İmişli Rayon Bəhrəmtəpə qəsəbə K.Əsədov adına ümumi orta məktəb

İmişli Rayon Bəhrəmtəpə qəsəbə K.Əsədov adına ümumi orta məktəb

Share

Ümumi orta məktəb

13/06/2026

https://www.facebook.com/share/p/1DQRKpRcL1/

15 İyun – Milli Qurtuluş Günüdür

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.
1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Məhəmmədəli Sarıyev -İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

13/06/2026

https://www.facebook.com/share/p/18iQoUbDSv/

Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq nüfuzunu artırır

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir, əhatəli sülhə və inteqrasiyaya yol açır. Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır. Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir.

Məhəmmədəli Sarıyev, İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Photos from İmişli Rayon Bəhrəmtəpə qəsəbə K.Əsədov adına ümumi orta məktəb's post 13/06/2026

İlin yekunu üzrə pedaqoji şura iclası keçirildi
Məktəbimizdə cari tədris ilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirildi. İclasda tədris ilində görülmüş işlərin nəticələri, şagird nailiyyətləri, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı məsələlər müzakirə olundu.
Həmçinin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildi, müəllim kollektivinin təklifləri dinlənildi və müvafiq qərarlar qəbul edildi.
Pedaqoji kollektivimizə göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkür edir, yeni tədris ilində uğurlar arzulayırıq.

Photos from İmişli Rayon Bəhrəmtəpə qəsəbə K.Əsədov adına ümumi orta məktəb's post 13/06/2026

🔔 Məktəbimizdə “Son zəng” tədbiri keçirildi 🎓
Bu gün məktəbimizdə tədris ili ərzində əldə olunan uğurların, zəhmətin və gözəl xatirələrin simvolu olan “Son zəng” tədbiri keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər və şagirdlər iştirak etdilər. Proqram çərçivəsində məzunların məktəb illərinə həsr olunmuş çıxışları,şeir və musiqi nümunələri təqdim olundu. Bir vaxtlar məktəbimizin astanasından ilk addımlarını atan şagirdlər bu gün yeni həyat mərhələsinə yola salındılar.
Məktəb rəhbərliyi çıxış edərək məzunlara göstərdikləri səylərə, müəllimlərə isə şagirdlərin yetişdirilməsində göstərdikləri fədakarlığa görə təşəkkürünü bildirdi. Valideynlərin dəstəyi və müəllimlərin əməyi ilə formalaşan bu gənclərin gələcəkdə ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə inanırıq.
Əziz məzunlarımız!
Sizlərə qarşıdakı həyat yolunda möhkəm iradə, böyük nailiyyətlər, bol uğurlar və parlaq gələcək arzulayırıq. Məktəbimiz sizin üçün daim doğma ocaq olaraq qalacaq. Qoy hər birinizin yolu açıq, arzuları gerçək olsun!
Son zənginiz mübarək, əziz məzunlar!

Photos from İmişli Rayon Bəhrəmtəpə qəsəbə K.Əsədov adına ümumi orta məktəb's post 10/06/2026

IX sinif şagirdləri ilə peşə təhsilinə yönləndirmə ilə bağlı maarifləndirici görüş keçirildi:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərar və tapşırıqlarına uyğun olaraq, IX sinif buraxılış imtahanında aşağı nəticə göstərən şagirdlərin peşə təhsili müəssisələrinə yönləndirilməsi istiqamətində məktəbimizdə maarifləndirici görüş təşkil edilmişdir.
Görüş zamanı şagirdlərə peşə təhsilinin müasir dövrdə rolu, müxtəlif ixtisas istiqamətləri, əmək bazarının tələbləri, peşə məktəblərində yaradılan imkanlar və gələcək karyera planlaması ilə bağlı ətraflı məlumat verilmişdir.
Bildirildi ki, peşə təhsili şagirdlərə praktiki bacarıqlar qazandırmaqla yanaşı, onların gələcəkdə əmək fəaliyyətinə daha hazırlıqlı şəkildə qoşulmasına mühüm imkanlar yaradır.
Söhbət zamanı şagirdlərin maraqlandıqları suallar cavablandırılmış, onların meyil və bacarıqlarına uyğun düzgün seçim etmələrinin vacibliyi diqqətə çatdırılmışdır.
Tədbirin əsas məqsədi şagirdlərin peşə seçimi ilə bağlı məlumatlılığını artırmaq, onlara gələcək təhsil və əmək fəaliyyətləri ilə bağlı düzgün istiqamət vermək olmuşdur.

