✨️Yeni tədris ilində məktəbimiz təkmilləşdirilmiş tədris mühiti, müasir təhsil imkanları və peşəkar pedaqoji heyəti ilə şagirdlərimizin ali təhsil hədəflərinə doğru inamla irəliləməsinə dəstək olmağa davam edəcək.
İmişli şəhər 4 saylı tam orta məktəb
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İmişli şəhər 4 saylı tam orta məktəb, Public School, Imisli.
12/06/2026
Bu gün məktəbimizdə qruplar üzrə təşkil olunmuş cari tədris ili üzrə yekun ümumi valideyn iclasları keçirilib. İclaslarda məktəbin direktoru, qrup rəhbərləri və fənn müəllimləri iştirak ediblər.
İclaslar zamanı valideynlərə şagirdlərin təlim nailiyyətləri, davamiyyəti, davranışı və ümumi inkişaf vəziyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı yay tətili ərəfəsində şagirdlərin vaxtlarını səmərəli planlaşdırmaları, mütaliəyə, özünüinkişafa və sağlam həyat tərzinə daha çox diqqət ayırmaları ilə bağlı valideynlərə müvafiq tövsiyələr verilib.
İclaslarda iştirak edən, övladlarının təhsil və inkişafı ilə mütəmadi maraqlanan, məktəb kollektivinə dəstək göstərən hər bir valideynə təşəkkürümüzü bildiririk!
11/06/2026
Məktəbimizin Riyaziyyat müəllimi Şamin Məmmədov 07 iyun 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta (11 illik) təhsil səviyyəsi üzrə keçirilmiş l qrup blok imtahanında riyaziyyat fənni üzrə istifadə olunmuş sualları geniş şəkildə izah edib.
Şamin müəllimin izah videosunu aşağıdakı link vasitəsilə məktəbimizin və Şamin müəllimin YouTube kanallarından izləyə bilərsiniz.
▶️💻
https://youtu.be/xjOQ_1rXF7I?si=iyQPcjPrrY6jmPB2
▶️💻
https://youtu.be/EFSQaJpzXaA?si=gxkMohUBv99f7RXG
Şamin müəllimə gələcək fəaliyyətində uğurlar arzulayırıq!
10/06/2026
Yüksək nəticə göstərmiş şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən təltif olunublar.
Belə ki, məktəbimizdə təşkil olunan blok fənləri üzrə növbəti “Güvən” sınaq imtahanında ən yüksək nəticə göstərmiş on doqquz şagirdimiz diplomlarla təltif edilib. ✨
Şagirdlərimizin çalışqanlığı, əzmkarlığı və məqsədyönlü fəaliyyəti nəticəsində sınaq imtahanlarında əldə olunan müsbət dinamika bizi daha da sevindirir.
Fərqlənən şagirdlərimizi bir daha təbrik edir, qarşıdakı imtahanlarda daha yüksək nəticələr əldə etmələrini arzulayırıq!
08/06/2026
📢Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən yeni təmayül tədris modelinin tətbiq edildiyi təhsil müəssisələrinə 2026–2027-ci tədris ili üzrə şagird qəbulu elan edilir.
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu başlayır. Layihəyə X və XI sinif şagirdləri müraciət edə bilərlər.
Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.
Aşağıdakı ümumi təhsil müəssisələrində X siniflər üzrə şagird qəbulu elan edilir və məktəb adlarının yanında qeydiyyat üçün müvafiq linklər yerləşdirilib:
▶️Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/e/1FAIpQLScvP5CihaMDTEXWL7wM869vUCA7RNxxBjlsKrJzXyL3aqgWyA/viewform?usp=publish-editor
▶️İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/uw6E57xmaqnXV5EPA
▶️Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
https://docs.google.com/forms/d/e/1FAIpQLSfwyK3GVPc7C1Y6j27eBYjdkl0Xpf3WKqBjEcCce6sTBxXa6A/viewform?usp=header
▶️Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/e/1FAIpQLSftg05yX5xr1hvfnvuzC8_d9ztkdADuekpCVtpIhfPItwjpOA/viewform?usp=header
▶️Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/1amdhafyBohodmFf2PiSje8GSYgVRPwyZBNU5pRGXfCY/edit
Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.
▶️Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
🟢Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
🟢Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
🟢Səriştəli müəllim kollektivi;
🟢Aylıq sınaq imtahanlarının təşkili;
🟢Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
▶️Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🟢Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.
04/06/2026
2026–2027-ci tədris ili üzrə məktəbimizə 10- cu siniflərin qəbulu davam edir.
Qeydiyyat üçün aşağıdakı linkə daxil olun:
https://forms.gle/uw6E57xmaqnXV5EPA
26/05/2026
Məktəbimizin II qrup şagirdi Zəhra Novruzlu Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarında riyaziyyat fənni üzrə istifadə olunmuş “Triqonometriya” bölməsinə aid sualları özünəməxsus yanaşma ilə ətraflı izah edib.
Qeyd edək ki, Zəhranın əsas məqsədi gələcəkdə yüksək nəticə göstərərək iqtisadiyyat ixtisasına qəbul olmaqdır.
Zəhra məqsədini belə ifadə edir:
“İqtisadiyyat gələcəyin açarıdır. Məqsədim qəbul imtahanlarında yüksək nəticə əldə edərək bu sahədə uğurlu addımlar atmaqdır.”
Şagirdimizin hazırladığı izah videosunu aşağıdakı link vasitəsilə məktəbimizin YouTube kanalından izləyə bilərsiniz.
▶️💻
https://youtu.be/hpmxB1heSh4?si=ZiEcO0wULnywbppc
Zəhraya elm və təhsil yolunda uğurlar arzulayırıq!
25/05/2026
Məktəbimizdə təhsilini davam etdirmək üçün müraciət etmiş və ümumi orta təhsil bazası üzrə buraxılış imtahanlarında müvafiq keçid balını toplamış şagirdlər məktəbimizin tədris mühiti və yaradılmış imkanlarla yaxından tanış olublar.
Bu gün İmişli rayonu İlqar Əhmədov adına Xoşçobanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Xəyalə Mehdiyevanın rəhbərliyi ilə, yeni tədris ilindən etibarən seçdikləri ixtisas qrupları üzrə ali məktəbə hazırlıq məqsədilə qeydiyyatdan keçmiş şagirdlər məktəbimizdə olublar.
Görüş zamanı şagirdlər məktəbin tədris şəraiti, təlim-tədris prosesi və məktəbdə tətbiq olunan hazırlıq sistemi ilə yaxından tanış olub, dərs mühitini yerində izləmək imkanı əldə ediblər.
Şagirdlərə məktəbin fəaliyyət istiqamətləri, tədris prosesi və qarşıda onları gözləyən imkanlar barədə ətraflı məlumat verilib.
Məktəbimizdə şagirdlərin fənlərə olan marağının artırılması məqsədilə dərslərin daha effektiv, praktik və interaktiv formada təşkili davam etdirilir.
Bu istiqamətdə keçirilən nümunəvi fəaliyyətlərdən biri də məktəbimizin kimya müəllimi Zərinə Nağızadə tərəfindən təşkil olunan “Hidrogen qazının alınması” reaksiyası üzrə praktik dərs olub.
Praktik məşğələ zamanı şagirdlər reaksiyanın gedişini müşahidə edib, kimyəvi proseslərin tətbiqi ilə yaxından tanış olublar. Dərs şagirdlərin həm nəzəri biliklərinin möhkəmləndirilməsi, həm də onların elmə və tədqiqata marağının artırılması baxımından əhəmiyyətli olub.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Imisli