Gəncə şəhər 26 nömrəli məktəb lisey kompleksi

Gəncə şəhər  26 nömrəli məktəb lisey kompleksi Gəncə şəhər 26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb -lisey Pedaqoji heyət 104 müəllimdən ibarətdir. Məktəb 1 korpusdan ibarətdir.

Məktəb Gəncə şəhəri Kəpəz rayonu Zülfü Hacıyev küc.58 yerləşir. 15.09.2014 -ci ildə əsaslı təmir olaraq yenidən istifadəyə verilmişdir. Məktəbin direktoru: Səfərova Vüsalə Ələddin qızı


Hazırda məktəbdə 1558 şagird təhsil alır. Dərslər Azərbaycan və rus dillərində aparılır. Məktəbdə tədris texniki fənnlər istiqaməti üzrə təşkil edilmişdir. Məktəbdə həmçinin 1 akt zalı, 6 informatika kabineti,1 bufet, 1 fizika laboratoriyası, 1 kimya laboratoriyası, 1 biologiya laboratoriyası, 1 idman zalı vardır.

Bu gün məktəbimizin həyətində duyğulu və unudulmaz anlar yaşandı. İllər boyunca eyni sinifdə böyüyən, birlikdə sevinib b...
13/06/2026

Bu gün məktəbimizin həyətində duyğulu və unudulmaz anlar yaşandı. İllər boyunca eyni sinifdə böyüyən, birlikdə sevinib birlikdə öyrənən məzunlarımız üçün “Son zəng” tədbiri keçirildi.
Şagirdlərimiz bu illər ərzində yalnız bilik deyil, dostluq, hörmət, vətən sevgisi və həyat təcrübəsi qazandılar. Bu gün isə onlar uşaqlıq illəri ilə vidalaşaraq yeni həyata doğru ilk addımlarını atdılar.
Müəllimlərin əməyi, valideynlərin dəstəyi və şagirdlərin zəhməti ilə keçən məktəb illəri hər zaman xoş xatirə kimi yadda qalacaq.
Əziz məzunlar, yolunuz daim açıq, gələcəyiniz uğurlu olsun!



Zaman keçdi, illər dəyişdi, amma məktəb xatirələri və dostluq bağları dəyişmədi… Məktəbimizi 50 il əvvəl bitirən məzunla...
13/06/2026

Zaman keçdi, illər dəyişdi, amma məktəb xatirələri və dostluq bağları dəyişmədi… Məktəbimizi 50 il əvvəl bitirən məzunlar uzun illər sonra yenidən doğma məktəbdə bir araya gələrək Son zəng sevincini birlikdə yaşadılar. Vaxtilə eyni sinif otaqlarında əyləşən, eyni həyətdə uşaqlıq və gənclik illərini paylaşan məzunlar keçmişin unudulmaz xatirələrini böyük həyəcan və duyğu ilə yenidən yada saldılar.
Onlar vaxtilə özlərinə dərs deyən müəllimlərini ehtiramla xatırlayaraq onların əməklərindən danışdılar. Görüş zamanı məktəb illərinə aid xatirələr bölüşüldü, köhnə dostluqlar yenidən canlandı və illərin sınağından çıxmış səmimi münasibətlər bir daha hər kəsə duyğulu anlar yaşatdı.
Bu mənalı görüş məktəb sevgisinin, müəllim əməyinə hörmətin və illər keçsə də unudulmayan dostluqların ən gözəl nümunəsidir.

Məktəbimizin 3ç sinif şagirdi Əliyeva Leyla “First League Explore” Respublika turnirində “Lumina” komandasının tərkibind...
11/06/2026

Məktəbimizin 3ç sinif şagirdi Əliyeva Leyla “First League Explore” Respublika turnirində “Lumina” komandasının tərkibində iştirak edərək “Ən yaxşı mühəndislik bacarığı” nominasiyası üzrə kuboka layiq görülmüşdür. Şagirdimizi ürəkdən təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!



2 “Ç” sinfində valideyn seminarı təşkil olundu. Görüşdə 2025–2026-cı tədris ili ərzində şagirdlərin əldə etdikləri nətic...
10/06/2026

2 “Ç” sinfində valideyn seminarı təşkil olundu. Görüşdə 2025–2026-cı tədris ili ərzində şagirdlərin əldə etdikləri nəticələr, sinfin ümumi fəaliyyəti və tədris prosesində əldə olunan uğurlar diqqətə çatdırıldı. Valideynlərlə uşaqların inkişafında birgə əməkdaşlığın rolu barədə söhbət aparıldı, yay tətili müddətində onların mütaliəyə və faydalı fəaliyyətlərə yönləndirilməsi tövsiyə edildi. Seminar səmimi müzakirələr və valideynlərin fikir və təkliflərinin dinlənilməsi ilə yekunlaşdı.



