İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi (İsmayıllı DPTM) - uğurlu peşə təhsilinin ünvanı Bu qərar imzalandığı gündən qüvvəyə minir.

İsmayıllı Peşə Tədris Mərkəzinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. İsmayıllı Peşə Tədris Mərkəzi İsmayıllı Dövlət Peşə Təhsil
Mərkəzi adlandırılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969,
№ 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə
399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6,
maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə
214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015,
№ 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10,
maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176,
№ 2 (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6,
maddə 1209, № 10, maddə 1723, № 11, maddə 1919; 2017, № 2,
maddələr 285, 302, 319, № 6, maddələr 1223, 1226; 2018, № 11,
2
maddələr 2429, 2456, № 12 (II kitab), maddələr 2739, 2759; 2019,
№ 11, maddə 1853; 2020, № 3, maddə 368, № 7, maddə 980,
№ 10, maddə 1301) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nın “Peşə təhsili müəssisələri” bölməsinin 47-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
“47. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 mart 2021-ci il
№ 49
___________________________

İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq, turizm və xidmət sahələri üçün ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı peşə məktəbi ləğv edilsin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı Peşə Tədris Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Peşə məktəbi və peşə liseyi statusu verilən təhsil müəssisələrinin Siyahısı"nın "Peşə məktəbləri" bölməsinin "Respublikanın rayonları üzrə" hissəsindən "İsmayıllı peşə məktəbi 138" sözləri və rəqəmi çıxarılsın.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 17 dekabr 2010-cu il
№ 239

18/08/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi 27 avqustda başlayacaq!

🎓 Qəbulun II mərhələsinə 27 avqust tarixindən etibarən start veriləcək və müraciətlər 3 sentyabr tarixinədək davam edəcək.

💻 Müraciətlər portal.edu.az üzərindən elektron qaydada həyata keçiriləcək.

📌 Peşə təhsili almaq istəyən namizədləri müraciət tarixlərini diqqətdə saxlamağa dəvət edirik.

16/08/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlandı!

📌23 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 39 735 nəfərdən 150 354 müraciət daxil olub. Ümumilikdə 24 161 nəfər müsabiqədən keçib.

❗Müsabiqədən uğurla keçən namizədlər 25 avqust 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

📌 Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.

ℹ️ Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

  🤝📣 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı rayon...
11/08/2026

🤝

📣 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak ediblər.

🤝 Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

🎙️ Tədbirdə gənclərin cəmiyyətin ictimai, sosial və mədəni həyatında fəal iştirakının əhəmiyyəti vurğulanıb, gənclərin inkişafına yönəlmiş fəaliyyətlər barədə məlumat verilib.

🏅 İl ərzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirak edən gənclər Fəxri Fərmanla təltif olunublar.

👏 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Günəş Qurbanova və Samir Qurbanov da il ərzində keçirilən tədbirlərdə fəal iştiraklarına görə Fəxri Fərmana layiq görülüblər.

🎉 Tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

07/08/2026

Yayın ən rəngarəng festivalı yenidən başlayır!

Musiqi, əyləncə və unudulmaz anlarla dolu “COCA-COLA İLƏ XƏZƏR YAY FESTİFALI” bu dəfə İsmayıllıya gəlir!

Sevilən ifaçılarla birlikdə yayın ən möhtəşəm axşamını yaşamaq üçün festivalda siz də bizimlə olun!

⏳ 8 avqust saat 19:00
📍 İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin qarşısı

  👨‍🍳📢 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsili proqramı çərçivəsində Aşpaz ixtisası üzrə namizədlərin ...
06/08/2026

👨‍🍳

📢 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsili proqramı çərçivəsində Aşpaz ixtisası üzrə namizədlərin seçimi məqsədilə müsahibə mərhələsi keçirilib.

👥 Müsahibədə 37 namizəd iştirak edib.

