10/05/2025
“III Əzm Marafonu” təşkil edilib
Azərbaycan Texnologiya Universitetinin (ATU), Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Gənclər Evi dəstəyi və ATU THİK təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr edilmiş “III Əzm Marafonu” keçirilib.
Yarışçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edib, marafonun artıq üçüncü ildir ki, keçirildiyini və ənənəvi olaraq hər il təşkil ediləcəyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsin nümayəndəsi Tacir Qurbanov Nail Məmmədov da çıxış edərək yarışçılara uğurlar arzu ediblər.
Marafon Gənclər Evinin önündən start götürüb, finiş xətti Zəfər Tağında yerləşib. 300 nəfərin qatıldığı yarışda birinci, ikinci və üçüncü yerləri tutan qaliblər qadın və kişi kateqoriyaları üzrə mükafatlandırılıblar.
Qadın kataqoriyasında
1-ci yerin qalibi Tağıyeva Nərmin 609 nömrəli yarışçı
2-ci yerin qalibi İradə Kərimova 709 nömrəli yarışçı
3-cü yerin qalibi isə Kərimli Fatimə 436 nömrəli yarışçı oldu.
Kişi kateqoriyası üzrə isə
1-ci yerin qalibi Ibrahimov Umid 046 nömrəli yarışçı
2-ci yerin qalibi IbrHimov Rinat 079 nömrəli yarışçı
3-cü yerin qalibi isə Bayramov Sənan 723 nömrəli yarışçı oldu.
Tələbə Həmkarlar İttdifaqı Komutəsi olaraq bütün qaliblərimizi təbrik edirik uğurlarının davamını arzu edirik.
Digər tədbirlərimizdə görüşənə dək