Salam Adau-Etiraf ehli 🙂 Yeniden sizlerleyik… Etiraf etmek isteyenler, mexfilik bizler terefinden qorunacaq, etiraflarınızı mesaj bölmesine yaza bilersiniz 😍
Bu arada ders iliniz nece keçir?
ADAU-Etiraf
Gizli Etiraflar Səhifənin sağ tərəfindəki "Mesaj" Bölməsinden yaza bilərsiniz ... Bütün etirafların Şəxsi məlumatları qorunacaq...
Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir....Cesaretli olun, Etiraf etmeyi bacarin :)!
09/10/2020
Şehidin var ADAU 😢
Mammadzadah
Allah rehmet elesin 🙏🏼
09/10/2020
Şehidin var ADAU 😢
Əliyev
Elektro energetika 2015 məzunu mexanizasiya
Şəhid olub (Sumqayıtdan olub)
Dostlarının dediklerine göre “kimise incitmez, acılamazdı heç vaxt. Mümkün deyil kimsə onnan incikli olsun
Çox qeyrətli oğlan idi”
Allah rehmet elesin 🙏🏼
20/07/2020
📍 İstanbul 🇦🇿 Dünenki toplaşmadan görüntüler
Vətən - yanında huzur tapdığın adamdir.
10/12/2019
Anonim birinin isteyi ile paylaşılır...
Kim İtirmirki Bu Dünyada ( Çox Super Mahnı ) SOZ - HEBIB AZERI MUS - ULVI ELIYEV YAYIM - RMB MUSIC KANALA ABUNE OLMAGI UNUTMAYIN
"Həyatda görmək istəmədiyim adamları facebookda block edirəm. Şirkətlərə görə rəsmi başqa fb səhifələrimiz olsa da girib heç vaxt "yoxlamıram" o adamları.
Dünən zəng etmişdi. Darıxmışdı. Çox danışmadıq. Bəzi adamlar var ki, onlara göydən ayə endirsən, xeyri olmaz...
Kədərliydi. İnsan kədərli və qızdırmalı olanda ən səmimi, ən hüzurlu olduğu, güvəndiyi - özündən xəbərsiz güvəndiyi birini arayar.
O da aramışdı dünən...
Bu gün başqa hesabla girdim və səhifəsini oxudum. Həqiqətən onunçün artıq çox gec idi.
İnsan gələcəyini özü məhv edir. Bunu ən yaxşı mən bilirəm.
Sən də gələcəyini öz əllərilə məhv etmişlərdənsən. Səni mutlu edən sadə adamları ucuz adamlara dəyişdin. Elə bildin ki, adam elə adam, mutluluq da kimlə olsa gəlir... Deyil...
Getdiyin yol qədrini bilmədiyin bütün böyük adamların ayaq izləridir.
Yalnış insanları həyat sındıra-sındıra düzəldir.
Keçmiş olsun, adamım. "
15/09/2019
Anonim.... Etiraf....
"Axıra kimi" heç nə və heç kim olmur ki. Səni də unutmaq sevmək kimi birdən və asandır.
Sən aldanmaqdan qorxursan, amma ilk xeyrində mütləq bir səbəb uydurub özün aldadırsan.
Xəyanət? Elə sən özün də xainsən axı.
Xoşbextlik? Çatana kimi deyilmi?
Sevmək? Travmadır.
Evlilik? Hamının imza atdığına bir gün mütləq peşman olduğu müqavilədir.
Karyera? Yalnızlığını gec-gec xatırladan ən cazib səbəbdir.
Həyat? Ölüm var deyə bu qədər dəyərlidir.
Bu dəfəki bazarın da bir adı var:
"Əşiii..."
"Möhkəm məhəbbətdən, iki varlığın tam şəkildə qovuşmasından etibarlı nə ola bilər? Və məgər nikah, Alenin dediyi kimi, illər ötdükcə daha da bərkiyən yeganə düyünlər deyilmi? "
"Yad qadına məktublar"
Andre Morua
Bütün səsləri söndürüb, pərdələri endirib özünə getməyin gələr. Özünə aparmağa yenə kimsə tapammazsan, yenə təklik himnin olar.
Əslində dediyin hər şey doğrudur. Amma özün təpədən dırnağa yanlışsan, mən nə edim?
Avqust ayında sərin külək, tox bir yağış gözləməkdi səni sevmək. Ümidsizlik, ümidsizlik, ümidsizlik...
Başqa nə var, nə yox, heç özüm də bilmirəm. Deyəsən elə mən, elə sən, elə məndən sənə qədər uzanan yoxsulluq var.
Və yaxşı ki, daha yoxsan.
04/07/2019
"...amma sən bilirsən ki, bu sən deyilsən. İstədiyin bu deyil. Azadlıq sərbəstliyinə möhtac olan yalnızlığındır və səni zirvənin həyəcanı yox, yamacın mübarizəsi yox, ətəkdəki bir dəmli çayın verdiyi hüzur və dünyanın ən içdən həmsöhbəti xoşbəxt edərdi indi.
Harda olduğunu bilmək istəyirəm. Gəl, oturaq, danışaq. Gəl, sənə hər şeyi, hər şeyi danışım.
Heyva çiçəyinin ətri gəlir məndən... bir bilsən..."
Sən heç aşiq oldunmu?
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ganja