İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi

İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi

Share

Fazil Əzimov adına İsmayıllı rayon Uşaq İncəsənət Məktəbinin muəllimləri və şagirdlərin uğurları.

Photos from İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi's post 18/03/2026

Novruz Bayramı münasibətiylə bayram tədbiri keçirilib.

21 Mart Novruz Bayramı münasibətiylə İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi Xəyalə Səlimovanın " Baharın nəğməli gəlişi" adlı sinif konserti keçirilib.

İlk öncə məktəbin direktoru Abbas Abdullayev tədbir iştirakçılarını salamladı ,tədbir iştirakçılarını bayram münasibətiylə təbrik etdi.

Tədbirdə şagirdlərin ifasında Dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

12/03/2026

Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. Xatırladaq ki, layihənin ilk tədbirləri 2025-ci ilin sonundan başlanıb.

Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır. Layihə həmçinin paytaxt ilə bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət edir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.

Proqram çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən bədii kollektivlər ölkənin müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.

Tamaşaçılara simfonik və kamera musiqisi, muğam, xalq çalğı alətləri musiqisi, xor və rəqs sənətinin seçilmiş nümunələri təqdim olunacaq. Bu proqram klassik musiqi irsinin qorunması, milli musiqi ənənələrinin təbliği və müasir ifaçılıq mədəniyyətinin geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qastrol səfərlərinin Bakı, Naxçıvan Muxtar Respublikası, Ağdam, Laçın, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Quba, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Sabirabad, Şamaxı və digər şəhər və rayonları əhatə etməsi planlaşdırılır.

Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və yeni yaradıcılıq platformalarının formalaşmasına da töhfə verəcək. Eyni zamanda proqram tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə imkan yaradacaq, regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul verəcək.

Qeyd edək ki, bu təşəbbüs “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Photos from İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi's post 08/03/2026

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən
İsmayıllı Rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbində 06.03 2026 - cı il tarixində "8Mart - Beynəlxalq Qadınlar Günü " münasibətilə birinci sinif şagirdlərinin iştirakı ilə “Not Bayramı” adlı tədbir keçirilmişdir.

Tədbirin əvvəlində 8 Mart – Beynəlxalq Qadınlar Gününün tarixi və əhəmiyyəti haqqında şagirdlərə qısa məlumat verilmiş, qadınların cəmiyyətdəki rolu və dəyəri vurğulanmışdır. Daha sonra tədbir birinci sinif şagirdlərinin hazırladıqları maraqlı və rəngarəng musiqili çıxışlarla davam etmişdir. Balaca ifaçıların ilk səhnə təcrübələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

Tədbirin sonunda məktəbin direktoru Abbas Abdullayev çıxış edərək birinci sinif şagirdlərini ilk səhnə çıxışları münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulamışdır.

Belə tədbirlər şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafına, səhnə mədəniyyətinin formalaşmasına və musiqiyə olan maraqlarının daha da artmasına böyük töhfə verir.

05/03/2026
04/03/2026

İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında çıxışı zamanı Azərbaycanın enerji siyasətinin strateji istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivləri barədə geniş fikirlər səsləndirib. Tədbirdə bir çox ölkələrin nazirləri, nüfuzlu enerji şirkətlərinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər ki, bu da layihənin qlobal əhəmiyyətini bir daha nümayiş etdirib.

Prezident vurğulayıb ki, Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi tanınır və xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi təkcə enerji infrastrukturu deyil, həm də ölkələr arasında strateji əməkdaşlıq platformasıdır. Bu layihə vasitəsilə Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji bazarına çatdırılır və ixrac coğrafiyası ildən-ilə genişlənir.

Dövlət başçısı qeyd edib ki, qaz hasilatı və ixrac imkanlarının artırılması üçün yeni investisiyalar və texnoloji yeniliklər tətbiq olunur. Mövcud tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, yeni bazarlara çıxış imkanları da araşdırılır. O bildirib ki, bu siyasət həm Azərbaycanın iqtisadi maraqlarına xidmət edir, həm də tərəfdaş ölkələrin enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir.

