20/07/2026
Tərbiyəçi-müəllim Ramizli Kifayət
Orta qrup2
🍫🎉 Şirin və əyləncəli "Çikolata Parti" 🎉🍫
Bu gün bağçamızda uşaqlar üçün maraqlı və yaddaqalan "Çikolata Parti" təşkil olundu. Tədbir zamanı balacalar müxtəlif şokoladlı təamların dadına baxdılar, əyləncəli oyunlarda iştirak etdilər, rəqs edib xoş anlar yaşadılar.
Belə tədbirlərin keçirilməsində məqsəd uşaqlara sevinc bəxş etmək, onların sosial ünsiyyət bacarıqlarını inkişaf etdirmək və birlikdə gözəl xatirələr yaratmaqdır.
Balaca fidanlarımızın üzündəki təbəssüm bizim üçün ən böyük sevincdir. 💖