Goranboy rayonu H.Abdullayev adına Nərimanlı kənd tam orta məktəb

Goranboy rayonu H.Abdullayev adına Nərimanlı kənd tam orta məktəb

Share

Goranboy rayonu H.Abdullayev adına Nərimanlı kənd tam orta ümumtəhsil məktəbi

21/02/2026

21 fevral Beynəlxalq Ana Dili Günüdür.

Ana dili sərvətimiz, dəyərimiz və tariximizdir.

Photos from Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi 's post 02/09/2025
02/09/2025

Məktəbimizdə həyata keçirilən "yay məktəbi" layihəsindən və videokadrlar.

Photos from Goranboy rayonu H.Abdullayev adına Nərimanlı kənd tam orta məktəb's post 02/09/2025

🎉 Yay Məktəbinin İkinci Günü!

Bugün şagirdlərimiz daha da həyəcanlı və əyləncəli fəaliyyətlərlə günlərini keçirdilər. 📚✨
Maraqlı dərslər, yaradıcılıq emalatxanaları və komanda oyunları onların həm biliklərini, həm də bacarıqlarını inkişaf etdirdi.

🔹 Mövzular: Elm, incəsənət və idman
🔹 Məqsəd: Həm öyrənmək, həm də əylənmək!

Şagirdlərimizin sevinc dolu anlarını sizinlə paylaşmaqdan qürur duyuruq. 💫

Photos from Goranboy rayonu H.Abdullayev adına Nərimanlı kənd tam orta məktəb's post 01/09/2025

📢 YAY MƏKTƏBİNƏ START VERİLDİ!

Məktəbimizdə şagirdlərin bilik və bacarıqlarını artırmaq, tədris prosesini daha əyləncəli və faydalı etmək məqsədilə “Yay Məktəbi” fəaliyyətə başladı.

🎯 Proqramın məqsədləri:

Keçmiş dərs ilinin əsas mövzularını təkrar etmək

Yaradıcılıq və komandada işləmək bacarıqlarını inkişaf etdirmək

İdman, incəsənət məşğələlərlə zəngin bir yay tətili təmin etmək

📍 Müxtəlif sinif şagirdləri üçün nəzərdə tutulan dərslər və əyləncəli tədbirlər artıq başlayıb!

30/08/2025

🎓 “Yay məktəbi” layihəsinə start verilir!

📍 Goranboy rayonu H. Abdullayev adına Nərimanlı kənd tam orta ümumtəhsil məktəbi 2025-2026-cı tədris ili üçün “Yay məktəbi” layihəsinə qoşuldu.

🎯 Layihənin məqsədi:

Şagirdlərin əvvəlki siniflərdə keçdikləri əsas mövzuları təkrarlamaq

Əyləncəli və yaradıcı fəaliyyətlərlə öyrənməni maraqlı etmək

Oyun, idman və qrup işi vasitəsilə motivasiyanı qorumaq

📚 Layihə 4️⃣, 6️⃣ və 9️⃣-cu siniflərdə oxuyacaq şagirdləri əhatə edir.

🗓 Tarix: 1–12 sentyabr 2025
🧭 Layihə könüllülük prinsipi əsasında təşkil olunur və hesabatlılıq sistemi ilə müşayiət ediləcək.

Bu layihə şagirdlərimizə yeni dərs ilinə daha hazırlıqlı və motivasiyalı başlamaq imkanı yaradacaq! 🌟

30/08/2025

🎓 “Yay məktəbi” layihəsinə start verilir!

📍 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən 2025-2026-cı tədris ili üçün “Yay məktəbi” layihəsinə start verilir.

🎯 Layihənin məqsədi ⤵️

🔁 Şagirdlərin əvvəlki siniflərdə keçdikləri əsas mövzuları təkrarlamaq
🎨 Əyləncəli və yaradıcı fəaliyyətlərlə öyrənməni maraqlı etmək
⚽️ Oyun, idman və qrup işi vasitəsilə motivasiyanı qorumaq

📚 "Yay məktəbi" layihəsində 2025-2026-cı tədris ilində 4️⃣, 6️⃣ və 9️⃣-cu siniflərdə oxuyacaq şagirdlər iştirak edə bilərlər.