Çıxışda bərpa olunan enerji və “yaşıl enerji” istiqamətinə də xüsusi diqqət ayrılıb. Prezident vurğulayıb ki, Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, günəş və külək enerjisi sahəsində də böyük potensiala malikdir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin uzunmüddətli enerji strategiyasının mühüm tərkib hissəsidir və karbon emissiyalarının azaldılmasına xidmət edir.

İlham Əliyev bildirib ki, enerji layihələri regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də müsbət təsir göstərir. Boru kəmərləri və digər iri infrastruktur layihələri ölkələr arasında iqtisadi əlaqələri gücləndirir, qarşılıqlı etimadı artırır və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.

Sonda Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşdırılması bir çox dövlətlərin, beynəlxalq maliyyə institutlarının və enerji şirkətlərinin birgə səyləri nəticəsində mümkün olub. Bu əməkdaşlıq modeli gələcək layihələr üçün də nümunə ola bilər. O vurğulayıb ki, Azərbaycan bundan sonra da enerji sahəsində etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirəcək və həm ənənəvi, həm də bərpa olunan enerji istiqamətlərində beynəlxalq əməkdaşlığı genişləndirəcək.

Abbas Abdullayev
F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru

26/02/2026

“Ədaləti biz özümüz təmin etdik”

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi yaşayır. 1992-ci ilin fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qanlı hadisələr təkcə bir yaşayış məntəqəsinin deyil, bütöv bir xalqın taleyinə həkk olundu. Lakin tarix göstərdi ki, ədalət gecikə bilər, amma susmaz; həqiqət gizlədilə bilər, amma məhv edilə bilməz. Azərbaycan xalqı bu ədaləti kənardan gözləmədi və onu özü təmin etdi.

İllər boyu beynəlxalq müstəvidə həqiqətlərin çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirildi. Dövlət səviyyəsində aparılan diplomatik mübarizə, ictimai təşəbbüslər və xüsusilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində bir sıra ölkələr bu faciəyə hüquqi-siyasi qiymət verdi. Bu, ədalət yolunda mühüm mərhələ idi.

Lakin Azərbaycan üçün ədalət yalnız bəyanatlar və qətnamələrlə məhdudlaşa bilməzdi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi xalqın iradəsinin, dövlətin qətiyyətinin və ordunun gücünün təntənəsinə çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu işğal altında olan torpaqların böyük hissəsini azad etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müharibə başa çatdı. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də dövlətçilik iradəsinin nümayişi idi.

2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam şəkildə təmin olundu. Qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi və separatçı qurumun fəaliyyətinə son qoyulması dövlət hakimiyyətinin bərpasını rəsmiləşdirdi. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyünün və konstitusion quruluşunun tam təmin olunması ilə nəticələndi.

Bu gün Xocalı şəhərində ucaldılan Xocalı Soyqırımı Memorialı milli yaddaşın və tarixi ədalət anlayışının simvoluna çevrilib. Memorialın açılışı zamanı İlham Əliyev tərəfindən səsləndirilən fikirlər müasir Azərbaycanın güclü və suveren dövlət olduğunu bir daha nümayiş etdirdi.

“Ədaləti biz özümüz təmin etdik” ifadəsi emosional şüar olmaqla yanaşı, uzunmüddətli siyasi, diplomatik və hərbi strategiyanın nəticəsini ifadə edir. Azərbaycan 30 il ərzində beynəlxalq hüquqa əsaslanan mövqeyini qorudu, iqtisadi potensialını gücləndirdi, müasir ordu qurdu və qlobal tərəfdaşlıq əlaqələrini genişləndirdi.

Bu gün Xocalı qurbanlarının xatirəsi qalib xalqın qüruru ilə yad edilir. Bu qələbə qisasçılıq deyil, dövlət suverenliyinin və beynəlxalq hüququn bərpası kimi təqdim olunur. Tarix göstərdi ki, güclü dövlət, milli birlik və ardıcıl siyasət olduqda ədalət təmin edilə bilir.

Ədalət kənardan verilmir — o, siyasi iradə, diplomatiya, iqtisadi güc və milli həmrəylik sayəsində əldə olunur. Bu isə gələcək nəsillərə ötürüləcək mühüm dövlətçilik dərsidir.

Abbas Abdullayev
İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru.