08/06/2026

https://www.facebook.com/share/p/1GA7hir5mH/

📢Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən yeni təmayül tədris modelinin tətbiq edildiyi təhsil müəssisələrinə 2026–2027-ci tədris ili üzrə şagird qəbulu elan edilir.

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu başlayır. Layihəyə X və XI sinif şagirdləri müraciət edə bilərlər.

Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.

Aşağıdakı ümumi təhsil müəssisələrində X siniflər üzrə şagird qəbulu elan edilir və məktəb adlarının yanında qeydiyyat üçün müvafiq linklər yerləşdirilib:

▶️Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/e/1FAIpQLScvP5CihaMDTEXWL7wM869vUCA7RNxxBjlsKrJzXyL3aqgWyA/viewform?usp=publish-editor

▶️İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/uw6E57xmaqnXV5EPA

▶️Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
https://docs.google.com/forms/d/e/1FAIpQLSfwyK3GVPc7C1Y6j27eBYjdkl0Xpf3WKqBjEcCce6sTBxXa6A/viewform?usp=header

▶️Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/e/1FAIpQLSftg05yX5xr1hvfnvuzC8_d9ztkdADuekpCVtpIhfPItwjpOA/viewform?usp=header

▶️Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/1amdhafyBohodmFf2PiSje8GSYgVRPwyZBNU5pRGXfCY/edit

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

▶️Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
🟢Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
🟢Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
🟢Səriştəli müəllim kollektivi;
🟢Aylıq sınaq imtahanlarının təşkili;
🟢Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

▶️Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🟢Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

