, enerji effektivliliyi, elektrik enerjisi istehsalı və nəqliyyat məsələlərində yaxın onillikdə qəbul edilən qərarlar bəşəriyyətin gələcəyinə müəyyən təsirini göstərəcək.
Şəhərlər intellektual fəaliyyət, ticarət, mədəniyyət, elm, sosial inkişaf və digər sahələrin mərkəzləridir. Dünyada ümumi daxili məhsulun 80 faizindən çoxu şəhərlərin payına düşür.
Tədbirin sonunda “Şəhərsalma və Memarlıq İli” nə həsr olunan slaydı təqdim edilib.
Tədbirdə 30 nəfər İştirak etmişdir.

Photos from ADPU Cəlilabad filialı's post 16/03/2026

“Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi üzrə növbəti təlim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında keçirildi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi qrant müsabiqəsinin qalibi “Hüquqi Tədqiqatlar Mərkəzi” ictimai birliyinin “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi çərçivəsində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda növbəti təlim martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında keçirildi.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anıldıqdan sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru fəlsəfə doktoru Xudayar Sultanlı ADPU-nun Cəlilabad filialının yaranması, tarixi, əldə edilən uğurlar, həyata keçirilən təhsil proqramları, professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyəti, həmçinin elmi-tədqiqat işləri barədə ətraflı məlumat verərək keçiriləcək təlimin filial əməkdaşları, eləcə də təlimdə iştirak edən şəhərin yaradıcı ziyalıları üçün mühüm əhəmiyyətini qeyd etdi.
Cəlilabad regionunda yaşayan elm, mədəniyyət, ədəbiyyat, incəsənət sahəsində fəaliyyət göstərən yaradıcı ziyalıların iştirak etdiyi təlimdə giriş sözü ilə çıxış edən Hüquqi Tədqiqatlar Mərkəzi İB-nin rəhbəri Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti Bəxşeyiş Əsgərov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, ölkəmizdə hüquqi biliklərin təbliği, hüquq düşüncəsi və hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində gördükləri işlər, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin inkişafı, yaradıcı insanların hüquqlarının qorunması, onların yaradıcılıq potensialının artırılması sahəsində həyata keçirdiyi siyasət və bu istiqamətdə Nazirliyin vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığı barədə ətraflı məlumat verdi.
Ölkəmizdə müəllif hüquqları ilə bağlı qanunvericiliyin mahiyyətinə, bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinə toxunan B.Əsgərov müəlliflərin öz hüquqlarını bilməsinə və onun qorunmasında özlərinin fəal iştirakına xüsusi diqqət yetirdi.
Layihənin ekspertləri hüquqşünas Aydın Kərimov və əqli mülkiyyət hüququ sahəsində tanınmış mütəxəssis Natiq İsayevin interaktiv qaydada apardıqları praktiki əhəmiyyətli təlimdə əqli mülkiyyət hüququnun mahiyyəti, onun tanınma, qorunma və müdafiə mexanizmləri, əqli mülkiyyət və insan kapitalı, elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat halları və onun qarşısının alınması, əqli mülkiyyət obyektlərinin kommersiyalaşdırılması, patent hüququ və s. barədə geniş məlumar verildi.
Təlimin gedişində fəal iştirak edən yazıçı Cəbrail Həşimov yaradıcı ziyalıların hüquqları, əsərlərin, xüsusilə uşaq ədəbiyyatına dair əsərlərin çapı, müəllif-nəşriyyat münasibətləri sahəsində olan problemlərə toxunaraq dövlət nəzarətinin vacibliyini qeyd etdi.
Yazıçı Meyxoş Abdullalı bu mövzuda təlimin xüsusi əhəmiyyətini qeyd etdi. O, 80 yaşlı dəyərli yazıçımız Seyran Səxavət və yazıçı-publisist Nüşabə xanım Məmmədli ilə müəllif hüquqları sahəsində aralarında olan mübahisələr və onların həllindən danışdı.
Təlimin gedişində plagiat - əqli mülkiyyət məhsullarının oğurlanması məsələləri ilə maraqlanan şair-publisist Əfraim Abbasovun sualı ekspertlər tərəfindən ətraflı cavablandırıldı, eləcə də özünün xəbəri olmadan onun sözlərinə mahnı bəstələnməsi nəticəsində pozulmuş müəllif hüquqlarının bərpası istiqamətində ona zəruri məsləhətlər verildi.
Müzakirə prosesində Əqli Mülkiyyət Agentliyinin yerlərdə nümayəndəliklərinin olub-olmaması ilə maraqlanan ADPU-nun Cəlilabad filialı Təbiət və sosial elmlər, onların tədrisi və texnologiyası kafedrasının baş müəllimi, araşdırmaçı-tarixçi Ələsgər Mirzəzadə bu qəbildən olan təlimlərin vacibliyini və davamlı olaraq keçirilməsini qeyd etdi.
ADPU-nun əməkdaşı Günay Vəliyeva universitetlərdə, o cümlədən ADPU-da elmi tədqiqatla məşğul olan professor-müəllim heyətinin fəaliyyətini stimullaşdıran tədbirlərdən danışdı. Bununla belə, bu sahədə plagiat və elmi piratçılığın mövcud olduğunu qeyd etdi, onunla mübarizə yolları haqqında ayrıca tədbirlərin keçirilməsini təklif etdi.
Fəal iştiraklarına, faydalı təkliflərinə və əqli mülkiyyət sahəsinə təcrübələrini bölüşdüklərinə görə Cəlilabad ziyalılarına, həmçinin yüksək qonaqpərvərliyə və tdbirin yüksək səviyyədə keçirilməsi üçün yaratdıaqları şəraitə görə fiialın direktoru Xudayar Sultanlıya təşəkkürünü bildirən layihə rəhbəri Bəxşeyiş Əsgərov söylənən dəyərli təkliflərin ümumiləşdirilərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, eləcə də yaradıcılıq təşkilatlarına təqdim olunacağını diqqətə çatdırdı.
Əqli Mülkiyyət Agentliyinin metodiki dəstəyi ilə layihənin mövzusu üzrə hazırlanmış qanunvericilik aktlarından ibarət toplu tədbir iştirakçılarına paylandı.
Tədbirin sonunda filialın direktoru Xudayar Sultanlı təlimin yaradıcı ziyalılar üçün faydalı olduğunu, bu sahədə informasiyanın və canlı ünsiyyətin azlığını, çoxsaylı problemlərin olduğunu qeyd etdi. Universitetlərdə elmi-tədqiqatlara diqqətin artırıldığı, tədqiqatçı alimlərin əməyinin qiymətləndirildiyi, eləcə də tələbələr arasından elm sahəsinə cəlb etmənin vacib olduğu şəraitdə belə təlimlərin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, “Hüquqi Tədqiqatlar Mərkəzi”nə və təlimçilərə təşəkkürünü bildirdi. O, həmçinin göstərdi ki, mətbuatdan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti haqda məlumat alsalar da belə canlı ünsiyyətin intensivləşməsi, müəllif hüquqlarının qorunmasında müəlliflərin rolu haqda məlumatların verilməsi çox vacibdir.

