Gəncə şəhəri 49 saylı körpələr evi-uşaq bağcası

Gəncə şəhəri 49 saylı  körpələr evi-uşaq bağcası Uşaqlar
Cəmiyyətimizin
Sabahıdır.

26/08/2026

Təmayül tədris modelinin tətbiq olunduğu Gəncə şəhəri 9 nömrəli tam orta məktəbin coğrafiya müəllimi – Mürsəlova Aytac

📌 Azərbaycan Müəllimlər İnstitutunun (Gəncə filialı) *Tarix-coğrafiya ixtisası üzrə bakalavr məzunudur*

📌 *12 illik zəngin pedaqoji təcrübəyə malikdir*

📌 *Sertifikasiya balı – 56/60*

📌 *Coğrafiya fənni üzrə* ali məktəbə qəbul proqramı əsasında, fərdi və qrup şəklində abituriyent hazırlığı həyata keçirir

📌 Coğrafi biliklərin daha asan və anlaşıqlı mənimsənilməsi üçün *xəritə, qlobus, atlas və digər əyani vəsaitlərdən* səmərəli istifadə edir

📌 Şagirdlərdə *xəritə ilə işləmək, coğrafi obyektləri təhlil etmək və məkan düşüncəsini inkişaf etdirmək* bacarıqlarına xüsusi diqqət yetirir

📌 Qəbul imtahanlarına *sistemli və nəticəyönümlü kompleks hazırlıq proqramı* tətbiq edir

📌 Coğrafiyanın nəzəri biliklərini *xəritə üzərində praktiki çalışmalar, test tapşırıqları və məsələ həlli* ilə inteqrasiya edərək mövzuların daha dərin mənimsənilməsini təmin edir

📌 Müasir və interaktiv tədris metodlarından istifadə etməklə coğrafiyanı *vizual, maraqlı və anlaşıqlı* şəkildə öyrədir

26/08/2026
26/08/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

🗓️ 26 avqustdan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 2 sentyabradək davam edəcək.

📌 Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu, seçdikləri vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

🤝 Müsabiqənin müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

26/08/2026
26/08/2026

Zəfər tariximiz – Laçın Şəhəri Günü! 🇦🇿

26/08/2026

📢 Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır

🗓️ 28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 8 vakant yer seçə bilərlər.

📌 Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

📌 Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

26/08/2026

📢 DİREKTOR MÜAVİNİ OLMAQ İSTƏYƏN MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!

🎓 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsi elan edilir.

👩‍🏫 Kimlər müsabiqədə iştirak edə bilər?
Şagird sayı 501-dən çox olan ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya üzrə 51-dən çox bal toplayan müəllimlər;

Şagird sayı 500-dən az olan ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya üzrə 42 və daha çox bal toplayan müəllimlər;

Digər qiymətləndirmələr üzrə isə 70%-dən daha çox nəticə göstərmiş müəllimlər direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər. ✅

📝 Müsabiqə necə keçiriləcək?
Müsabiqə 2 mərhələdən ibarətdir:
🔹 Sənəd qəbulu
🔹 Müsahibə

❗ Test mərhələsi keçirilməyəcək.

Namizəd müsabiqə zamanı 3 vakant yer seçə bilər.

Namizədlər aşağıdakı bacarıqlar üzrə qiymətləndiriləcəklər:
🔸 Liderlik və strateji idarəetmə bacarıqları
🔸 Pedaqoji və tədris bacarıqları
🔸 İdarəçilik və təşkilatçılıq bacarıqları
🔸 Ünsiyyət və əlaqə bacarıqları
🔸 Problemlərin həlli və qərarvermə
🔸 Rəqəmsal və texnoloji bacarıqlar
🔸 Sosial və emosional bacarıqlar

📍 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə vakant yerlər:

Daşkəsən rayonu

• Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Aşağı Daşkəsən kənd G. İsmayılov adına tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Xoşbulaq kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Alaxançallı kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Mollahəsənli kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Əmirvar/Əhmədli kənd S. Ələkbərov adına ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Qabaqtəpə kənd A. Rüstəmov adına tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Dəstəfur kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Təzəkənd kənd Ş. Cavad adına ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Zinzahal kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Gəncə şəhəri

• Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Gəncə şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Gəncə şəhər 28 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziya — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Goranboy rayonu

• Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Hafiz Alıyev adına Muzdurlar kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Qafqaz Məmmədov adına Kələk kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Yunis Nəcəfov adına Qarqucaq kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon F. Hacıyev adına Aşağı Ballıqaya kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Etibar Verdiyev adına Məşədiqaralar kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Bəşirli kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Göygöl rayonu

