Goranboy r Qızılhacılı q Y.Əliyev adına 3 N-li körpələr evi-uşaq bağçası

Goranboy r Qızılhacılı q Y.Əliyev adına 3 N-li körpələr evi-uşaq bağçası Goranboy-Naftalan təhsil sektoru Qızılhacılı qəsəbə Y. Əliyev adına 3 N-li körpələr evi-uşaq bağçası

16/09/2026
15/09/2026

86 mindən çox şagirdlə yeni tədris ilinə başlanılır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 2026–2027-ci tədris ili üzrə hazırlıq işləri tamamlanıb. Yeni tədris ilində region üzrə ümumi təhsil müəssisələrində 86 816 şagirdin təhsil alması gözlənilir.

Onlardan 6801-i I sinif, 7937-si IX sinif, 7007-si isə XI sinif şagirdləridir.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarına 4613 beşyaşlının cəlb olunması nəzərdə tutulur.

Məktəbəqədər təhsil istiqamətində də yeni tədris ilinə hazırlıq işləri həyata keçirilib. Belə ki, GDRTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 6656 uşaq cəlb olunub.

Hazırda regionun ümumi təhsil müəssisələrində 7659 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 531 tərbiyəçi-müəllim təlim-tərbiyə prosesinin həyata keçirilməsinə cəlb olunub.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində ümumilikdə 376 təhsil müəssisəsi fəaliyyət göstərir.

Yeni tədris ilində Gəncə-Daşkəsən regionunda təhsilin keyfiyyətinin artırılması və şagirdlərin gələcək təhsil istiqamətlərinə daha məqsədyönlü hazırlanması baxımından mühüm yeniliklərdən biri Yeni təmayüllü tədris modelinin tətbiqidir.

Yeni model çərçivəsində 5 ümumi təhsil müəssisəsində 1083 şagird tədris prosesinə cəlb edilib və onların təhsilinə 83 müəllim cəlb olunub. Yeni təmayüllü tədris modelinin əsas məqsədi yuxarı sinif şagirdlərinin seçdikləri istiqamətlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, ali təhsilə hazırlıq imkanlarının genişləndirilməsi və yüksək təhsil nəticələrinin əldə olunmasına dəstək göstərilməsidir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yeni tədris ilində də regionda təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil imkanlarının genişləndirilməsi və şagirdlərin hərtərəfli inkişafının təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Yeni tədris ili münasibətilə bütün şagirdləri, müəllimləri, valideynləri və təhsil ictimaiyyətini təbrik edir, hər bir təhsil iştirakçısına uğurlar və yeni nailiyyətlərlə zəngin tədris ili arzulayırıq.

Yeni tədris iliniz mübarək!

13/09/2026

📢 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün ikinci iş yeri üzrə işə qəbul elan edilir!

Hörmətli müəllimlər! Müəllimlərin mövcud dərs yükünün artırılması, vakant dərs saatlarının ixtisaslı pedaqoji kadrlar hesabına komplektləşdirilməsi, kadr potensialından səmərəli istifadə və tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə müəllimlərin işə qəbulu həyata keçiriləcəkdir. İkinci iş yeri üzrə işləmək istəyən müəllimlər aşağıda qeyd olunan link vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link
https://docs.google.com/forms/d/1nEM-sob2HVhV8jkTUS3vSwRrpJxvinZ8GXM2Z5HbK1k/edit

Namizədlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaqdır:

🔹Nəticə göstəricisi: Namizədlərin üstünlüyü müəyyən edilərkən müəllimin sertifikatlaşdırmanın test imtahanı mərhələsində, sertifikatlaşdırmanın aparılmadığı fənlər üzrə diaqnostik qiymətləndirmədə, eləcə də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində göstərdiyi nəticə nəzərə alınacaqdır.Gəncə şəhəri üzrə: 85 faiz və daha yüksək nəticə göstərənlər;Rayon mərkəzləri, kənd və qəsəbələr üzrə: 70 faiz və daha yüksək nəticə göstərən namizədlərin müraciətləri nəzərə alınacaqdır.

🔹 Yüksək bal üstünlüyü: Eyni vakant yer üzrə bir neçə namizəd müraciət etdikdə daha yüksək qiymətləndirmə nəticəsinə malik namizədə üstünlük veriləcəkdir.

🔹 Dərs yükü meyarı: Qiymətləndirmə nəticələri bərabər olduqda əsas iş yeri üzrə dərs yükü daha az olan namizədə üstünlük veriləcəkdir.

🔹 Ərazi prinsipi: Qiymətləndirmə nəticəsi və əsas iş yeri üzrə dərs yükü eyni olduqda vakant yerin yerləşdiyi şəhər və ya rayon üzrə fəaliyyət göstərən namizədə üstünlük veriləcəkdir. (Qeyd: Ərazi üzrə üstünlük ayrıca seçim meyarı kimi deyil, namizədlərin qiymətləndirmə nəticələri və dərs yükü nəzərə alındıqdan sonra bərabər göstəricilərə malik namizədlər arasında tətbiq ediləcəkdir).

⚠️ Vacib qeyd: Qeydiyyat zamanı təqdim edilən məlumatların düzgün və tam qeyd olunması xahiş olunur.

Qeydiyyat üçün son tarix 14 sentyabr saat 23:59-dur.

11/09/2026

Dövlət məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır.

10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

11/09/2026

Vətəndaş qəbulu ilə bağlı açıqlama

Yeni tədris ili ərəfəsində təhsil xidmətləri üzrə müraciətlərdə intensivlik müşahidə olunur. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və cavablandırılması, eləcə də müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi təmin edilir.

İdarə tərəfindən yay tətili dövründə uşaqların I sinfə qəbulu, şagirdlərin yerdəyişməsi, xarici ölkələrdən Azərbaycana gələn şagirdlərin müvafiq məktəblərə yerləşdirilməsi, inklüziv və evdə təhsilin təşkili, eləcə də digər müvafiq istiqamətlər üzrə fasiləsiz elektron xidmətlər göstərilib. Həmçinin İdarədə vətəndaş qəbulunda və “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrində vətəndaş müraciətləri təmin olunub.

Qeyd edək ki, yeni tədris ilinin başlanması ilə əlaqədar İdarənin Vətəndaş Qəbulu Mərkəzinə müraciətlərin sayında əhəmiyyətli artım müşahidə olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə mərkəzdə çoxsaylı vətəndaşların olması da məhz yeni tədris ili ərəfəsində təhsil məsələləri ilə bağlı müraciətlərin müvəqqəti artması ilə əlaqədardır.

Bildiririk ki, bu cür sıxlıq il ərzində daimi xarakter daşımır və əsasən tədris ilinin başlanması dövrünə təsadüf edir.

Əlavə olaraq qeyd edək ki, video görüntü 2 il əvvələ aiddir.

04/09/2026

Address

Goranboy Rayon Qızılhacılı Qəsəbəsi
Geran'boy
AZ2200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy r Qızılhacılı q Y.Əliyev adına 3 N-li körpələr evi-uşaq bağçası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category