02/06/2026

https://www.facebook.com/share/p/1DDsmbVQYL/

Azərbaycanın enerji strategiyası və gələcək hədəfləri

2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu təşəbbüs müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyub, sonrakı dövrdə genişlənərək qlobal enerji səhnəsinin aparıcı tədbirlərindən birinə çevrilən Bakı Enerji Həftəsi formatını alıb. Dövlət başçısı qeyd edib ki, dünyanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz” üzrə müqavilənin imzalanmasından 30 il ötür və bu layihə Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açaraq çoxsaylı ölkələrin enerji təhlükəsizliyinə töhfə verib. Prezident tədbirin əhəmiyyətinin ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin göndərdikləri məktublarda da əks olunduğunu vurğulayıb.
İlham Əliyev çıxışında enerji məsələlərinə münasibətdə son dövrlər daha praqmatik yanaşmanın formalaşdığını qeyd edərək bildirib ki, dünya faydalı qazıntılar olmadan yaşaya bilməz və ölkələr neft-qaz ehtiyatlarına malik olduqlarına görə deyil, həmin resurslardan əldə etdikləri gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə ağır iqtisadi və siyasi vəziyyətlə üz-üzə idi, ərazilərinin bir hissəsi işğal altında idi, yoxsulluq səviyyəsi yüksək idi və ölkə həm elektrik enerjisi, həm də təbii qaz idxal edirdi. Belə bir şəraitdə Azərbaycanın inkişaf yolu malik olduğu təbii sərvətlərdən istifadə etməkdən keçirdi. Məhz buna görə Azərbaycan Xəzərin enerji ehtiyatlarını beynəlxalq şirkətlərə açdı və həyata keçirilən siyasət nəticəsində ölkədə mühüm sosial-iqtisadi dəyişikliklər baş verdi.
Prezident bildirib ki, hazırda Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir, yoxsulluq və işsizlik təxminən 5 faiz səviyyəsinə enib, xarici borc əhəmiyyətli dərəcədə azalıb və strateji ehtiyatlar xarici borcu 18 dəfədən çox üstələyir. Təbii sərvətlərdən səmərəli istifadə nəticəsində güclü ordu qurulub, ölkənin hərbi, iqtisadi və siyasi imkanları genişlənib. Dövlət başçısı vurğulayıb ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən siyasət nəticəsində Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa neft kəmərləri, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi strateji layihələr reallaşdırılıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Yeni qaz yataqlarının işlənməsi və mövcud layihələrin genişləndirilməsi ölkənin qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da artıracaq.
Çıxışda qeyd olunub ki, Azərbaycan artıq yalnız xarici sərmayə cəlb edən deyil, həm də xaricə investisiya yatıran ölkəyə çevrilib. SOCAR müxtəlif regionlarda fəaliyyətini genişləndirir, ölkə isə Mərkəzi Asiya enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün mühüm tranzit imkanları təqdim edir. Bununla yanaşı, emal sənayesində yaradılmış imkanlar sayəsində Azərbaycan neft məhsulları, elektrik enerjisi, neft-kimya və digər məhsulların ixracını həyata keçirir.
Prezident İlham Əliyev bərpaolunan enerji sahəsinin inkişafına da xüsusi diqqət ayırıb. O bildirib ki, ölkədə günəş, külək və hidroenerji layihələri həyata keçirilir, yaxın illərdə bu sahədə enerji gücü əhəmiyyətli dərəcədə artırılacaq. Eyni zamanda, Qara dəniz Enerji Kabeli, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik kabeli və Xəzərin şərq sahillərini Azərbaycanla birləşdirəcək yaşıl enerji layihələri üzərində iş aparılır. Dövlət başçısı vurğulayıb ki, enerji, nəqliyyat və tranzit sahələrində həyata keçirilən layihələr geniş regional əməkdaşlıq məkanı yaradıb. Azərbaycanın təşəbbüsləri, resursları və investisiyaları nəticəsində formalaşan bu əməkdaşlıq modeli həm enerji təhlükəsizliyinə, həm də regional inkişaf və əlaqələrin möhkəmlənməsinə xidmət edir. Prezident əminliyini ifadə edib ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən müzakirələr, görüşlər və yeni təşəbbüslər bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəkdir.

İlkin Quluzadə, İmişli RİH başçısı aparatı, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi

Photos from İmişli Rayon Bəhrəmtəpə qəsəbə K.Əsədov adına ümumi orta məktəb's post 01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə şagirdlərin iştirakı ilə bayram tədbiri təşkil olundu. Tədbirin məqsədi uşaqların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq, onların asudə vaxtının səmərəli təşkili və bayram əhval-ruhiyyəsinin yaradılması idi.
Məktəb rəhbərliyi tərəfindən uşaqların cəmiyyətimizin gələcəyi olduğu vurğulanmış, onların sağlam, savadlı, vətənpərvər və xoşbəxt böyümələrinin vacibliyi qeyd edilmişdir.
Şagirdlərin sevinc dolu təbəssümləri, yüksək əhval-ruhiyyəsi və fəallığı tədbirə xüsusi rəng qatmışdır. Keçirilən tədbir uşaqların yaddaşında xoş xatirə kimi qalacaq və onlarda birlik, dostluq və qarşılıqlı hörmət kimi dəyərlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu əlamətdar gün münasibətilə bütün uşaqları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, firavan həyat, xoşbəxt uşaqlıq illəri və gələcək təhsillərində uğurlar arzulayırıq.

