Gələcəyə Körpü IELTS/ESL Kursları

Gələcəyə Körpü IELTS/ESL Kursları IELTS/ESL (English as a Second Language) HAZIRLIQ KURSLARIƏLAQƏ ÜÇÜN: +994 22 256 8015 Kurs Ödənişlidir. Qiymətlər çox münasib və endirimlidir

Kursun Proqramı

• Dərslər individual və ya qrup şəklində həftədə 3 dəfə keçiriləcək. Bundan əlavə həftədə 3 dəfə bir saat ərzində conversation club-da iştirak edəcəksiniz
• IELTS hazırlıqları imatahana uyğun olaraq, 4 hissədən ibarət olacaq: Reading , Listening, Speaking, Writing.
• Kurs tədrisi ərzində bir dəfə ödənişsiz sınaq imtahanı verəcəksiniz və kompyuter üzərindən olan sınaqlarda da ödənişli şəkildə iştirak edə bilərsiniz.
• Conversation Klublar Amerikalı və Xaricdə Təhsil almış gənc müəllimlər tərəfindən aparılacaq.
• Dərslər maraqlı və xüsusi proqram əsasında peşəkar müəllimlər tərəfindən keçiriləcək. IELTS / ESL kurslarında iştirak sizə nə qazandıracaq?

• Kursumuzdakı dərs proqramı, qısa vaxt ərzində kursu müvəffəqiyyətlə bitirib imtahanda lazımı bal toplamaq üçün tərtib edilmişdir.
• Kursumuzdakı müəllimlər Bakıdan və xarici ölkələrdən dəvət olunmuş təcrübəli və dərs üslublarına görə seçilmiş ən yaxşı müəllimlərdir.
• İmtahanları müvəffəqiyyətlə keçənlər təhsillərini xaricdə davam etdirmək şansı əldə edəcəklər.
• IELTS /ESL -dən hər hansı birinin imatahanını verib yaxşı nəticə ilə sertifikat alsanız, bu Sizin üçün hər yerdə ingilis dilini yüksək səviyyədə bildiyinizə dair etibarlı sertifikatdır.

• Kursun aktiv iştirakçıları xaricdə yay düşərgələrinə və beynəlxalq təlimlərə göndəriləcəklər!!! Kursun Qaydaları və Müvəffəqiyyəti:

• Hər ay hər tələbə ilə fərdi iclas edilir, onunla təhsili , inkişafı barədə ətraflı danışılır, əksikliklərini düzəltmək barədə məsləhətlər verilir və tələbənin fikirləri nəzərə alınır.
• Əgər siz bizim verdiyimiz yüksək keyfiyyətli tədrislə öz üzərinizə düşəni yerinə yetirərsinizsə, biz Sizə zəmanət veririk ki, IELTS imtahanında müvəffəqiyyət qazanacaqsınız.
• Əgər tələbədə bu müddət ərzində heç bir inkişaf yoxdursa, o, bir neçə xəbərdarlıqdan sonra kursdan kənarlaşdırılır. Kimlər Kursa Qatıla bilər?

• Xarici ölkələrdə təhsil almaq, yay düşərgələrində iştirak etmək və ingilis dili səviyyəsi yüksək olduğunua dair sertifikat almaq istəyən hər kəs
• İELTS kursu üçün qeydiyyat ingilis dili səviyyəsini müəyyən edən imtahan əsasında aparılır. İmatahanlarına qatılmaq üçün minumum səviyyəniz upper-intermediate olmalıdır, Ümumi ingilis dili hazırlığını davam etməyiniz lazımdır.

31/10/2016

Gəncə şəhərində yeni fəaliyyətə başlamış "Gəncə Beynəlxalq Uşaq Klubu"nun rəsmi facebook səhifəsi.

"Gəncə Beynəlxalq Uşaq Klubu"nun rəsmi səhifəsinə xoş gəlmisiniz :)

24/05/2013

Hörmətli Gənclər,

Sizlərin də bildiyi kimi Gəncə şəhəri 2016 Avropanın Gənclər Paytaxtı olmaq üçün namizədliyini irəli sürüb və sevindirici haldır ki, digər güclü rəqiblərini keçərək Qısa Siyahıya (short list) qalan 6 şəhər arasında qalmışdır. Gəncə şəhərinin Avropanın Gənclər Paytaxtı hər biz Azərbaycanlının sevincinə səbəb olacaq. Sosial şəbəkərlər də dəstəyimizi göstərməliyik. Bunun üçün https://www.facebook.com/SupportG***a?fref=ts səhifəyə daxil olub, Səhifəni bəyənmək və dostlarımıza bu səhifə haqqında məlumat verməkdir. Eyni zamanda da Twitter istifadəçiləri hesabını izləmək və twitt-lərinizdə ***aEYC2016 haştaqından istifadə etməyinizi xahiş edirik.

