13/06/2026
13.06.2026-cı il tarixdə Adnalı kənd Seymur Səfərov adına tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Tədbirdə müəllimlərimiz məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladılar. Məzunlarımıza yeni həyat mərhələsində müvəffəqiyyətlər diləyir, onlara parlaq gələcək arzu edirik.
Gününüz mübarək əziz məzunlarımız!