İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi

İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi

Share

Məktəb

Photos from İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi's post 20/03/2025

Bu gün İmişli rayon İ. Əliyev adına Qulubəyli kənd tam orta məktəbin kollektivi tərəfindən çox maraqlı Novruz bayramı tədbiri təşkil edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rafiq Bədirov açaraq şagird və müəllim kollektivini təbrik etdi, Tədbirdə iştirak edən şəhid Mehdizadə Rüfətin yadigarları olan balaca balaların şənlənməsi tədbirə yeni bir ruh qatırdı.
Bayramınız mübarək.

13/01/2025

2024-2025 ci tədris ilində RFO rayon turunda 3 şagirdimiz uğur qazandı
1.Bəyalıyeva Fədiqə Bəhruz qızı
2.Seyidzadə Əminəxatun Bəhruz qızı
3.Qasımova Xədicə Ələddin qızı
Növbəti mərhələdə sizlərə uğurlar arzulayırıq.

Photos from İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi's post 29/12/2024

29 dekabr 2024 – cü il tarixdəIX və Xl sinifdə Azərbaycan dili ,Riyaziyyat və Rus dili fənlərindən monitorinq keçirildi.

Photos from İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi's post 20/12/2024

20 dekabr 2024 – cü il tarixdə Xl sinifdə Azərbaycan dili ,Riyaziyyat və Rus dili fənlərindən monitorinq keçirildi.

Photos from İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi's post 13/12/2024

13 dekabr 2024 – cü il tarixdə IX sinifdə Azərbaycan dili ,Riyaziyyat və Rus dili fənlərindən monitorinq keçirildi.

Photos from İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi's post 12/12/2024

12.12.2024- cinil tarixində İmişli rayon Qulubəyli kənd İ.Əliyev adına tam orta məktəbinin müəllim və şagird heyəti Ulu öndər Heydər Əliyevin anım gününü qeyd etdi.

13/11/2024

https://www.facebook.com/share/p/18FDR69jim/

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Ölkəmiz hazırlaşırdı, güclü ordu yaradırdı, iqtisadi inkişafı təmin edirdi, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdı, ancaq öz gücünə güvənirdi. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər Azərbaycanı Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik.
Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

İlkin Quluzadə, İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

08/11/2024

İmişli rayon İ.Əliyev adına Qulubəyli kənd tam orta məktəbində 11-ci sinifin,sinif rəhbəri Quliyeva Günel Məssalı qızının təşkilatçılığı ilə 11-ci sinif şagirdlərinin hazırladığı yaradıcılıq proyekti

Photos from İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi's post 07/11/2024

Bu gün İmişli rayon İ. Əliyev adına Qulubəyli kənd tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Zəfər günü və Bayraq günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və qonaqlar təbrik çıxışları etdilər. Şagirdlərin ifasında maraqlı kompozisiyalar nümayiş etdirildi. Bu bayramlara bir əlamətdar hadisə də 44 günlük vətən müharibəsi şəhidi, məktəbimizin məzunu, şəhid Mehdizadə Rüfətin bizə yadigar qoyub getdiyi oğlu Mehdizadə Röyalın doğum günü sinif yoldaşları və müəllimlərin iştirakı ilə qeyd edildi.

Photos from İmişli rayon İmamverdi Əliyev adına Qulubəyli kənd tam orta məktəbi's post 06/11/2024

Bu gün İmişli rayon İ. Əliyev adına Qulubəyli kənd tam orta məktəbin şagirdi, şəhid Mehdizadə Rüfətin bizə əmanəti olan Röyal balamızın 8-ci doğum gününü sinif yoldaşları və müəllimlərinin iştirakı ilə qeyd edildi. Doğum günün mübarək Röyal Mehdizadə...
Allah səni qorusun.

Want your school to be the top-listed School/college in Imisli?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Imisli