25/12/2025
Bildiyiniz kimi, Ölkəmizdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu əlamətdar günün məğzini şagirdlərə çatdırmaq məqsədilə, həmçinin şagirdlərə dünya azərbaycanlılarının müxtəlif ölkələrdə qazandıqları uğurlar haqqında məlumat vermək, milli kimlik, vətənpərvərlik və həmrəylik anlayışlarını möhkəmləndirmək, şagirdlərin tədqiqat, təqdimat və informasiya toplama bacarıqlarını inkişaf etdirmək məqsədilə İsmayıllı rayon Sərdahar kənd ümumi orta ümumtəhsil məktəbində 25.12.2025-ci il tarixində “Dünya azərbaycanlılarının uğurları və həmrəyliyi” adlı tədbirkeçirilmişdir.
Məktəbin direktoru,eyni zamanda tarix müəllimi Əlislamlı Vasif müəllim şagirdlərə mövzu haqqında məlumatlar vermiş,şagirdlərin mövzu haqqında bildikləri müzakirə edilmiş,müvafiq tapşırıqlar yerinə yetirilmişdir.