Gəncə Dövlət Universiteti - ÜMUMİ PEDAQOGİKA KAFEDRASI

Gəncə Dövlət Universiteti - ÜMUMİ PEDAQOGİKA KAFEDRASI

Share

Ümumi pedaqogika kafedrası. professor ve muellim heyeti

“Akademik Nurəddin Mustafa oğlu Kazımov-100” mövzusunda elmi konfrans keçirilib – Gəncə Dövlət Universiteti 26/05/2026

https://gdu.edu.az/akademik-nur%c9%99ddin-mustafa-oglu-kazimov-100-movzusunda-elmi-konfrans-kecirilib/
Gəncə Dövlət Universitetində Ümumi pedaqogika kafedrasının təşkilatçılığı ilə “Akademik Nurəddin Mustafa oğlu Kazımov-100” mövzusunda elmi konfrans keçirilib. Konfrans Azərbaycan elminin korifeylərindən biri, pedaqogika elminin inkişafına böyük töhfələr vermiş, Əməkdar elm xadimi, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü Nurədin Mustafa oğlu Kazımovun anadan olmasının 100 illiyinə həsr olunub.

Elmi konfransdan öncə tədbir iştirakçıları akademik Nurəddin Kazımovun müəllifi olduğu kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Konfransda akademikin ölkə üzrə yetirmələri olan ziyalılar, o cümlədən GDU-nun professor-müəllim heyəti iştirak edib.

Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək bildirib ki, pedaqogika elminin görkəmli nümayəndələrindən biri olan Nurəddin Kazımov ömrünün 65 ilini müəllimliyə, elmə, xalqının maariflənməsinə, cəmiyyətin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Yazdığı bir-birindən dəyərli əsərləri ilə yalnız ölkəmizdə deyil, xaricdə də tanınmışdır. Adı həmişə böyük hörmətlə çəkilən Nurəddin müəllim uzun illər Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Təhsil İnstitutunun) direktoru, ADPU-nun prorektoru, nəhayət 34 il Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının rəhbəri olmuşdur. Prezident təqaüdçüsü, bir sıra Orden və medallarla təltiv olunmuş, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov şərəfli bir ömür yaşamışdır.

Rektorun baş müşaviri Asif Cavadov bildirib ki, professor Nurəddin Kazımov ömrünü elmə və təhsilin inkişafına həsr etmiş, yetişdirdiyi tələbələr və yazdığı əsərlərlə Azərbaycan pedaqoji fikrində silinməz izlər qoymuşdur. Bu cür elmi konfranslar alimlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına və gənc tədqiqatçılar üçün örnək olmasına imkan yaradır.

Konfransda Bakı Elm-Təhsil Mərkəzinin direktoru, pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov “İki əsrin sönməz məşəli (Akademik Nurəddin Kazımov-100)” adlı məruzə ilə çıxış edib. Professor Nurəddin Kazımovun ömr yolu və elmi fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Gəncədə doğulub boya-başa çatmış və şərəfli ömr yolu keçmiş professor Nurəddin Kazımovun hələ gənclik illərindən elmi-pedaqoji sahəyə böyük maraq və həvəsi var idi. Buna görə də daim oxuyur, araşdırmalar aparır, təhsilini artırırdı. O, ali təhsilini Leninqrad (indiki Sank-Peterburq) Dövlət Universitetində alır, respublikaya qayıdır və bir çox mühüm pedaqoji sahələrdə çalışır. Çox keçmir ki, elmə olan hədsiz həvəsi onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Təhsil İnstitutu) aspiranturasına gətirir. O, 1953-1956-cı illərdə aspiranturada təhsil almış, peşəkarlığını daha da artırmışdır.

Azərbaycan Respublikasının Təhsil İnstitunun elmi katibi, pedaqogika elmləri doktoru, professor Akif Abbasov “Akademik Nurəddin Kazımov: 100 illiyinin işığında” mövzusunda çıxış edərək konfransın işinə uğurlar arzulayıb, konfransın əhəmiyyətindən söz açdı. Bildirib ki, konfrans çərçivəsində müzakirə olunacaq mövzular – dilçilik, təhsil və pedaqogikanın aktual problemləri – müasir dövrün çağırışları ilə səsləşir və bu sahələrdə yeni yanaşmaların formalaşdırılmasına töhfə verəcək.

