Computer Engineering & Telecommunication

Computer Engineering & Telecommunication

Share

Kafedranın Fəaliyyəti Barədə.

Photos from Computer Engineering & Telecommunication's post 12/03/2026

Bu gün ‘Kompüter mühəndisliyi və telekommunikasiya’ kafedrasında magistr tələbələrinin elmi-pedaqoji təcrübəsinin müdafiəsi təşkil olunmuşdur. Tələbələr bir ay ərzində əldə etdikləri praktiki tədris vərdişləri barədə məruzələr təqdim etmişlər. Kafedranın təcrübəli professor-müəllim heyəti və universitetin Magistratura və Doktorantura şöbəsinin nümayəndələri magistrantları dinləyərək onların qazandıqları bilik və bacarıqları yüksək qiymətləndirmiş, həmçinin öz tövsiyə və məsləhətlərini tələbələrə çatdırmışlar.
Fotolarda 34224A qrup tələbəsi Əliyev Zəfər Əli oğlu keçdiyi praktikaya dair hesabatını təqdim edir.

02/03/2026

Kompüter Mühəndisliyi və Telekommunikasiya kafedrasının dosenti, t.e.d. Namazov Emin Mahmud oğlunun anadan olmasının 90 illik yubileyi qeyd olunur.
Bu əlamətdar hadisə münasibətilə Kəpəz Televiziyasının müxbirləri kafedrada olaraq yubilyarla görüş keçirmiş və geniş müsahibə hazırlamışlar. Müsahibə zamanı alimin uzunillik elmi-pedaqoji fəaliyyəti, ölkəmizdə kompüter mühəndisliyi və telekommunikasiya sahələrinin inkişafına verdiyi töhfələr, həmçinin yetişdirdiyi mütəxəssislər barədə ətraflı söhbət aparılmışdır.
Qeyd edək ki, Emin Namazovun elmi fəaliyyəti və pedaqoji xidmətləri ali təhsil sistemində xüsusi əhəmiyyətə malikdir və onun 90 illik yubileyi elmi ictimaiyyət tərəfindən böyük ehtiram və hörmətlə qarşılanır.

29/01/2026
25/01/2026
Photos from Computer Engineering & Telecommunication's post 23/01/2026

KM və T kafedrasının əməkdaşları da gərgin və məhsuldar iş ilinin başa çatmasını kollektiv şəkildə bir araya gələrək qeyd etmiş, səmimi və xoş anlar yaşamışlar.
25.12.2025

Photos from Computer Engineering & Telecommunication's post 23/01/2026

2025-ci ilin yekunlarının təhlilindən sonra Universitetin tələbə və müəllim heyəti tərəfindən konsert proqramı təşkil edilmişdir. Tədbir zamanı hökm sürən bayram ovqatı təqdim olunan görüntülərdə öz əksini tapmışdır.

Photos from Computer Engineering & Telecommunication's post 23/01/2026

2026-cı il artıq başlamışdır. Lakin 2025-ci ilin sonunda Azərbaycan Texnologiya Universitetində bir sıra əlamətdar hadisələr baş vermişdir. Belə ki, professor-müəllim heyətinin üzvləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müxtəlif təltiflərlə mükafatlandırılmışdır.

15/01/2026

Bu gündən səhifəmiz işə düşür

11/03/2025

Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyyətinin nəzərinə çatdırılır ki, Azərbaycan Texnologiya Universitetinin 2023-2030-cu illər üzrə strateji inkişaf planının icrasına dair 2025-ci ildə “Kompüter mühəndisliyi və telekommunikasiya” kafedrasının qabaqcıl müəllimləri tərəfindən universitetin əməkdaşlarına kompüter biliklərinə dair təlimlərin keçirilməsi aşağıdakı kimi davam etdirilir.

Təlim: Kompüter bilikləri.

Təlim haqqında məlumatlar:
• Müddət: mart - aprel 2025-ci il.
• Məkan: Azərbaycan Texnologiya Universiteti, 4-cü korpus, 4214-cü otaq
• Təlimçilər: Vahid Seyidov, Kənan Abdullayev
• Dinləyicilər: Müraciət edən universitet kafedralarının əməkdaşları
• Hər təlimə ayrılmış vaxt: 90 dəqiqə (45 × 2)
• Keçirilən günlər: Həftənin 3-cü günləri, saat 13:00 - 14:30
İştirak etmək istəyən əməkdaşlar kafedranın laboratoriya müdiri Seyidov Vahid-ə müraciət edə bilərlər.

Telefon: +994775362856
Email: [email protected]

Photos from Computer Engineering & Telecommunication's post 17/12/2024

Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasında tədris prosesinin təkmiləşdirilməsində və keyfiyyətin yüksəlməsində ciddi işlər aparılır. Proqramlar yeniləşir, günün tələbinə cavab verən tədris proqramları tədbiq edilir. Tələbələrin ona görə, o fənləri öyrənməyə günü - gündən maraqları artır. Şəkildə assistent Kənan Abdullayev 4124a2 qrup tələbələrinə, müasir proqramlaşdırma dilindən praktiki məşğələni keçərkən təsvir edilib.

Want your school to be the top-listed School/college in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Xetai Pr. 103
Ganja
2000AZ