Photos from İmişli Rayon Bəhrəmtəpə qəsəbə K.Əsədov adına ümumi orta məktəb's post 26/05/2026

28 May – Müstəqillik Günü münasibətilə məktəbimizdə maarifləndirici tədbir keçirildi.
Məktəbimizdə 28 May – Müstəqillik Günü münasibətilə tarix müəllimi tərəfindən tədbir təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələrimiz və müstəqilliyimizin əhəmiyyəti haqqında ətraflı məlumat vermək idi.
Tədbir zamanı Şərqin ilk demokratik cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma prosesi, fəaliyyət istiqamətləri, ölkəmizin müstəqillik yolunda keçdiyi tarixi mərhələlər və milli dəyərlərimizin qorunmasının vacibliyi haqqında geniş məlumat təqdim edildi. Şagirdlər təqdimatı maraqla izləyərək mövzu ətrafında fikir mübadiləsi apardılar və tariximizin mühüm səhifələri ilə daha yaxından tanış oldular.
Belə tədbirlərin keçirilməsi şagirdlərdə vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə bağlılığın və tarixi irsimizə hörmətin formalaşdırılmasında mühüm rol oynayır.
🇦🇿 Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir!

26/05/2026

https://www.facebook.com/share/p/14bxJUrHsuu/

Aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın aqrar siyasətinin əsas istiqamətlərini, qarşıda duran vəzifələri və yeni inkişaf mərhələsini əhatə edən mühüm proqram xarakterli çıxış kimi diqqət çəkir. Dövlət başçısı çıxışında kənd təsərrüfatının ölkə iqtisadiyyatında strateji sahə olduğunu vurğulayaraq bildirmişdir ki, bu istiqamət daim dövlət diqqət mərkəzində saxlanılmış, regionların inkişafı ilə bağlı qəbul edilən proqramlar kənd təsərrüfatının dirçəlməsində həlledici rol oynamışdır.
Prezident qeyd etmişdir ki, 2004-cü ildə qəbul edilən ilk Regional İnkişaf Proqramı bölgələrin sosial-iqtisadi həyatında dönüş yaratdı. Həmin proqramlar çərçivəsində qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu, su təminatı və digər mühüm layihələr həyata keçirildi. Bu gün Azərbaycanda qazlaşmanın səviyyəsi 96 faizə çatmış, regionlarda enerji təminatı tam sabitləşmiş, minlərlə kilometr avtomobil yolu çəkilmiş, iri su anbarları və kanallar istifadəyə verilmişdir. Bütün bunlar kənd təsərrüfatının inkişafı üçün möhkəm baza yaratmışdır.
Dövlət başçısı vurğulamışdır ki, kənd təsərrüfatının inkişafında subsidiyalar xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda fermerlərə yanacaq, gübrə və digər istiqamətlər üzrə geniş güzəştlər tətbiq olunur, güzəştli kreditlər verilir, metodiki dəstək göstərilir. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu mexanizmlər daha çevik və müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməlidir. Subsidiyalar həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialının artırılması məqsədinə xidmət etməlidir.
Çıxışda pambıqçılıq, baramaçılıq, üzümçülük, fındıqçılıq və digər ənənəvi sahələrin yenidən inkişaf etdirilməsi xüsusi vurğulanmışdır. Prezident bildirmişdir ki, vaxtilə tənəzzülə uğrayan pambıqçılıq sahəsində aparılan islahatlar nəticəsində istehsal 20 min tondan 360 min tondan artıq səviyyəyə çatdırılmışdır. Baramaçılıq və ipəkçilik də dövlət dəstəyi nəticəsində yenidən dirçəldilmişdir. Bu sahələrin inkişafı kənd yerlərində məşğulluğun artmasına və insanların rifahının yüksəlməsinə mühüm töhfə vermişdir.
Bununla yanaşı, dövlət başçısı son illərdə kənd təsərrüfatında müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu qeyd etmiş və yeni Dövlət Proqramının hazırlanması barədə tapşırıqlar verildiyini bildirmişdir. Prezidentin sözlərinə görə, 2026–2030-cu illəri əhatə edəcək proqram həm dövlət investisiyalarını, həm də özəl sektorun iştirakını nəzərdə tutacaq. Bu proqramın əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması olacaqdır.