Hörmətlə,

G***a is the second largest city of Azerbaijan. In 2013 the city won the title "European Youth Capital 2016" which is given by the European Youth Forum.

23/05/2013

Regionlarda, Gəncədə ilk dəfə təşkil edilən və tələbələrinin imtahandan yüksək nəticə ilə qayıdan "Gələcəyə Körpü IELTS və ESL Kursları"na Sizləri də gözləyirik. Yay tətilini səmərəli keçirmək istəyənləri gözləyirik.
Ünvan: Vaqif küç. 135 (köhnə şahmat məktəbini binası)
Tel/fax: +(994 22/55) 2568015,
+(994 55) 296 66 14
E-mail: [email protected];
Web: www.bf-az.org

08/05/2013

Qarşıdan YAY fəsli gəlir.... Dərslər də qurtarır və özünüzə vaxt ayıra bilərsiniz.

Vaxtınızı səmərəli keçirmək, ingilis dilini peşəkar müəllimə tərəfindən öyrənmək və ya daha da təkmilləşdirmək, yeni dostluqlar əldə etmək, Yeni ölkələr kəşf etmək istəyirsinizsə Bizlərə qoşulun!!! Çox yaxında Yeni sürprizlərlə Sizləri sevindirəcəyik.

Hörmətlə,

03/05/2013

"GƏLƏCƏYƏ KÖRPÜ" GİB-İN GƏNCLƏRİNİN UĞURU HƏR GÜN ARTIR.

"Gələcəyə Körpü" GİB-in gənclərə təqdim elədiyi imkanlardan yararlanan gənclər uğur qazanmağa davam edir. Regionda və Gəncədə ilk dəfə olaraq gənclər üçün yaradılan "Gələcəyə Körpü IELTS və ESL" kurslarının məzunlarından olan gənclər keçid balını keçərək imtahanı uğurla başa vurmuşlar. Hətta lazım olan keçid balından da çox bal yığmışlar. Qısa zamanda yaradılan bu kursların belə uğuruna sevinirik. Sizləri də uğur qazanmağa, "Gələcəyə Körpü" GİB-in Sizlərə təqdim elədiyi imkanlardan yararlanmağa dəvət edirik!!! Qısa müddətə ingilis dilini öyrənmək istəyənlər və beynəlxalq layihələrin iştirakçısı və ya xarici ölkələrdə təhsil almaq istəyən gəncləri kursumuza dəvət edirik!!!
Əlaqə üçün ofisimizə- Vaqif küç. 135 ünvanı (Keçəllər küç. Şahmat məktəbinin köhnə binası)
Tel: 022-256-8015
055-296-6614

Hörmətlə

28/03/2013

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov gənclərlə görüşür.

Hər zaman öz yenilikləri ilə gündəmə gələn və gənclər üçün durmadan fəaliyyət göstərən "Gələcəyə Körpü" GİB yenə də öz ənənəsinə sadiq qaldı. Sabah saat 12:00-da "Gələcəyə Körpü" GİB-in ofisində (Vaqif küçəsi köhnə "Keçəllər Xəstəxanası") Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, qurucusu olduğu təşkilatda gənclərlə görüş təşkil diləcəkdir. Öz həyatının uğurlarından, Lider Gənc olmaq üçün məsləhətlər, gəncləri maraqlandıran sualların cavabları və s. Görüş "Gələcəyə Körpü" GİB-də fəaiyyət göstərən "Uğur Klub"u tərəfindən təşkil edilir və Müşfiq müəllimə ünvanlana ən yaxşı sual hədiyyə ilə təltif ediləcək. Sizləri və Dostlarınızı bu görüşə dəvət edirik...

Hörmətli Dostlar,Sizləri və Sizlərin simanızda sevdiklərinizi Novruz Bayramı münasibəti ilə təbrik edirəm.Bahar fəslinin...
21/03/2013

Hörmətli Dostlar,

Sizləri və Sizlərin simanızda sevdiklərinizi Novruz Bayramı münasibəti ilə təbrik edirəm.
Bahar fəslinin Sizlərə uğurlu olmasını, Sağlıqlı neçə belə bayramlar keçirməyinizi diləyirəm.
Bu Novruz Azərbaycan üçün keçən ildən daha uğurlu olmasını, Millətimiz üçün xeyirli olması diləyi ilə...