• Göygöl rayon Araz Möyləmov adına Xaqani kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Lisey — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon İbrahim Mahmudov adına Çaylı kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Xəlil Muradov adına Gəncə kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Eldar Əsgərov adına Əlimədədli kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Kərəmli kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Keşkü kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon M. Qəhrəmanov adına Göyçəkənd kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Nadil kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Naftalan şəhəri

• Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Samux rayonu

• Samux rayon Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Samux rayon Şahmalı Ağamalıyev adına Füzuli kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Samux rayon Seyidlər kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Samux rayon Burunqovaq kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

⏰ Son qeydiyyat tarixi: 27 avqust, saat 17:00

🔗 Qeydiyyatdan keçmək üçün link: https://miq.edu.az/muavin?fbclid=IwY2xjawT7YjJwZG9mAWV4dG4DYWVtAjEwAGJyaWQRMWtsNVZQWkhoUmVCMXYyRVFzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEen7KzBEFpehfTWVITCoQKqhN-SY0pG5_YNlIb-IQ4rXCJvXljHHG7QoAUfw4_aem_2u2sp94MhELz7p6SDGEF_Q

24/08/2026

📢 Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edilir
- - - -
📌 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edilir.
📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
🔹 Seçim
🔹 Müsahibə
🗓️ Qeydiyyat müddəti:
⏰ 24 avqust 2026-cı il, saat 15:00-dan
⏰ 27 avqust 2026-cı il, saat 15:00-dək

🔗 Qeydiyyat üçün:
https://docs.google.com/forms/d/16LH6KaGlxmsOLWSjgkMOsQX2hC8G0OLzLqxtrp9t2Kg/edit

📋 Qeydiyyat zamanı namizəd:
1️⃣ Elan üzrə təqdim olunan məlumat linkindən vakant müəssisələrlə tanış olur;
2️⃣ Müraciət linkinə keçid edir;
3️⃣ İşə qəbul üzrə vakant yeri seçir;
4️⃣ Tələb olunan sənədləri əlavə edir.

📎 Mütləq əlavə olunmalı sənədlər:
🔹 Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədin) surəti;
🔹 Əmək kitabçasının surəti.

📍 Vakant yerlərin siyahısı ilə tanış olmaq üçün:
https://docs.google.com/spreadsheets/d/1RCQaPpiYauxa2sqmHPANS6rbgGZWpoyC/edit?gid=1957674483 =1957674483

✅ MÜSABİQƏDƏ İŞTİRAK ÜÇÜN TƏLƏBLƏR
🎓 Ali təhsil:
Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
⏳ Pedaqoji staj:
Ən azı 3 il pedaqoji staj;
📊 Təhsilalanların sayı 500-dən çox olan müəssisələr üzrə:
🔹 Sertifikatlaşdırmanın test imtahanında 51 bal və daha yuxarı;
🔹 Sertifikatlaşdırmada iştirak etməyən namizədlər üçün MİQ və ya diaqnostik qiymətləndirmədə 85% və daha yuxarı nəticə.
📊 Digər təhsil müəssisələri üzrə:
🔹 Sertifikatlaşdırmanın test imtahanında 42 bal və daha yuxarı;
🔹 Sertifikatlaşdırmada iştirak etməyən namizədlər üçün MİQ və ya diaqnostik qiymətləndirmədə 70% və daha yuxarı nəticə.
📩 Namizədin təqdim etdiyi məlumatlar yoxlanıldıqdan sonra əlaqə nömrəsinə ərizənin qəbul edilib-edilməməsi barədə SMS göndərilir.

🎤 Müsahibəyə dəvət aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1️⃣ Vakansiyanın mövcud olduğu müəssisədə çalışan müəllimlər;
2️⃣ Müvafiq rayon (şəhər) üzrə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
3️⃣ Müvafiq rayon (şəhər) üzrə çalışan müəllimlər;
4️⃣ Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
5️⃣ Həmin yerli bölmə üzrə çalışan müəllimlər;
6️⃣ Müvafiq tələblərə cavab verən digər şəxslər.

⚖️ Eyni nəticə göstərən namizədlər arasında seçim zamanı:
🔸 Sertifikatlaşdırma və ya MİQ test imtahanında daha yüksək nəticə;
🔸 Pedaqoji sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsi;
🔸 Daha çox pedaqoji staj;
🔸 Əvvəllər rəhbər vəzifədə işləmə və ya rəhbər vəzifədə daha çox staj nəzərə alınır.

🌟 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

Address

Atatürk Prospekti
G***a
2001

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhəri 49 saylı körpələr evi-uşaq bağcası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category