11/03/2021
İİB-Fransa (İslam İnkişaf Bankı və Campus France Agentliyi) təqaüdlərinin alınması üçün müraciətlər
açıq elan olunur.
Avropa və Xarici İşlər Nazirliyi və İslam İnkişaf Bankı, Campus France-ın idarəçiliyi ilə 42 müxtəlif ölkənin
Fransada ali təhsil almaq istəyən tələbələri üçün il ərzində 200 yerlik mükəmməl akademik nəticələr
əsasında təqaüd proqramı irəli sürür.
İİB-Fransa təqaüd proqramının əsas məqsədi, İİB-nın üzv ölkələrinin (Azərbaycan üzvdür) akademik
səviyyələri mükəmməl olan yerli tələbələrininin Fransada ali təhsillərini davam etdirmələrini təmin
etməkdir. Bu elan 2021-2022-ci tədris ilində fransız ali təhsil müəssisəsində bakalavrın sonuncu, yəni,
III kursuna və ya magistraturaya qeydiyyatdan keçmiş tələbələrə ünvanlanır. 2020-ci ildə bu
proqramdan yararlanaraq 57 tələbə Fransaya yola düşmüşdür.
- Bakalavr dərəcəsi üçün təklif olunan təhsil sahələri :
Həyat və tibb elmləri, Ekologiya elmləri, Təhsil, Mühəndislik, Kənd təsərrüfatı, İnformatika və
informasiya texnologiyaları, Fundamental elmlər, iqtisadiyyat, maliyyə və bank, Sosial elmlər.
- Magistratura dərəcəsi üçün təklif olunan təhsil sahələri :
Kənd təsərrüfatının davamlı inkişafı, Təhsil, Davamlı inkişafda təhsil, İqlim dəyişkənliyi, Enerji, Davamlı
inkişafda olan şəhərlər, İqtisadi, sosial və ekoloji məsuliyyətli artım, Tullantıların idarə olunması,
Demoqrafik artım, Ekoloji/yaşıl kimya, Biomüxtəliflik, Plastika və mikroplastikalara görə çirklənmə, Su
və gigiyena, Sağlamlıq, İnkişaf üçün İKT, İnfrastrukturların innovasiya və inkişafı, İqtisadiyyat, maliyyə
və islam bankı, İnkişafla bağlı sosial elmlər.
İİB-Fransa təqaüdünün üzərinə düşən öhdəliklər :
- Fransa dövlət təqaüdçüsü statusu : viza rüsumunun ödənişsiz olması, Tədqiqat və İnnovasiyalar üzrə
Ali Təhsil Nazirliyinin idarəçiliyi altında olan müəssisələrdə qeydiyyat ödənişlərindən azad olunma,
yaşayış yeri tapmaqda yardım, tibbi sığorta, mədəni məşğuliyyət və s.
- Ekonom klass təyyarə bileti
- 700€ aylıq təqaüd (www.isdb.org saytından təqaüd şərtlərinə baxmaq – bəzi hallarda təqaüd qazanan
tərəfindən bu təqaüd ödənişinin qaytarılacağı halı olduğu üçün diqqətlə yoxlayın)
Müraciət qaydaları :
- Şəkilli CV (1 səhifə)
- Təqaüd qazanmaq üçün motivasiyanızı izah edən niyyət məktubu (1 səhifə)
- Tələbənin Fransada müraciət etdiyi ixtisasların tam siyahısı
- Fransız dilində təhsil üçün beynəlxalq fransız dili sertifikatı (DELF və ya TCF B2, minimu B1) və/və ya
ingilis dilində təhsil üçün ingilis dili sertifikatı (IELTS, TOEFL, B2)
Müraciət dosyesi 31 mart 2021-ci il tarixindən əvvəl ünvanına
[email protected] göndərilməlidir.
Empowering people for a sustainable future Driving innovation, partnerships, Islamic Finance and value chains