08/03/2026

8 Mart - Beynəlxalq Qadınlar Günüdür!
Bayramınız mübarək, əziz xanımlar!

Photos from ADPU Cəlilabad filialı's post 06/03/2026

6 Mart 2026- cı ildə ADPU-nun Cəlilabad filialında “8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunan ümumfilial tədbiri keçirilib . Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradı, professor-müəllim heyəti, müxtəlif struktur bölmənin əməkdaşları, fərqli ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə dəyərli xanımları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib.
Daha sonra söz filialın müəllimələrinə təqdim edilib. Tədbirin davamında tələbələr “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunan şeir parçalarını (M.İsmayılova, M.Rüqəyya, G.Məmmədli) səsləndiriblər. Sonra isə TGT nəzdində fəaliyyət göstərən ŞHK-nın səhnəciyi (Ə.Abdullazadə, S.Fərəcli, A.Məmmədli, F.Mədətova, R.Əliyev, Ə.Kərimli) nümayiş edilib.Səhnəcikdən sonra TGT nəzdində fəaliyyət göstərən “ECO” klubun təşəbbüsü ilə filialın qadın müəllimlərinə hədiyyələr təqdim olunub.
Tədbirin yekununda Universitetin ictimai-siyasi həyatında fəal iştirakına, qüsursuz və səmərəli fəaliyyətinə görə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tələbələr Filial rəhbərliyi tərəfindən “Fəxri Fərmanla “ təltif olunublar.