Novruz Bayramınız Mübarək Olsun!!!

Hörmətlə,
http://www.youtube.com/watch?v=FhbFQxWkP3w

Butun Azerbaycan Xalqinin Novruz Bayrami Mubarek Olsun

12/03/2013

Əziz Gənclər,

"Gələcəyə Körpü" GİB-də fəaliyyət göstərən İngilis dili kurslarında yeni qruplar açılır. IELTS kurslarına müraciət etmək istəyənlər üçün həftənin tək günləri saat 16:00, ESL kurslarına qoşulmaq üçün isə həftənin tək günləri saat 19:00 da qruplar olacaq. Qruplara yazılmağa və Sizlərə yaradılan şəraitlərdən yararlanmağa çalışırıq. Eyni zamanda da bu günkü YEL ÇƏRŞƏNBƏnizi dəə təbrik edirik.

Hömətlə,

Hörmətli Xanımlar,Sizi və ətrafınızdakı xanımları, 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizlərə can sağlığ...
08/03/2013

Hörmətli Xanımlar,

Sizi və ətrafınızdakı xanımları, 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizlərə can sağlığı, gülər üz və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Təbriklər...

21/02/2013

"Gələcəyə Körpü" GİB hər zaman olduğu kimi yenə də yeniliklərini davam etdirir.

Dostlar, Sizi sabah yəni 22 Fevral 2013-cü il tarixində, saat 10:00 da “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin yeni ofisinin açılış mərasiminə dəvət edirik.

Yeni ofsimizlə tanışlıq üçün Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyev, Amerika­ Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri cənab Riçard L. Morninqstar və bir çox rəsmi qonaqlar iştirak edəcəklər.

Qonaqlar üçün mərasimdə Birliyin 13 illiyinə həsr olunmuş geniş
təqdimat ediləcək.

Təşkilatımızın üzvləri və könüllülərini göstərilən zamanda gec olmayaraq Birliyinin yeni ofisində görməyimizə şad olarıq.

Ünvan:
Vaqif küç 135(Keçəllər küçəsi,köhnə şahmat məktəbi).

19/02/2013

Sabahdan artıq "Gələcəyə Körpü" GİB yeni ofisdə fəaliyyət göstərəcək. Yeni və böyük ofisimiz olacaq. Eyni zamanda da gənclər üçün yeni imkanlarımız olacaq. Bizlərə qoşulmağa tələsin. Gənclər üçün yaradılmış imkanlardan yararlanmağa, beynəlxalq arenaya çıxmağa dəvət edirik. İngilis dilini bizlə öyrənməyə və ya daha da inkişaf etdirə bilərsiniz. Hətta xarici ölkələrdə universitetlərdə də təhsil ala bilərsiniz. Bu fürsəti qaçırmayın.
Uğurlu Gələcəyə Birlikdə Yürüyək...

15/02/2013

"Gələcəyə Körpü" GİB hər zaman olduğu kimi yenə də gəncləri düşünməyə davam edir. İlk dəfə olaraq Gəncə şəhərində IELTS Kursları təşkil edən "Gələcəyə Körpü" GİB inanılmaz kampaniya həyata keçirir.

MART AYININ İLK GÜNÜ- 1 MART TARİXİNƏ QƏDƏR IELTS KURSLARINDAN QEYDİYYATDAN KEÇƏN GƏNCLƏRDƏN SEÇİM YOLU İLƏ BİR NƏFƏR TÜRKİYƏDƏ TƏŞKİL EDİLƏCƏK BEYNƏLXALQ TƏLİMDƏ AZƏRBAYCANIMIZI TƏMSİL EDƏCƏK. BU ŞANSDAN YARARLANMAĞA TƏLƏSİN!!!

Bundan əlavə olaraq yeni imkanlar, "Gələcəyə Körpü" GİB-in digər imkanlarından yararlanma şansı və s. Onu da qeyd edək ki, eyni zamanda ESL (Sadə İngiliz dili) kursu da fəaliyyət göstərir. Tələsin...

Address

Vaqif Küç. 135
Ganja
2000

Alerts

Be the first to know and let us send you an email when Gələcəyə Körpü IELTS/ESL Kursları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gələcəyə Körpü IELTS/ESL Kursları:

Shortcuts

Share