Azərbaycan Respublikasının Təhsil İnstitunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov “Professor Nurəddin Kazımov irsində Azərbaycan pedaqogika elminin inkişaf istiqamətləri” mövzusunda çıxış edib. Qeyd olunub ki, təcrübə və peşəkarlığı artdıqca dəyərli ziyalımız Nurəddin Kazımovun fəaliyyət dairəsi də genişlənirdi. Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük hissəsi ali məktəb həyatı ilə bağlı olmuşdur. Belə ki, dəyərli ziyalımız 1984-cü ildən başlayaraq 34 il Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının rəhbəri olmuş, neçə-neçə gəncin elmi işlərinə rəhbərlik etmiş, onlara diqqət və qayğı göstərmişdi. O, geniş elmi fəaliyyəti və dərin araşdırmaları nəticəsində pedaqoji problemlər üzrə bir-birindən dəyərli yeni fikir və nəzəriyyələr formalaşdırmışdı.

Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor Şahin Tağıyev “Professor Nurəddin Kazımov – tələbkar elmi rəhbər, qayğıkeş ata, alovlu vətənpərvər” mövzusunda çıxış edərək müəllimi, elmi rəhbəri olmuş görkəmli ziyalı Nurəddin Kazımov haqqında xatirələrini bölüşüb. Onun zəngin pedaqoji fəaliyyəti, yüksək mənəvi keyfiyyəti və gənc nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərindən bəhs edib. Professor Şahin Tağıyev bildirib ki, akademik Nurəddin Kazımovun elmi rəhbərliyi ilə yetişən ziyalılar bu gün ölkənin müxtəlif ali təhsil və elm müəssisələrində uğurla fəaliyyət göstərərək Azərbaycan elminin inkişafına mühüm töhfələr verirlər. Nurəddin Kazımov Azərbaycan dilçiliyi və pedaqogika sahəsində dərin iz qoymuş alimlərdən biridir və onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır, onun tədqiqatları bu gün də aktual olaraq qalır. Professorun yazdığı dərslik və dərs vəsaitləri bu gün də ali təhsil müəssisələrində tədris olunur. Professor Şahin Tağıyev onu da diqqətə çatdırıb ki, alimin əməyi dövlətimiz tərəfindən zaman-zaman layiqincə qiymətləndirilmişdir. Professor Nurəddin Kazımov səmərəli fəaliyyətinə və elm aləmində qazandığı uğurlara görə “Qabaqcıl maarif xadimi” döş nişanı, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bu alim öz zəngin elmi fəaliyyəti, yüksək intellekti və vətənpərvər mövqeyi ilə gənc nəsil üçün əsl örnəkdir.

Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor, akademik Nurəddin Kazımovun yetirməsi Ləzifə Qasımova çıxış edərək Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi-pedaqoji kadrların yetişməsində akademik N.Kazımovun xidmətlərindən bəhs edib. Alimin pedaqogika sahəsində Milli Təhsil Konsepsiyasının və Milli pedaqoji nəzəriyyənin yaranmasında irəli sürdüyü ideyaların, müasir təhsil sistemində rolunu və aktuallığını xüsusi vurğulayıb.

Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vidadi Bəşirov “Akademik Nurəddin Kazımovun yaradıcılığında ənənə və müasirlik paradiqması” mövzusunda çıxış edib, alimin elmi və ədəbi irsində milli-mənəvi dəyərlərlə müasir elmi düşüncənin vəhdətindən ətraflı bəhs edib.

Görkəmli alim, professor Nurəddin Kazımovun oğlu Araz Kazımov konfransda çıxış edərək, atasının həyat və elmi fəaliyyətindən bəhs edib, onun xatirəsinə göstərilən diqqət və ehtirama görə GDU rəhbərliyinə və Ümumi pedaqogika kafedrasının müdiri Şahin Tağıyevə dərin minnətdarlığını bildirib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.

“Akademik Nurəddin Mustafa oğlu Kazımov-100” mövzusunda elmi konfrans keçirilib – Gəncə Dövlət Universiteti 26 May 2026 “Akademik Nurəddin Mustafa oğlu Kazımov-100” mövzusunda elmi konfrans keçirilib Gəncə Dövlət Universitetində Ümumi pedaqogika kafedrasının təşkilatçılığı ilə “Akademik Nurəddin Mustafa oğlu Kazımov-100” mövzusunda elmi konfrans keçirilib. Konfrans Azərb...

Photos from Gəncə Dövlət Universiteti - ÜMUMİ PEDAQOGİKA KAFEDRASI's post 25/04/2026

Riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbələri üçün “İnklüziv təhsil və fərdiləşdirilmiş təlim” fənninə həsr olunmuş maarifləndirici təbliğat tədbiri keçirilmişdir. Tədbir kafedranın baş müəllimi İlahə Cəlilova tərəfindən aparılmışdır.

