15/09/2026
📚 15 Sentyabr – Bilik Günü
Hörmətli müəllimlər və əziz tələbələr!
Sizi yeni tədris ilinin başlanğıcı və 15 Sentyabr – Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Yeni tədris ili hər bir tələbə üçün yeni biliklər, yeni bacarıqlar və yeni imkanlar deməkdir. Təhsil yalnız bilik qazanmaq deyil, həm də gələcəyə inamla addımlamaq, peşəkar və məsuliyyətli mütəxəssis kimi formalaşmaq yoludur.
ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kolleci olaraq qarşıya qoyduğumuz əsas məqsəd müasir kənd təsərrüfatının tələblərinə cavab verən, praktik bacarıqlara və peşəkar dünyagörüşünə malik kadrlar hazırlamaqdır.
Əziz tələbələr, bilik yolunda hər birinizə əzmkarlıq, uğurlar və yeni nailiyyətlər arzulayırıq!
Biliklə gələcəyə, peşəkarlıqla uğura!