Prezident İlham Əliyev çıxışında dünya üzrə baş verən proseslərin kənd təsərrüfatına təsirindən də danışmışdır. Müharibələr, nəqliyyat zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri bir çox ölkələrdə ərzaq təhlükəsizliyi problemini aktuallaşdırmışdır. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan bu riskləri nəzərə alaraq öz daxili istehsalını artırmalı və strateji məhsullar üzrə özünü təminetmə səviyyəsini yüksəltməlidir.
Çıxışda kəndlərdən şəhərlərə miqrasiyanın qarşısının alınması məsələsi də xüsusi yer tutmuşdur. Prezident qeyd etmişdir ki, əsas məqsəd şəhərlərdən kəndlərə qayıdış prosesinə nail olmaqdır. Bunun üçün kəndlə şəhər arasındakı sosial və iqtisadi fərqlər minimuma endirilməli, bölgələrdə müasir infrastruktur, səhiyyə, təhsil və xidmət sektoru inkişaf etdirilməlidir. Bu siyasət nəticəsində regionlarda insanların öz doğma torpaqlarında yaşaması və fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılır.
Dövlət başçısı kənd təsərrüfatının müxtəlif sahələri üzrə statistik göstəriciləri də açıqlamışdır. Tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə istehsalı sahəsində Azərbaycanın özünü təmin etdiyini və ixrac imkanlarının geniş olduğunu bildirən Prezident, buğda, bitki yağları, kərə yağı və bəzi digər məhsullar üzrə idxaldan asılılığın hələ də yüksək olduğunu qeyd etmişdir. Xüsusilə buğda istehsalında 55 faiz təminat səviyyəsinin qəbuledilməz olduğunu vurğulayan dövlət başçısı bu sahədə ciddi addımların atılacağını bildirmişdir.
Prezident İlham Əliyev müasir texnologiyaların tətbiqinin vacibliyini də ön plana çəkmişdir. Torpaqların elektron xəritələrinin hazırlanması, süni intellekt, peyk texnologiyaları və müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasına xidmət etməlidir. Dövlət başçısı qeyd etmişdir ki, hər bir torpaq sahəsinin “pasportu” olmalı və hansı məhsulun daha səmərəli yetişdirilə biləcəyi dəqiq müəyyən edilməlidir.
Su təminatı məsələsi çıxışın əsas mövzularından biri olmuşdur. Prezident Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər su anbarlarının kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını bildirmişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələrinin gələcəkdə yüz minlərlə hektar torpağın suvarılmasına imkan yaradacağını vurğulamışdır. Eyni zamanda Şirvan və Qarabağ kanallarının yenidən qurulması layihələrinin böyük əhəmiyyət daşıdığı qeyd edilmişdir.
Çıxışda soyuducu anbarların yaradılması, gübrə istehsalının genişləndirilməsi, kənd təsərrüfatı texnikasının yenilənməsi və intensiv bağçılığın inkişafı məsələləri də diqqət mərkəzində olmuşdur. Prezident bildirmişdir ki, son illərdə ölkədə 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb və bu göstərici 500 min tona çatdırılmalıdır.
Sonda Prezident İlham Əliyev qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm də sosial baxımdan strateji əhəmiyyət daşıyır. Qarşıya qoyulan əsas məqsəd ölkənin ərzaq təhlükəsizliyini tam təmin etmək, kənd yerlərində rifahı yüksəltmək və Azərbaycanı aqrar sahədə daha güclü dövlətə çevirməkdir. Dövlət başçısının müəyyən etdiyi vəzifələr kənd təsərrüfatında yeni inkişaf mərhələsinin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır.

Məhəmmədəli Sarıyev - İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Want your school to be the top-listed School/college in Imishly?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


İmişli Rayon Bəhrəmtəpə Qəsəbəsi
Imishly