Çıxış zamanı İlahə Cəlilova inklüziv təhsilin müasir təhsil sistemində əhəmiyyətindən bəhs edərək vurğulamışdır ki, bu fənn bütün müəllimlik ixtisaslarında təhsil alan tələbələr üçün zəruri bilik və bacarıqların formalaşdırılmasına xidmət edir. Bildirilmişdir ki, hər bir gələcək müəllim inklüziv təhsilin əsas prinsiplərini mənimsəməli, inklüziv sinif mühitində müxtəlif təhsil ehtiyaclarına malik şagirdlərlə səmərəli işləmək bacarığına yiyələnməlidir.

Tədbir çərçivəsində tələbələrə inklüziv təhsil mühitinin təşkili, fərdi yanaşmanın tətbiqi və pedaqoji fəaliyyətin uyğunlaşdırılması ilə bağlı ətraflı məlumat verilmişdir.

25/04/2026

Aprelin 23-də Bakı Slavyan Universiteti (BSU) və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı ilə “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransın regional bölməsi GDU-nun 5-ci tədris binasında təşkil olunub.

Konfransın regional bölməsində GDU-nun rektoru Yusif Yusibov, BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Texniki Universitetinin (ATU) rektoru Vilayət Vəliyev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Rizvan Nəbiyev, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Daha ətraflı:
https://gdu.edu.az/bsu-nun-itic2026-iv-beyn%c9%99lxalq-elmi-praktik-konfransin-regional-bolm%c9%99si-gdu-da-kecirilib/

Photos from Bakı Slavyan Universiteti - BSU's post 25/04/2026

BSU-nun İTİC2026 IV beynəlxalq elmi-praktik konfransın regional bölməsi keçirilib

Aprelin 23-də Bakı Slavyan Universiteti (BSU) və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı ilə “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransın regional bölməsi GDU-nun 5-ci tədris binasında təşkil olunub.

Konfransın regional bölməsində BSU-nun rektoru Anar Nağıyev, GDU-nun rektoru Yusif Yusibov, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Texniki Universitetinin (ATU) rektoru Vilayət Vəliyev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov, millət vəkilləri Pərvin Kərimzadə, Rizvan Nəbiyev, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.

Daha sonra qonaqlar Gəncə Dövlət Universitetində fəaliyyət göstərən Əlilliyi olan tələbələr üçün Mərkəzlə tanış olublar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

GDU-nun rektoru Yusif Yusibov çıxış edərək BSU-nun İTİC 2026 elmi-praktiki konfransının regional bölməsinin GDU-da təşkilinə görə təşəkkürünü bildirib, belə tədbirlərin bölgələrdə keçirilməsinin əhəmiyyətini vurğulayıb.

BSU-nun rektoru Anar Nağıyev çıxışında bildirib ki, universitetdə inklüziv təhsil siyasətinin məzmunu sistemli şəkildə müəyyənləşdirilərək həm ümumi inkişaf strategiyasında, həm də yeni yaradılan ixtisaslarda öz əksini tapıb. O vurğulayıb ki, təhsildə sosial-psixoloji xidmət, pedaqogika, ibtidai sinif müəllimliyi və psixologiya ixtisaslarında inklüziv dəyərlər tətbiq olunur. Eyni zamanda qeyd edib ki, inklüziv yanaşma ayrı-ayrı ixtisaslarla məhdudlaşmır, universitetin bütün təhsil proqramlarında bu prinsiplərin inteqrasiyasına diqqət yetirilir.

A. Nağıyev bildirib ki, həyata keçirilən ardıcıl siyasətin nəticəsi olaraq BSU regionda inklüziv təhsili əhatə edən yeganə İnklüziv və adaptiv təhsil kafedrası fəaliyyət göstərir.

Rektor çıxışında vurğulayıb ki, bu istiqamətdə görülən işlərin əsasında vahid ideoloji dəyərlər dayanır. O çıxışında qeyd edib ki, 2022-ci ildə təşəbbüs kimi başlayan layihə bu gün artıq geniş miqyaslı bir platformaya çevrilib. Onun sözlərinə görə, Naxçıvandan Qubaya, Qubanın Alekseyevka kəndindən Astaraya, oradan isə Şəmkirə qədər ölkənin bütün regionlarını əhatə edən və 1000-dən çox orta məktəb müəllimini birləşdirən geniş bir şəbəkə formalaşdırılıb.

A.Nağıyev vurğulayıb ki, yaradılmış şəbəkə vasitəsilə müəllimlərin ehtiyacları müəyyən edilir, onların bilik və bacarıqlarının inkişafı istiqamətində birgə fəaliyyət həyata keçirilir.