Photos from ADPU Cəlilabad filialı's post 04/03/2026

ADPU Cəlilabad filialının girişində Təbiətlə bağlı rəsm (karikatura) və kitablardan ibarət olan Guşə yaradılmışdır. 4 mart 2026-cı ildə Filialın direkoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı burada yaradılan guşə materialları ilə tanış olmuş və çəkilən rəsmləri nəzərdən keçirmişlər. Görüşdə filialın müxtəlif ixtisasları da iştirak etmiş və xatirə şəkilləri çəkilmişdir.Guşənin il sonuna qədər saxlanılması nəzərdə tutulmuşdur.

Photos from ADPU Cəlilabad filialı's post 04/03/2026

4 mart 2026-cı ildə ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən “Ağacəkmə aksiyası” keçirilib. Aksiya filialın yaxınlığında yerləşən Mehdi Hüseyn küçəsində, yolun kənarındakı ərazini əhatə etmişdir. Ağacəkmə aksiyasında filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Aksiyada 50 ədədə yaxın ağacın əkilməsi, daha öncədən əkilmiş ağacların suvarılması işləri görülüb.

Photos from ADPU Cəlilabad filialı's post 03/03/2026

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yaradıcı Zərif Əllər” adlı festival uğurla keçirildi.
Festivalda ADPU Cəlilabad filialının kollektivi ,peşə təhsili müəssisələrinin, ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərinin şagirdləri, mədəniyyət klublarının xalq sənətkarlığı ilə məşğul olan üzvləri, kənd təsərrüfatına marağı olan zəhmətkeş qızlar, bacarıqlı bərbərlər, istedadlı kulinar və aşpazlar, yaradıcı dizaynerlər, məsuliyyətli traktorçu və peşəkar dərzi xanımlar iştirak etdilər.
Tədbir çərçivəsində infotur təşkil olundu, yaradıcılıq sərgiləri nümayiş etdirildi, milli mətbəx nümunələri təqdim edildi, fəal xanımlar mükafatlandırıldı, hədiyyələr təqdim olundu və gənc istedadların konsert proqramı izləyicilərə xoş anlar yaşatdı. Mükafat alanlar sırasında ADPU Cəlilabad filialının müəllimi H.Babayeva və filialın tələbəsi T.Müzəffərova da yer alıb .

Photos from ADPU Cəlilabad filialı's post 28/02/2026

28 fevral 2026-cı il tarixində ADPU Cəlilabad filialında TTTİŞ və TGT-nin birgə təşkilatçılığı ilə İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunan “Zirvə, sən!” adlı intellektual yarış uğurla keçirildi.
Yarışda yer tutan komandaları nəzərinizə çatdırırıq
I YER - ADPU LEGENDS
II YER- ZİRVƏ
III YER - DƏDƏ - QORQUD

Tədbirin əsas məqsədi tələbələrin bilik və bacarıqlarını üzə çıxarmaq, onların analitik düşünmə qabiliyyətini inkişaf etdirmək və sağlam rəqabət mühiti formalaşdırmaq idi. Yarış boyu iştirakçılar müxtəlif sahələri əhatə edən maraqlı və düşündürücü suallarla öz biliklərini sınadılar.

Komandalar arasında yüksək motivasiya, aktivlik və birlik ruhu hiss olunurdu. Gərgin və eyni zamanda maraqlı keçən mərhələlər tədbirə xüsusi dinamika qatdı. İştirakçılar yalnız bilik yarışında deyil, həm də komanda işi, sürətli qərarvermə və məntiqi təhlil bacarıqlarında özlərini göstərmək imkanı qazandılar.

