İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb

İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb

Share

İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 25/05/2026

İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində IV və VI siniflərin monitorinqi ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən fənn müəllimləri ilə görüş keçirildi.
Görüşdə monitorinqdə istifadə olunan sualların çərçivə sənədi ilə ətraflı tanış olundu və müzakirələr aparıldı.
Şagirdlərə imtahanda iştirak etmək üçün lazımi sənədləri aparmaları sinif rəhbərlərinin diqqətinə çatdırıldı.

25/05/2026

Şərqin ilk demokratik,hüquqi,dünyəvi,parlament respublikası.
1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət, öz müstəqil dövlətinə sahib oldu.
Elə günlər vardır ki, tarixdə onlar sadəcə müəyyən hadisələrin baş verdiyi təqvim kimi deyil, bütöv bir xalqın taleyinə istiqamət verən mühüm dönüş nöqtələri kimi xatırlanır. Azərbaycan xalqı üçün 28 May məhz belə əlamətdar və müqəddəs günlərdən biridir. Bu tarix xalqımızın azadlıq iradəsinin, milli birlik ruhunun, dövlət yaratmaq əzminin və gələcəyə inamının rəmzinə çevrilmişdir. Məhz 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz siyasi taleyini müəyyənləşdirmək gücünü nümayiş etdirərək Şərqdə və bütün müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini qurdu.

Bu hadisə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun və Şərq dünyasının siyasi tarixində yeni səhifə açdı. Çünki həmin dövrdə bir çox xalqlar demokratik idarəçilik modelinə doğru addımlamağa çalışdığı halda, Azərbaycan artıq müasir dövlətçilik nümunəsini ortaya qoymuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması uzun illər formalaşan milli oyanışın, azadlıq ideyalarının və ictimai düşüncənin məntiqi yekunu idi. XIX əsrin sonlarından etibarən Azərbaycanda milli şüur inkişaf etmiş, maarifçilik ideyaları geniş yayılmış, qabaqcıl ziyalılar və mütəfəkkirlər xalqın milli özünüdərk prosesinə əhəmiyyətli təsir göstərmişdilər. Cəmiyyət daxilində istiqlal arzusu güclənmiş, milli dövlət qurmaq istəyi ümummilli məqsədə çevrilmişdi. Ulu Öndər Heydər Əliyev həmin dövrün tarixi reallığını belə ifadə etmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı.”

1918-ci ilin mayında qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycan xalqının müstəqillik hüququnu bütün dünyaya bəyan edən mühüm sənəd oldu. Bu bəyannamə yalnız siyasi akt kimi deyil, həm də milli dövlətçilik tariximizin yeni ideoloji təməli kimi qiymətləndirilir. Burada xalq hakimiyyəti, demokratik idarəçilik, hüquq bərabərliyi və insan azadlıqları kimi fundamental prinsiplər əksini tapmışdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddət ərzində dövlət quruculuğu sahəsində mühüm uğurlar qazandı. Parlament yaradıldı, hökumət formalaşdırıldı, dövlət rəmzləri qəbul olundu, milli ordu təşkil edildi, vətəndaşlıq sistemi təsis olundu və beynəlxalq əlaqələrin qurulması istiqamətində ciddi addımlar atıldı.

Həmin dövrdə həyata keçirilən islahatlar dövlətçilik tariximiz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Təhsil sisteminin milliləşdirilməsi, ana dilində tədrisin təşkili və Bakı Dövlət Universitetinin təsis olunması gələcək milli kadr potensialının hazırlanmasına hesablanmış mühüm qərarlar idi. Hüquq və məhkəmə sisteminin formalaşdırılması, hüquqi islahatların aparılması isə demokratik idarəçilik prinsiplərinin möhkəmləndirilməsinə xidmət göstərirdi.

Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir.” Həqiqətən də, Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən biri xalqımızda milli dövlətçilik təfəkkürünü gücləndirməsi və milli mənlik hissini daha da möhkəmləndirməsi idi. Bu dövrdə xalq ilk dəfə özünü dövlət idarəçiliyinin və siyasi hakimiyyətin birbaşa sahibi kimi hiss etdi.

Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son verildi və ölkə bolşevik işğalına məruz qaldı. Müstəqillik itirilsə də, onun ideyası xalqın yaddaşında və düşüncəsində yaşamağa davam etdi. Çünki azadlıq arzusu xalqın ruhundan silinməmişdi. XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövr siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ilə müşayiət olunduğundan dövlətçiliyimizin taleyi ciddi təhlükə altına düşmüşdü. Belə mürəkkəb şəraitdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkənin xilası missiyasını öz üzərinə götürdü. Dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi və inkişaf strategiyasının müəyyənləşdirilməsi məhz onun uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Ulu Öndərin məşhur fikri dövlətçilik anlayışının mahiyyətini aydın şəkildə ifadə edir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”

Hazırda bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi qüdrətinin artması, güclü ordu quruculuğu və milli maraqların qətiyyətlə müdafiəsi dövlətimizin mövqeyini daha da gücləndirmişdir. Tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması isə müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız ölkəmizin bütün guşələrində qürurla dalğalanır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik.”

