19/10/2025
80-ci illərin durğunluğunda məktəbimizə yeni ruh gətirən (tək Yeni il karnavalının formatının dəyişdirilməsini xatırlamaq kifayət edər) Şölə müəllimə. Allah can sağlığı versin!
P. S. Şəklin paylaşılma icazəsi müəllifdən alınıb
05/10/2025
Ölən müəllimlərimizə rəhmət, qalanlara can sağlığı diləyirəm! Müəllimlər günümüz qutlu olsun!
27/08/2025
Bir dəfə məktəbimizin rus bölməsində oxuyan Rudik haqda bir post paylaşmışdım. 2 gün əvvəl Xocəvəndə getmişdim. Rudikin qəbrini "ziyarət" etmək üçün. Martuni şəhər qəbristanlığını ələk-vələk elədim, tapa bilmədim.
09/11/2024
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası -- bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq
05/10/2024
Bir anlıq arxaya nəzər salanda baxıramki bizə dərs demiş müəllimlərin hamısı istisnasız olaraq möhtəşəm olublar. Müəllimlərimizə görə çox şanslı olmuşuq. Ölənlərə rəhmət, sağ qalanlara can sağlığı arzu edirəm!
Müəllim gününüz qutlu olsun!
30/08/2024
Bu gün, "Beynəlxalq itkin düşmüş şəxslər günüdür". Məktəbimizin məzunları olmuş və şəxsən tanıdığım iki nəfər - Nuriyev Hikmət Cəmil oğlu və Bayramov Rafiq Tofiq oğlu l Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısındadırlar 😔😔😔
09/03/2024
Çoxlarımıza qələm tutmağı öyrətmiş Hidayət müəllim dünyasını dəyişib! 😔😔😔
09/01/2024
Suleyman Huseynov yəqinki şəkillər haqda özü məlumat verər
08/01/2024
Hamınızı salamlayıram. Kim şəkil paylaşmaq istəyirsə, inbox vasitəsilə mənimlə əlaqə saxlasın!