🗓 Layihə 1 - 12 sentyabr tarixlərini əhatə edəcək

🧭 Layihə könüllülük prinsipi əsasında təşkil olunur.
📊 Hesabatlılıq və şəffaflıq üçün nəzarət sistemi tətbiq ediləcək.

🏫 Seçim meyarları:
🔹 Şagird sayı 300+
🔹 2024-2025-ci tədris ilində 4, 6 və 9-cu siniflər üzrə nəticələr aşağı olan məktəblər

📌 Layihəyə ümumilikdə 68 məktəb qoşulub

📍 Gəncə – 36 məktəb
📍 Samux – 6 məktəb
📍 Göygöl – 10 məktəb
📍 Goranboy-Naftalan – 15 məktəb
📍 Daşkəsən – 1 məktəb

📚 Bu layihə şagirdlərə yeni dərs ilinə daha hazır, daha inamlı və motivasiyalı başlamaq imkanı yaradacaq! 🌟

Photos from Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi's post 28/08/2025
28/08/2025

“İlham Əliyev: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır.”

Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi.Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü.Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur.Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq.Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər.Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir.Birinci Qarabağ müharibəsi haqqında bir az danışdım, amma bilirsiniz, bizimlə baş verənləri təsvir etmək üçün ola bilsin günlər, hətta aylar lazım olar. Orada etnik təmizləmə aparıldı, Xocalı soyqırımı baş verdi, günahsız insanlar öldürüldü. Hələ də itkin düşmüş 3000-dən çox insanımız var və bütün bu hadisələr Azərbaycanda güclü emosional hisslərə səbəb oldu.2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayətləri idi.Əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil.Məcburi köçkünlərə gəlincə, Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb, çünki Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı. Prezident seçildiyim andan çadır düşərgələrinin ləğvi prosesinə başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Buna baxmayaraq, minlərlə, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə “Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir. “Tramp marşrutu” Azərbaycana hansı mərhələləri vəd edir sualına cavab vermək üçün bir qədər tarixə nəzər salmalıyam və izah etməliyəm ki, necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı.Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar.Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq. Bu, çox narahatlıq və problemlər yaradır. İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik.Amma təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur.Bəli, bu, amerikalı investorlar tərəfindən həyata keçirilə bilər. Əslində, bizim üçün bu, vacib deyil. Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar. Düşünürəm ki, layihənin həyata keçirilməsi çox yaxındır və indi iş Ermənistanın üzərinə düşür. Bir daha demək istəyirəm ki, Azərbaycanın iki hissəsini birləşdirən bütün infrastruktur bizim ərazimizdə artıq yaradılır. Amma bu, yalnız Azərbaycanın iki hissəsinin birləşdirilməsi demək deyil, bu, yeni nəqliyyat xəttini çəkmək deməkdir.Bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq.İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq.İran Prezidenti Azərbaycana iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.O, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır.Bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur.Şimal-Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir.Deməli, bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. İran Hökuməti bunu başa düşür və Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün hər şeyi edəcək.Müharibənin sonuncu günündə - noyabr ayının 9-da Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o, orada olmalı deyildi. Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular. Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular. Lakin Rusiya tərəfindən belə addımların atıldığını görmədik. Beləliklə, noyabrın 9-da baş verən bu faciəli hadisə və davranışımız bizi Azərbaycana qarşı eyni münasibətin sərgilənməsinə hazır etdi, çünki iki ölkə bir-birini dost adlandırır. Lakin bu, çox təəccüblü idi. Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq. Lakin sonra Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik. Rusiyanın Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm.Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik. Bu ilin aprelində Türkiyədə mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım etməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçün nə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərlik etdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik. Beləliklə, işlər başlayıb. Sonra da elektrik enerjisi qıtlığı məsələsi diqqətimizə çatdırıldı və biz də necə yardımçı ola biləcəyimiz haqqında düşünməyə başladıq. Bizim Suriyaya təbii qazı elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu. Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Hələ ki, biz 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzrə razılığa gəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun.İsrail Suriyanın bütövlüyünə hörmət edərək, bu normallaşmaya razı olub sualına gəlincə, bəli, sözsüz. Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Bizim bununla bağlı mövqeyimiz birmənalıdır. Yenə də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı müzakirə etdiklərimizə qayıdaraq deyim ki, biz Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəklədik və dəstəkləməyə davam edirik. Əlbəttə ki, Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir. Söhbət təkcə hüquqi baxımdan bütövlükdən və sərhədlərə nəzarətdən getmir, söhbət fiziki birlikdən gedir. Ölkənin mərkəzləşdirilmiş sistemi, yaxud ən azından siyasi təsisatlarla bağlı fəaliyyət göstərən bir sistemi olmalıdır. Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq - istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun.Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə istifadə olunmasıdır.İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə, biz Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub.İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik olmayıb. Bu, bizim təcrübəmizə əsaslanır, təkcə şüarlara, bəyanatlara əsaslanmır. Çünki çoxlu bəyanatlar verilə bilər, lakin siz məsələnin məğzinə, Azərbaycanda bu məsələlərin necə həll olunduğuna baxmalısınız. Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir.İslam dünyasında istər siyasi olsun, istər dini sahədə bizim rolumuz yüksək qiymətləndirilir. Biz göstəririk ki, bu mümkündür və biz uğur hekayəsini nümayiş etdiririk. Biz göstəririk ki, burada sülh, sabitlik və rahatlıq mövcuddur. İnsanların məhz buna ehtiyacı var. İnsanların sülh içərisində, xoşbəxt yaşamağa, öz övladlarını böyütməyə və işləməyə, başlarına bomba düşəcək, yaxud kimsə yaşadığı yerə bomba qoyacaq deyə qorxularının olmamasına ehtiyacları var.Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir. Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır.Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Həmçinin logistika. Bu gün dəhlizlərdən danışanda bizdən yan keçə bilməzsiniz. Siz bizim ərazimizdən, obyektlərimizdən istifadə edə bilərsiniz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.