1 “B” sinfində tədris ilinin yekunlarına dair valideyn seminarı keçirildi. Seminar zamanı şagirdlərin il ərzində qazandı...
10/06/2026

1 “B” sinfində tədris ilinin yekunlarına dair valideyn seminarı keçirildi. Seminar zamanı şagirdlərin il ərzində qazandıqları nailiyyətlər, davamiyyət və davranış məsələləri müzakirə olundu. Valideynlərlə məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı, yay tətili dövründə şagirdlərin vaxtlarının səmərəli təşkili ilə bağlı tövsiyələr verildi. Seminarın sonunda valideynləri maraqlandıran suallar cavablandırıldı və tədris ili ərzində göstərdikləri dəstəyə görə təşəkkür bildirildi.



"Bacarıqlı Əllər" dərnəyi 1909-cu ildə anadan olmuş Azərbaycan təbiətinin nəğməkarı adlandırılan görkəmli rəssamımız Sət...
10/06/2026

"Bacarıqlı Əllər" dərnəyi 1909-cu ildə anadan olmuş Azərbaycan təbiətinin nəğməkarı adlandırılan görkəmli rəssamımız Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirdi.
Tədbirdə şagirdlər S. Bəhlulzadənin bənzərsiz təbiət vurğunu , ecazkar fırça ustası olmasını və onun çəkdiyi məşhur əsərləri haqqında məlumat əldə etdilər.
Tədbirdə şagirdlər fəal iştirak edərək rəssamın ən məşhur əsərlərini öz rəsmlərində canlandırmışdılar.
Tədbirin məqsədi Azərbaycan rəssamını daha yaxından tanımaq, onun həyat və yaradıcılığı haqqında şagirdləri məlumatlandırmaq və incəsənətə marağı artırmaqdan ibarətdir.

7-ci siniflər arasında riyaziyyat fənni üzrə bilik yarışı keçirildi. Yarış zamanı şagirdlər fərdi şəkildə iştirak edərək...
09/06/2026

7-ci siniflər arasında riyaziyyat fənni üzrə bilik yarışı keçirildi. Yarış zamanı şagirdlər fərdi şəkildə iştirak edərək öz bilik və bacarıqlarını sınadılar. Məqsəd şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək, riyaziyyata olan marağını artırmaq və sağlam rəqabət mühiti yaratmaq idi.


Şagirdlərdə ədəbiyyata marağın artırılması, görkəmli şəxsiyyətlərin irsinin tanıdılması məqsədilə məktəbimizdə görkəmli ...
09/06/2026

Şagirdlərdə ədəbiyyata marağın artırılması, görkəmli şəxsiyyətlərin irsinin tanıdılması məqsədilə məktəbimizdə görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə şairin zəngin yaradıcılığı, vətənpərvərlik ruhlu əsərləri, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında geniş məlumat təqdim olundu. Şagirdlər tərəfindən şeirlər səsləndirildi, ədəbi kompozisiyalar nümayiş etdirildi və şairin yaradıcılığı ətrafında fikir mübadiləsi aparıldı.



Məktəbimizin 5 “E” sinif şagirdləri üçün Azərbaycan kinosunun maraqlı nümunələrindən olan "Mən mahnı qoşuram" filminin n...
09/06/2026

Məktəbimizin 5 “E” sinif şagirdləri üçün Azərbaycan kinosunun maraqlı nümunələrindən olan "Mən mahnı qoşuram" filminin nümayişi təşkil olundu. Şagirdlər böyük maraqla izlədikləri film vasitəsilə dostluq, vətənpərvərlik, musiqiyə sevgi və milli-mənəvi dəyərlər haqqında ətraflı məlumat əldə etdilər.

Film nümayişindən sonra şagirdlərlə müzakirə aparıldı, obrazlar və filmdə verilən mesajlar haqqında fikir mübadiləsi edildi.


05/06/2026

5E sinfinin Şuşaya tarixi-mədəni səyahəti.
5E sinif şagirdləri, sinif rəhbəri Kərimova Zəkiyənin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səyahət etdilər. Bu səfərin məqsədi şagirdlərin Vətənimizin tarixi, mədəni irsi və milli dəyərləri ilə yaxından tanış olmaları, onların vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də Şuşanın tarixi abidələri və görməli yerləri haqqında biliklərinin artırılması idi. Şagirdlər şəhərin füsunkar təbiətini, tarixi məkanlarını ziyarət edərək unudulmaz təəssüratlar qazandılar. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi tanınır və zəngin tarixi-mədəni irsi ilə seçilir.


Address

Gəncə şəhəri, Zülfü Hacıyev Küçəsi 58
G***a
GANJAAZ2017

Telephone

+994222596562

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhər 26 nömrəli məktəb lisey kompleksi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gəncə şəhər 26 nömrəli məktəb lisey kompleksi:

Shortcuts

Share

Category