Coğrafiya

Coğrafiya

Share

Coğrafi məlumatlar

27/09/2025
Photos from Coğrafiya's post 26/10/2024
Photos from Coğrafiya's post 25/02/2024

Yer sətshində buzlaq və bataqlıqlar.Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş.
Bataqlıq – Yer səthinin ifrat dərəcədə rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir. Azərbaycanda özünəməxsus qamış bataqlıqlarına Kürçayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni basması nəticəsində yeni bataqlıqların əmələ gəlməsi müşahidə olunur.Dünyada ən böyük bataqlıq Boliviya ilə Paraqvay ərazisində yerləşən Pantanal bataqlığıdır (150.000 km2)

Bataqlıq hidrologiyası quru hidrologiyası bölməsi; torf çöküntülərilə örtülmüş bataqlıqları və bataqlıqlaşmış torpaqları öyrənir.
Bataqlıq hidrologiyası rütubətin torf çöküntüləri və bitki örtüyü ilə qarşılıqlı əlaqəsini, bataqlıqlarda suyun hərəkətini və yerdəyişməsini, bataqlıq massivlərində axının formalaşmasını, buxarlanmanı və su-istilik balansını, bataqlıq daxili hidroqrafik şəbəkənin formalaşması qanunauyğunluğunu, bataqlıq suarının hidrokimyasını, bataqlıqlar arası və bataqlıqların ətraf mühitlə (atmosferlə, səth, qrunt və yeraltı sularla) əlaqəsi məsələlərini tədqiq edir.

24/01/2024

Aral gölünün ekoloji durumu

Photos from Coğrafiya's post 23/12/2023

6-cı sinif şagirdlərimizin praktik işləri.

Want your school to be the top-listed School/college in Ismayıllı?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Azərbaycan
Ismayıllı
3100