Photos from İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi's post 26/02/2026

26 Fevral — Xocalı soyqırımı qurbanlarının anım günü münasibətilə İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbində tədbir keçirilib.
İlk öncə Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı üzrə Mədəniyyət Müəssisələrinin rəhbəri və işçiləri Xocalı Soyqrımının 34- cü il dönümüylə əlaqədar " Soyqrım abidəsi " ni ziyarət etdilər.
Daha sonra Xocalı faciəsinin tarixi, başvermə səbəbləri və nəticələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 26-da baş verən bu faciə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb.

Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar tədbirə xüsusi təsir bağışlayıb. Onlar vətənə, torpağa və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər .
Məktəbin rəsm şöbəsinin şagirdləri tərəfindən Xocalı faciəsini əks etdirən rəsmlərdən ibarət sərgi təşkil olunub. Rəsmlərdə sülhə çağırış, vətən sevgisi və faciənin ağrılı izləri öz əksini tapıb.

Tədbirin sonunda çıxış edən Nəzəriyyə şöbəsinin müdiri Aynurə Güləliyeva belə anım günlərinin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, Xocalı qurbanlarının xatirəsi daim uca tutulacaq və gələcək nəsillər bu tarixi heç vaxt unutmayacaq.

23/02/2026

Bu gün Xocalı təkcə keçmişin ağrılarını xatırladan bir məkan deyil, həm də xalqımızın iradəsinin, birliyinin və yenidənqurma əzminin simvoludur. Prezident İlham Əliyevin şəhərə səfərləri burada həyatın bərpasına verilən böyük önəmin və Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinin aydın göstəricisi kimi dəyərləndirilir.
Xocalı bizim otuz ildən artıq qanayan yaramız, həm də milli tariximiz idi. Bu gün isə Xocalı Azərbaycanın qüdrətinin, Şanlı Ordumuzun zəfərinin və dövlət rəhbərimizin sarsılmaz iradəsinin rəmzinə çevrilib. Prezident İlham Əliyevin Xocalıya ardıcıl səfərləri sadəcə işgüzar xarakter daşımır; bu səfərlər hər bir xocalılının, hər bir azərbaycanlının qürurunun bərpasıdır.
Xocalıda aparılan bərpa işləri “Böyük Qayıdış” Dövlət Proqramının tərkib hissəsidir. Şəhərdə yaşayış binalarının tikintisi, yolların çəkilməsi, sosial obyektlərin – məktəb, xəstəxana və digər inzibati binaların inşası planlı şəkildə həyata keçirilir.
Dövlət başçısının dediyi kimi: "Biz buraya qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqlarda əbədi yaşayacağıq!"

Abbas Abdullayev
F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru.

16/02/2026

Azərbaycan ilə Serbiya arasında münasibətlər uzun illərdir uğurla inkişaf edir və hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olması, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişlənməsi bu münasibətlərin davamlı xarakter daşıdığını təsdiqləyir.

İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında mövcud tərəfdaşlığın daha da möhkəmləndirilməsi və yeni strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya dövlət başçıları — İlham Əliyev və Aleksandar Vuçiç arasında qarşılıqlı səfərlər və formalaşmış səmimi münasibətlər əlaqələrin strateji xarakterini daha da gücləndirir.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Belqrad şəhərində Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edərək mədəni-humanitar əlaqələrə verilən yüksək dəyəri nümayiş etdiriblər.

Dövlət başçıları arasında keçirilən təkbətək görüşdə son illərdə əldə olunan nailiyyətlər müzakirə olunub, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq maraqlara xidmət edən təşəbbüslər yüksək qiymətləndirilib.

Belqradda Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasının keçirilməsi mühüm siyasi hadisə kimi dəyərləndirilir. Tərəflər bu platformada dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm mesajlar veriblər.

Prezident Aleksandar Vuçiçin qeyd etdiyi kimi, iclasın Serbiyanın Dövlətçilik Günündə keçirilməsi xüsusi rəmzi məna daşıyır və bu günün ən yaxın dostlarla birlikdə qeyd olunması ölkələrimiz arasında qarşılıqlı etimadın göstəricisidir. Prezident İlham Əliyev də çıxışında Azərbaycan və Serbiyanın dost ölkələr olduğunu vurğulayaraq əməkdaşlığın genişləndirilməsi üçün heç bir məhdudiyyətin olmadığını bildirib.

Görüşlər zamanı regional və qlobal geosiyasi proseslər, Balkanlar və Cənubi Qafqazda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb, daimi dialoq və koordinasiyanın vacibliyi qeyd olunub.