Bu gün 28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixinə ehtiramının, bugünkü uğurlarına qürurunun və gələcəyə olan böyük inamının ifadəsidir. Azərbaycan xalqı bir əsrdən artıq əvvəl başlanan dövlətçilik yolunu əzmlə davam etdirir. Şərqdə ilk demokratik respublikanı quran xalq bu gün regionun aparıcı və güclü dövlətlərindən birinin sahibidir. Dövlətçilik ənənələrinə söykənən müasir Azərbaycan gələcəyə inamla addımlayır və tarix bir daha sübut edir ki, müstəqillik yalnız qazanılan siyasi hüquq deyil, eyni zamanda qorunmalı, yaşadılmalı və gələcək nəsillərə ötürülməli olan ən dəyərli milli kimliyimizdir.
İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Elçin Hətəmov.

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 22/05/2026

İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəbində "Şəhərsalma və Memarlıq ili" çərçivəsində şagirdlər arasında intellektual yarış keçirildi. Yarışda yüksək nəticə göstərən şagirdlərdən ibarət yeni komanda müəyyənləşdirildi.
Komandamıza uğurlar arzulayırıq.

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 22/05/2026

HSK – ana dili Çin dili olmayan şəxslərin (əcnəbilərin, xaricdə yaşayan çinlilərin və s.) Çin dili bilik səviyyəsini ölçən və beynəlxalq səviyyədə tanınan yeganə rəsmi dövlət imtahanıdır.
​ İmtahanın Səviyyələri:
Ənənəvi HSK sistemi əsasən 6 səviyyədən ibarətdir (HSK 1-dən HSK 6-ya qədər).
​HSK 1-2: Başlanğıc səviyyə (gündəlik bəsit dialoqlar).
​HSK 3-4: Orta səviyyə (gündəlik həyat, iş və təhsildə sərbəst ünsiyyət).
​HSK 5-6: İrəli səviyyə (mürəkkəb mövzularda müzakirələr, qəzet və kitab oxumaq, akademik səviyyə).
İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam ümumtəhsil orta məktəbinin 5a sinif şagirdi Kərimli Xədicə Sübhi qızı bu imtahanın H1- ilk səviyyəsi üzrə uğurla iştirak etmiş və sertifikat almışdır. Şagirdimiz Xədicəni təbrik edirik və uğurlar arzulayırıq.

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 22/05/2026

Respublika fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən Respublika fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlərlə görüş təşkil olunub.

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonları üzrə təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitələrinin sədrləri, fənn müəllimləri, qalib şagirdlər, eləcə də müəssisə rəhbərləri iştirak ediblər.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən qalib şagird Fuad Mustafayev ( Qızıl medal- tarix fənni üzrə) və müəllimi Təranə Yusifovaya fəxri fərman və hədiyyə təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

