Mühasibat uçotu və audit

Mühasibat uçotu və audit

Share

Mühasibat uçotu və audit - PMS - Peşəkar Mühasib Sertifikatı ADAU Aqrobiznes fakültəsinin Mühasibat uçotu və audit kafedrasının rəsmi Facebook səhifəsi

11/08/2025

🎓 Magistr hazırlığına balına görə ENDİRİM və TAM ÖDƏNİŞSİZ iştirak imkanı qazan!
Magistr hədəfinə doğru ilk və ən doğru addımı bizimlə at!

📌 İndi bakalavr balına uyğun olaraq 120AZN yox
✅ 25% - 30AZN ENDİRİM
✅ 50% - 60AZN ENDİRİM
✅ Yüksək göstərici ilə TAM ÖDƏNİŞSİZ!

Mind Art’da sən də yerini ENDİRİMLƏ təmin etmək üçün qeydiyyatdan keçməyə tələs!

☎️ Əlaqə üçün: 055 766 02 52
📍 Ünvan: Gəncə ş. Dədə Qorqud 40 (36 nömrəli uşaq bağcasının qarşısı)

11/08/2025

🎓 MAGİSTR HAZIRLIĞINA QEYDİYYAT BAŞLADI!
Sən də uğura ilk addımı bizimlə at!

📚 Peşəkar və təcrübəli müəllim heyəti, sistemli proqram, fərdi yanaşma və daim motivasiya ilə məqsədinə çatmaq artıq daha asandır!

Məntiq - Məhərrəmov Şəhriyar
İnformatika - Heydərova Həqiqət/Aydınov Şəhriyar
Xarici dil (ingilis) - Qədimova Aytən

📌 Sən də bizimlə birlikdə:
✅ Güclü komandada yer al
✅ Məqsədinə doğru addım-addım irəlilə
✅ Magistraturaya qəbulda yüksək nəticələr əldə et!

🔗 Qeydiyyatdan keçmək üçün link bioda!

03/05/2025

25 aprel 2025-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ASMA) birgə təşkilatçılığı ilə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı ilə bağlı keçirilmiş tədbirdən video görüntülər..✨

Maliyyə nazirinin müavini Azər Bayramov tədbirdə çıxış edərək bildirib ki, bu qaydalar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarındakı dəyişiklikləri, habelə aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələri üzrə həmin standartlarla müəyyən edilmiş tələbləri özündə əks etdirir.

Maliyyə Nazirliyinin əməkdaşları və ASMA Peşəkar Mühasib Təşkilatının üzvləri tədbirdə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na əsasən yeni Hesablar Planına uyğun mühasibat uçotunun aparılmasında müasir yanaşmalar və maliyyə hesabatlarının tərtibi ilə bağlı təqdimatlarla çıxışlar ediblər.

Tədbirdə 127 büdcə təşkilatının mühasibat uçotu sahəsində çalışan 153 nəfər əməkdaşı iştirak etmişdir.

Qeyd edək ki, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 dekabr 2024-cü il tarixli Kollegiya Qərarı ilə təsdiq edilib.

Bizimlə əlaqə:
📱070 633 34 44
📍Nizami m/s-nın yaxınlığı, Globus Center 9-cu mərtəbə

İsa Şəfiyev

30/04/2025

Muhasibat uçotu
📜“Sual-cavab” rubrikası

28/04/2025

ℹ️ İri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və bir sıra publik hüquqi şəxslərin qarşısında qoyulan tələblərdən biri də baş mühasiblərinin peşəkar mühasib olmasıdır.
Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. ⤵

Həmin reyestrlə aşağıdakı linkdə tanış ola bilərsiz:https://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/680f2026ce7f5.pdf

Photos from Mühasibat uçotu və audit's post 25/04/2025

ℹ️ “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı keçirilib.
➡ 127 büdcə təşkilatından mühasibat uçotu sahəsində çalışan 153 nəfər əməkdaşın iştirak etdiyi tədbirdə maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu qaydalar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarındakı dəyişiklikləri, habelə aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələri üzrə həmin standartlarla müəyyən edilmiş tələbləri özündə əks etdirir. ⤵

Daha ətraflı: https://www.maliyye.gov.az/news/6227/ictimai-sektor-ucun-muhasibat-ucotunun-beynelxalq-standartlarina-esasen-muhasibat-ucotunun-aparilmasi-qaydalari-nin-teqdimati-kecirilib

23/04/2025

ℹ️ Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi, eyni zamanda həmin Qanunun tətbiqi haqqında Fərmanda dəyişiklikləri təsdiqləyib.
📧 Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər.
➡ Maliyyə Nazirliyi “e-mühasibat” informasiya sisteminin formalaşdırılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, “Hökumət buludu”nda yerləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
Daha ətraflı: ⤵
📜 https://president.az/az/articles/view/68610
📜 https://president.az/az/articles/view/68611

29/06/2024

"060402-Mühasibat uçotu və audit" ixtisasının İstehsal və Xidmət sferasında mühasibat uçotu və audit ixtisaslaşmalarında təhsil alan magistrlərin dissertasiya işlərinin müdafiələri keçirilmişdir. Müdafiədə çıxış edən magistrlərimiz dissertasiya işlərinin müdafiəsini müvəffəqiyyətlə başa vurmuşlar. Bütün kollektivimiz adından onlara gələcək kariyeralarında uğurlar arzu edirik

Want your school to be the top-listed School/college in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ganja
2000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00