Photos from Goranboy rayonu H.Abdullayev adına Nərimanlı kənd tam orta məktəb's post 27/08/2025

Məktəbimizdə yeni tədris ilinə hazırlıq işləri çərçivəsində həyətyanı sahənin təmizliyi və abadlaşdırılması həyata keçirilir. Bu işlər şagirdlərimiz üçün daha səliqəli, təhlükəsiz və rahat mühit yaratmaq məqsədi daşıyır.

Yeni dərs ilinə gözəl və baxımlı məktəb mühiti ilə qədəm qoymağa hazırıq!

Photos from Goranboy rayonu H.Abdullayev adına Nərimanlı kənd tam orta məktəb's post 27/08/2025

Məktəbimizdə müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə “Etik davranış qaydaları” mövzusunda təlim keçirildi. Təlimdə pedaqoji heyət üçün etik prinsiplər, müəllim-şagird münasibətləri, peşəkar davranış standartları və nümunəvi müəllim imici barədə məlumatlar təqdim olundu.

Bu cür tədbirlər müəllimlərimizin peşəkarlığının artırılmasına və sağlam təhsil mühitinin formalaşmasına xidmət edir.

Photos from Goranboy rayonu H.Abdullayev adına Nərimanlı kənd tam orta məktəb's post 26/08/2025

2025/2026-cı tədris ilinə start verildi!
Bu gün məktəbimizdə ilk iclas keçirildi. Məktəb rəhbəri E.Axundlu pedaqoji heyətə yeni dərs ilində uğurlar arzuladı, qarşıda duran vəzifələr və planlar müzakirə olundu.

Yeni tədris ili bütün müəllim və şagirdlərimiz üçün uğurlu olsun!

Want your school to be the top-listed School/college in Geran'boy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Goranboy Rayonu Nərimanlı Kəndi
Geran'boy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00