22/05/2026

Bakı,o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri oz memarlığı ilə fərəhlənə bilər.
Bakı yenə dünyanın diqqət mərkəzindədir. Mayın 17-dən başlayaraq paytaxtımızda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası işinə start verib və bu proses artıq dünya miqyasında da böyük maraq və diqqətlə qarşılanır. Əlbəttə, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin yüksək beynəlxalq nüfuzunu və Azərbaycanın qlobal platformalarda getdikcə artan rolunu aydın şəkildə nümayiş etdirir.
Nəzərə alaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir. Bununla Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan siyasi çəkisi bir qədər aydın görünür və bütün bu uğurlar dövlətimizin iqtisadi inkişaf göstəricisidir.
Bu, həm də onu ifadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı çıxışında dünyanı narahat edən bir sıra məsələlərə diqqət çəkib, müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, Azərbaycanın urbanizasiya təcrübəsini, tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işləri bu siyasətin bariz hissəsi kimi xarakterizə edib və bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkə rəhbərinin çıxışında çox aydın diqtə edilib ki, şəhərsalma məsələləri təkcə bir tədbir çərçivəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlardır. Bu istiqamətdə bundan sonra da beynəlxalq aləmin diqqəti məhz bu kimi məsələlərə yönəldiləcək.
Azərbaycanın coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşdiyi hər bir ölkələrə bəllidir. Prezident İlham Əliyev də məhz bu prizmadan yanaşaraq çıxışında bu prosesin böyük önəm kəsb edtiyini xüsusi vurğuladı və əlavə olaraq dedi: “Bu unikal xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə öz əksini tapır. Bakının timsalında qədimliklə müasirliyin harmonik vəhdəti açıq şəkildə müşahidə olunur. İçərişəhər kimi qədim memarlıq məkanları ilə müasir urbanizasiya layihələrinin yanaşı mövcudluğu Azərbaycanın tarixi irsə həssas və məsuliyyətli münasibətinin bariz nümunəsidir. Vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi isə paytaxtın müasir inkişaf modelinin və uğurlu şəhərsalma siyasətinin simvoluna çevrilib. Qədim Azərbaycan memarlığı yalnız estetik deyil, eyni zamanda funksional xarakter daşıyır.İsmayıllı rayonunun Lahıc qəsəbəsində yüzillər əvvəl yaradılmış kanalizasiya və su sistemlərinin bu gün də işlək vəziyyətdə olması əcdadlarımızın yüksək mühəndislik təfəkkürünün, texniki biliklərinin və uzaqgörən şəhərsalma mədəniyyətinin nadir nümunəsidir. Bu fakt Azərbaycan xalqının qədim dövrlərdən etibarən şəhərsalma və memarlıq sahəsində yüksək inkişaf səviyyəsinə malik olduğunu bir daha təsdiqləyir”.
Ümumdünya Şəhərsalma Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Elə əvvəlki illərdə – ümummilli lider Heydər Əliyevin də başladığı qlobal proqramların hamısı məhz bu prosesə dəlalət edirdi. O dövrdə də dahi rəhbərin həyata keçirdiyi bütün layihələr insanların rifahının yüksəldilməsinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillər üçün sağlam urbanizasiya mühitinin yaradılmasına xidmət edirdi.
Bakıdakı Sessiyada WUF13-ün əsas müzakirə istiqamətləri bunlardır: mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdehlik, daha inklüziv və iqlimə davamlı şəhər və icmalar yaratmaq cəhdləri, mənzil təminatının əsas prioritet kimi ön plana çəkilməsi, şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək, Yeni Şəhərsalma Gündəliyinə töhfə vermək və s.
Qeyd edək ki, ölkəmizin paytaxtında keçirilən WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş mötəbər bir forum-tədbirdir. Bu tədbir həm ölkəmiz, həm də xalqımız üçün ümdə resurslar müəyyənləşdirir.
İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin çağırışaqədərki hazırlıq rəhbəri Elçin Hətəmov.

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 19/05/2026

🏛️ 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 9c sinfi üçün məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aida isgəndərovanın rəhbərliyi ilə İsmayıllı Rayon Tarix Diyarşünaslıq muzeyinə ekskursiya təşkil olundu. Şagirdlər muzeydə tarixi eksponatlar və şəhidlərimizin şəxsi əşyaları ilə yaxından tanış oldular.

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 18/05/2026

🏛️ 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbiminin 6"B" sinfi tarix müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə Heydər Əliyev Muzeyində oldular. Tariximizi, ulu öndərin zəngin irsini və ömür yolunu daha yaxından öyrənmək şagirdlərimiz üçün çox maraqlı və yaddaqalan oldu. 🇦🇿✨

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 16/05/2026

14 may 2026-cı il tarixində Dağlıq-Şirvan Regional Təhsil İdarəsinin təşkil etdiyi monitorinq qrupu üzvləri tərəfindən Dağlıq-Şirvan Regional Təhsil İdarəsi nəzdində fəaliyyət göstərən İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli orta ümumtəhsil məktəbində müəyyən edilmiş istiqamətlər üzrə monitorinq keçirilmişdir.
Monitorinq zamanı məktəbdə şagird davamiyyəti, nizam-intizam qaydalarına riayət olunması, summativ qiymətləndirmənin mövcud vəziyyəti, təlim prosesinin təşkili, sənədləşmə işləri və digər cari məsələlər araşdırılmış, aidiyyəti üzrə müzakirələr aparılmışdır.
Keçirilən monitorinq çərçivəsində məktəbin fəaliyyətinin daha da təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlı tövsiyələr verilmişdir.

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 15/05/2026

İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində may ayı üzrə Fiziki tərbiyə fənnindən Atletika üzrə siniflər arasında 30 -60 m məsafəyə qaçış yarışları təşkil olundu.

Photos from İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəb's post 15/05/2026

İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri üçün tədbirlər planına uyğun olaraq " Zərərli vərdişlərə yox deyək", " Sağlam həyat tərzi" mövzularında maarifləndirici görüş təşkil olundu.

Görüşdə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı polis mayoru Rahim Orucov, SHXÇDX İsmayıllı Rayon şöbəsinin əməkdaşı Murad Yunuszadə, Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Qubadov, məktəb rəhbərliyi və şagirdlər iştirak etdi.

Şagirdlərə narkomaniyaya qarşı mübarizə tədbirləri, alkoqolizmədən necə yan keçmək olar və digər p*s vərdişlərdən qorunmaq üsulları haqqında ətraflı məlumat verildi.

Want your school to be the top-listed School/college in Ismailly?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Ismailly
3100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00