25/02/2020
Goranboy Şəhər Uşaq İncəsənət Məktəbində
Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Goranboy Şəhər Uşaq İncəsənət Məktəbi, Art school, Heydər Əliyev prospekti, Geran'boy.
Goranboy Şəhər Uşaq İncəsənət Məktəbi 1965-ci ildə yaradılmışdır. 1984-cü ildən məktəbin Direktoru vəsifəsində çalışan, Respublikanın Əməkdar Müəllimi Afaq Axundovadır.
25/02/2020
Goranboy Şəhər Uşaq İncəsənət Məktəbində
Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
Goranboy Şəhər Uşaq İncəsənət məktəbində 20 Yanvar Faciəsinin 30-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin rəssamlıq şöbəsi şagirdlərinin rəsm əsərləri sərgilənmişdir. Məktəbin nəzəriyyə şöbəsinin müdiri Nəbiyeva Amalya 20 Yanvar Faciəsi haqqda məruzə etmiş, məktəbin tar müəllimi Vahid Feyzullayevin həzn ifası sədaları altında şagirdlər şeir və bayatılar söyləmişlər.
Goranboy Şəhər Uşaq İncəsənət Məktəbi Rəqs kollektivinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən müsabiqədən görüntüləri. Qeyd edək ki, hər üç münsifdən də maksimum nəticə əldə ediblər. Təbriklər
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, Goranboy rayonunda rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon mədəniyyət şöbəsinin təşkilatçılığı ilə, tədbir keçirildi. Goranboy Şəhər Uşaq İncəsənət Məktəbi rəqs kollektivinin həmin tədbirdəki rəqsindən qısa görüntü.
Goranboyda “Nəsiminin 650 illik yubileyi” böyük təntənə ilə qeyd edildi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi” ilə bağlı müvafiq sərəncamına əsasən, 16 oktyabr 2019-cu il tarixdə Goranboy şəhər Mədəniyyət Evində “Nəsiminin 650 illik yubileyi” böyük təntənə ilə qeyd edildi. Tədbiri giriş sözü ilə açan Goranboy rayon İcra Hakimiyyətini başçısı cənab Məhərrəm Quliyev Azərbaycan mədəniyyətində və ədəbiyyatında özünəməxsusluğu ilə seçilən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini, Nəsimi filminin çəkildiyini və cənab Prezident İlham Əliyev və birinci vitsse-prezident Mehriban xanım Əliyeva tərəfindən də Nəsimi şəxsiyyətinə və yaradıcılığına ehtiram və diqqətin göstərildiyini vurluğadı.
Sonra tədbir rayon Mədəniyyət Evinin və Uşaq İncəsənət Məktəbinin bədii kollektivlərinin və incəsənət ustalarının “Nəsimi yaradıcılığına həsr edilmiş” möhtəşəm konsert proqramı ilə davam etdirildi. İncəsənət ustalarının çıxışları tədbir iştirakçıları tərəfindən maraqla izlənildi və hərarətlə alqışlandı.
26 İyun Silahlı Qüvvələr Günü mübasibəti ilə Goranboy Şəhər Uşaq İncəsənət Məktəbi Rəqs Ansambılının N saylı hərbi hissədəki konsertindən görüntülər.
Goranboy Şəhər Uşaq İncəsənət Məktəbi şagirdlərinin ' Uşaq və Gənclər arasında Xalq çalğı alətləri ifaçılarının ' 4-cü Respublika müsabiqəsinin 2-ci turundakı çıxışları.
Goranboy Şəhər Uşaq İncəsənət Məktəbi şagirdlərinin Gənc Pianoçuların 4-cü Respublika müsabiqəsinin 1-ci turundakı çıxışları.
30/05/2019
Goranboy Şəhər Uşaq İncəsənət Məktəbində Azərbaycanın görkəmli bəstəkarı Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.