23/08/2026
ATU-dan daha bir ilk!
Azərbaycan Texnologiya Univetsiteti (ATU) qabaqcıl texnologiyanın tətbiqinə başladı.
Universitetdə rəqəmsal transformasiya istiqamətində həyata keçirilən yeniliklər davam edir. Bu çərçivədə universitetin giriş-çıxış sistemi müasir texnoloji həll əsasında yenilənib.
Artıq universitet əməkdaşları və tələbələrinin binaya giriş-çıxışı üz tanıma sistemi vasitəsilə həyata keçiriləcək. Bununla da indiyədək istifadə olunan turniket kartlarından istifadəyə son veriləcək.
Yeni sistem giriş-çıxış prosesinin daha operativ və rahat təşkili ilə yanaşı, təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, idarəetmədə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə və resurslardan daha səmərəli istifadəyə imkan yaradacaq.
ATU-da həyata keçirilən rəqəmsallaşma layihələri təhsil mühitində innovativ texnologiyaların tətbiqini genişləndirməklə yanaşı, universitetdə müasir və dayanıqlı idarəetmə modelinin formalaşdırılmasına xidmət edir.