İkitərəfli münasibətlərdə enerji sahəsi xüsusi yer tutur. Serbiya Azərbaycanın təbii qazını idxal edən Avropa ölkələrindən biridir və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Ümumilikdə aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycan–Serbiya əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır.

Abbas Abdullayev
F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru

13/02/2026

Süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi artıq zamanın tələbidir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar Azərbaycanın rəqəmsal transformasiyanı strateji prioritet kimi müəyyən etdiyini aydın şəkildə göstərir. Fevralın 11-də dövlət başçısının sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə bu sahəyə verilən yüksək önəmin bariz nümunəsidir.

Müşavirədə qeyd olunduğu kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma prosesinin dərinləşdirilməsi ölkələrin gələcək inkişafını müəyyən edən əsas amillərdəndir. Azərbaycanın da bu istiqaməti prioritet seçməsi milli maraqlara və uzunmüddətli inkişaf strategiyasına əsaslanır.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiqlənməsi ölkəmizdə bu sahənin sistemli inkişafına zəmin yaradır. Strategiya süni intellekt üzrə elmi tədqiqatların genişləndirilməsini, informasiya texnologiyalarının təkmilləşdirilməsini, infrastrukturun əlçatanlığının artırılmasını və ixtisaslı kadr potensialının gücləndirilməsini nəzərdə tutur. Bu yanaşma həm iqtisadi artıma, həm də sosial rifahın yüksəlməsinə xidmət edir.

Eyni zamanda, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” rəqəmsal infrastrukturun müasirləşdirilməsi, innovativ biznes mühitinin formalaşdırılması, startap ekosisteminin dəstəklənməsi və data əsaslı qərarvermə mexanizmlərinin tətbiqi kimi mühüm hədəfləri əhatə edir. Süni intellekt, bulud texnologiyaları və “ağıllı şəhər” həllərinin geniş tətbiqi ölkəmizin qlobal rəqabət qabiliyyətini daha da artıracaq.

Bütün bunlarla yanaşı, kadr hazırlığı məsələsi xüsusi əhəmiyyət daşıyır. Təhsil sistemində süni intellekt və rəqəmsal texnologiyalar üzrə ixtisasların genişləndirilməsi, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması gələcək inkişafın əsas təminatıdır. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıqlar aidiyyəti qurumlar tərəfindən yüksək səviyyədə icra edilməlidir.

Nəticə etibarilə, süni intellektin dövlət qurumlarında geniş tətbiqi idarəetmənin səmərəliliyini artıracaq, şəffaflığı gücləndirəcək və Azərbaycanın rəqəmsal gələcəyinin möhkəm təməlini formalaşdıracaq.

Abbas Abdullayev
İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru

11/02/2026

Azərbaycan–ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə görüşdən sonra bildirib ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması son altı ayda aparılan intensiv danışıqların və birgə səylərin məntiqi nəticəsidir. Bu proses Prezident Trampla Vaşinqtonda keçirilən tarixi görüşdən sonra başlanıb və ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan üçün dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq böyük şərəfdir. O, ABŞ rəhbərliyinə Qafqazda sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

Qeyd olunub ki, ötən ilin avqustunda Ermənistan və Azərbaycan Ağ Evdə sülh sazişini paraflayıb və Prezident Trampın iştirakı ilə Sülh haqqında Birgə Bəyannamə imzalanıb. Artıq altı aydır regionda sülh şəraiti mövcuddur və tərəflər sülh şəraitində əməkdaşlıq modelini formalaşdırırlar.

Azərbaycan Ermənistanla iqtisadi əlaqələrin qurulması istiqamətində mühüm addımlar atıb – tranzit məhdudiyyətləri aradan qaldırılıb, eləcə də neft məhsullarının təchizatına başlanılıb.

Bundan əlavə, Tramp-Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin region üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb. Layihə Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, region ölkələri vasitəsilə Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat dəhlizi rolunu oynayacaq.

Prezident İlham Əliyev bildirib ki, bütün bu addımlar Azərbaycan–ABŞ münasibətlərinin tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir.


Abbas Abdullayev
İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbinin direktoru

Want your school to be the top-listed School/college in Ismayıllı?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Ismayıllı

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00