Photos from ADPU Cəlilabad filialı's post 26/02/2026

26 Fevral 2026- cı ildə ADPU-nun Cəlilabad filialında ”Xocalı Soyqırımı”na həsr olunan “XX əsrin faciəsi ” adlı tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və elmi işlər üzrə direktor müavini E.Muradlı, , Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri filialın direktoru, dosent X.H.Sultanlı açıq elan edərək “Xocalı Soyqırımı” zamanı xalqımızın başına gətirilən müsibətlərdən tədbir iştirakçılarına bəhs edib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, erməni qəsbkarlarının illərlə xalqımıza qarşı törətdikləri vandalizmdən danışıb.
Tədbirin davamında filialın tələbələri M.İsmayılova, F.İmanova, L.Əliyeva, G.Abdullayeva şeir ifaları səsləndiriblər. Daha sonra tələbələrin “Xocalı Soyqırımı”na aid hazırladıqları səhnəcik ( İ.Əhmədli, A.Məmmədli, Z.Kəlbiyeva) tədbir iştirakçılarına nümayiş edilib.Tədbirin sonunda “Xocalı soyqırımı”na həsr olunan video-çarx izlənilib.

Photos from ADPU Cəlilabad filialı's post 17/02/2026

16 fevral 2026-cı il tarixində ADPU-nun Cəlilabad filialında 2025/2026-cı tədris ili üzrə “Pedaqoji internaturanın başlanması ” ilə əlaqədar açılış konfransı keçirilib. Konfrans 2 mərhələdə təşkil olunub. Əvvəlcə filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Məktəbəqədər təhsil ixtisasının IV tədris ilinin tələbələri, daha sonra İbtidai sinif müəllimliyi IV tədris ilinin tələbələri və Tarix-coğrafiya müəllimliyi ixtisasının V tədris ilinin tələbələri ilə konfrans keçirilib.
Konfransda ADPU Cəlilabad filialının Tədris və Elmi İşlər üzrə direktor müavini E.Muradlı, Pedaqoji fakültənin dekan müavini E.İsmayılova, Pedaqoji təcrübə rəhbəri B.Məhərrəmov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Q.Əhmədova, professor-müəllim heyəti , struktur bölmə rəhbərləri, əməkdaşları və buraxılış qruplarının tələbələri iştirak edib.
Konfransı giriş nitqi ilə açan filialın direktor müavini E.Muradlı pedaqoji internaturanın tələbələrin fəaliyyətlərində mühüm rol oynadığını qeyd edərək onlara uğurlar arzu edib.
Pedaqoji fakültənin dekan müavini E.İsmayılova buraxılış qruplarının tələbələrinə pedaqoji internatura dövründə etməli olduqları vacib məqamları izah edib.
Pedaqoji internatura rəhbəri B.Məhərrəmov təcrübə ilə bağlı tələbələrin təhkim olunduqları məktəb və qrupların siyahısını tələbələrə təqdim edib.
Daha sonra filialın professor-müəllim heyəti tələbələrə təcrübə dövründə uğurlar arzu ediblər.
Konfransın sonunda tələbələr müəllimlərə öz təşəkkürlərini bildirərək filialla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Photos from ADPU Cəlilabad filialı's post 05/02/2026

Cəlilabadda “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum keçirilib.
Fevralın 4-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Həftəsi” çərçivəsində “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub.
Sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumda Cəlilabad Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Varid Əsgərov, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, ADPU Cəlilabad filialının Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, Elmi katib N.Babayev, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, filialın tələbə heyəti, Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun kollektivi, Cəlilabad Tibb Kollecinin, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov, müəllim və tələbələri və digər qonaqlar iştirak ediblər.
Forumda çıxış edən qonaqlar Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin ölkəmizin 30 illik inkişaf yolundakı mühüm rolundan bəhs ediblər. Vurğulanıb ki, gənclər dövlətimizin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi və milli inkişafın əsas dayağıdır.
Çıxışlardan sonra Cəlilabad rayonunun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gənc Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.Təltif olunanlar sırasında ADPU Cəlilabad filialının əməkdaşı Ş.Hüseynov və filialın tələbələri də yer alıb.
Forum rəsmi hissədən sonra bədii hissə ilə davam edib. Gənc incəsənət nümayəndələrinin ifa etdikləri musiqi nömrələri iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. Forumda 250 nəfər iştirak edib.

Want your school to be the top-listed School/college in Jälilabad?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Jälilabad

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 17:00