🤝 Müsahibələr işəgötürən nümayəndələrinin iştirakı ilə təşkil olunub. Namizədlərin peşəyə marağı, ünsiyyət bacarıqları, nəzəri bilikləri və praktiki bacarıqları qiymətləndirilib.

🎯 Dual peşə təhsili proqramı tələbələrə nəzəri biliklərlə yanaşı, real iş mühitində təcrübə qazanmaq və gələcək əmək fəaliyyətinə daha yaxşı hazırlaşmaq imkanı yaradır.

👏 Müsahibədə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

  🤝📣 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusu “Səyyar Gənclər Xidməti” layihəsinin Qobustan rayonunda ke...
04/08/2026

🤝

📣 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusu “Səyyar Gənclər Xidməti” layihəsinin Qobustan rayonunda keçirilən açılış mərasimində təmsil olunub.

📍 Açılış mərasimində Qobustan gəncləri və valideynlər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda tədris olunan ixtisaslar, 2026–2027-ci tədris ili üzrə qəbul imkanları və mərkəzdə yaradılmış şərait barədə məlumatlandırılıblar.

🎯 Tədbir çərçivəsində gənclər üçün mövcud inkişaf imkanları, təhsil və karyera perspektivləri barədə məlumatlar təqdim olunub.

  📢📍 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunlarından ibarət könüllü komandası tərəfindən Ağsu və Şamaxı ...
31/07/2026

📢

📍 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunlarından ibarət könüllü komandası tərəfindən Ağsu və Şamaxı rayonlarında peşə təhsilinin təbliği məqsədilə maarifləndirici görüşlər keçirilib.

✅ Görüşlər zamanı vətəndaşlara mərkəzdə davam edən tələbə qəbulu, tədris olunan ixtisaslar, peşə təhsilinin üstünlükləri və düzgün ixtisas seçiminin əhəmiyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

🎯 Keçirilən görüşlərin əsas məqsədi peşə təhsilinə marağın artırılması və gənclərin gələcək karyeralarına uyğun düzgün peşə seçiminə dəstək göstərmək olub.

  🤝📣 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi “Səyyar Gənclər Xidməti” layihəsinin Şamaxı rayonunda keçirilən açılış mərasim...
29/07/2026

🤝

📣 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi “Səyyar Gənclər Xidməti” layihəsinin Şamaxı rayonunda keçirilən açılış mərasimində təmsil edilib.

📍 Açılış mərasimində Şamaxı gəncləri, eləcə də valideynlər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin xidmətləri barədə və 2026-2027-ci tədris ilində sifariş edilən ixtisaslar haqqında məlumat əldə ediblər.

🎯 Tədbir çərçivəsində region gəncləri üçün yaradılan inkişaf imkanları və müxtəlif xidmətlər barədə məlumatlar verilib.

27/07/2026

📢 Tələbə qəbulu üçün müraciət edənlərin nəzərinə!

Qeyd edilən hallarla bağlı çətinlik yaşadıqda “157” çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  🌍🇦🇿 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 15 nəfər tələbəsi İsmayıllı Regional Turizm İdarəsinin təşəbbüsü ilə keçir...
24/07/2026

🌍

🇦🇿 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 15 nəfər tələbəsi İsmayıllı Regional Turizm İdarəsinin təşəbbüsü ilə keçirilən “Basqalın yerli dadları və turizm potensialı” mövzusunda maarifləndirici infoturda iştirak edib.

🎯 İnfoturun əsas məqsədi tələbələri Basqal qəsəbəsinin tarixi-mədəni irsi, turizm imkanları və yerli qastronomiyası ilə tanış etmək, həmçinin turizm sahəsində mövcud peşə imkanları barədə məlumatlandırmaq olub.

🍽️ İştirakçılar regiona məxsus ənənəvi yeməklər, şirniyyatlar və yerli məhsullarla tanış olub, onların turizm məhsulu kimi təqdim olunması barədə praktiki məlumat əldə ediblər.

Address

+İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
Ismayıllı
AZ3100

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi:

Shortcuts

Share

Category