Rektor bildirib ki, BSU ölkədə nadir ali təhsil müəssisələrindən biridir ki, yalnız təhsil sektorunda deyil, eyni zamanda digər sahələrdə, o cümlədən bank sektorunda inklüziv bankçılıq üzrə təlimlər keçmək təcrübəsinə malikdir. O, həmçinin qeyd edib ki, universitet inklüziv və adaptiv təhsil istiqamətində müxtəlif kateqoriyalardan olan müəllimlər üçün davamlı təlimlər həyata keçirir və bu prosesdə Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Rektor diqqətə çatdırıb ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi artıq beynəlxalq platformaya çevrilib. Layihə çərçivəsində Finlandiya, İtaliya və Polşadan olan tərəfdaşlar məktəblərlə işin təşkili, təhsil məzmununun formalaşdırılması və müəllimlərin peşəkar inkişafı istiqamətində mühüm dəstək göstərirlər. A. Nağıyev çıxışında müxtəlif ictimai birliklərlə əməkdaşlığın da önəmini vurğulayaraq, bu tərəfdaşlıqların inklüziv təhsilin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Sonda rektor inklüziv təhsil sahəsində universitetlərarası platformanın yaradılmasının diqqətə çatdırıb, təcrübə və ideyaların paylaşılması üçün birgə platformanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov konfransın mövzusunun vacibliyindən bəhs edib. Bildirib ki, orta və ali məktəblərdə inklüziv mühitin formalaşdırılması, müəllimlərin peşəkar hazırlığının gücləndirilməsi, infrastrukturun əlçatanlığının yaxşılaşdırılması və icma səviyyəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi inklüzivliyin davamlı və effektiv tətbiqinə zəmin yaradır.

ATU-nun rektoru Vilayət Vəliyev İnklüziv təhsildən inklüziv cəmiyyətə həsr olunmuş konfransın bu sahənin inkişafına əhəmiyyətli elmi töhfə verəciyini bildirib. Qeyd edib ki, konfransın plenar iclasında müasir yanaşmaların müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması, bu sahədə təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi inklüziv təhsil siyasətinin təkmilləşdirilməsinə və daha effektiv tətbiqinə şərait yaradır.

ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, regionlarda inklüziv təhsilə göstərilən diqqətin gücləndirilməsi təhsil sistemində bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

ATU-nun rektoru Yaşar Ömərov çıxışında qeyd edib ki, orta məktəblərlə yanaşıuniversitetlərdə də sağlamlıq imkanları məhdud gənclər üçün təhsilin əlçatanlığının təmin olunması onlarda özlərinə inam hissini artırır, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə dəstək olur.

MDU-nun rektoru Anar Eminov inkluziv təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən geniş şəkildə bəhs edib. Qeyd edib ki, inkişaf etmiş ölkələrdə tətbiq olunan inkluziv təhsil modelləri, şagirdlərin təhsil sisteminə uğurlu inteqrasiyasına şərait yaradır və onların sosial adaptasiyasını gücləndirir. Bu təcrübələrin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırılması isə ölkəmizdə təhsilin keyfiyyətinin artırılmasına mühüm töhfə verə bilər.

Xəzər Universitetinin rektoru Raziyə İsayeva Xəzər Universiteti ilə Gəncə Dövlət Universitetinin birgə həyata keçirdiyi layihələrdən bəhs edib, bu sahədə universitetlərin əməkdaşlığının önəmini vurğulayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxışında inklüziv təhsil sahəsində həyata keçirilən işlərin gələcəkdə daha böyük nəticələr verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, bu konfrans yalnız müzakirə platforması deyil, həm də institusional əməkdaşlığın gücləndirilməsinə xidmət edən mühüm təşəbbüsdür.

Millət vəkili, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək bildirib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin bütün təhsil pillələri üzrə digər vətəndaşlarla bərabər şəkildə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə onların təhsilə əlçatanlığının artırılması, inklüziv və maneəsiz təhsil mühitinin formalaşdırılması, müasir infrastrukturun yaradılması və uyğunlaşdırılmış tədris resurslarının tətbiqi daim diqqət mərkəzində saxlanılır.

Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb.

Daha sonra konfrans öz işini “İnklüziv təhsil mühitindəkeyfiyyət, bərabərlik və inkişaf”
mövzusunda bölmə iclası ilə davam etdirib.

Gəncə Dövlət Universitetində “İnklüziv təhsildə damğalanmanın sosial-pedaqoji aspektləri” mövzusunda tədbir keçirilib – Gəncə Dövlət Universiteti 21/04/2026

https://gdu.edu.az/g%c9%99nc%c9%99-dovl%c9%99t-universitetind%c9%99-inkluziv-t%c9%99hsild%c9%99-damgalanmanin-sosial-pedaqoji-aspektl%c9%99ri-movzusunda-t%c9%99dbir-kecirilib/

Gəncə Dövlət Universitetində “İnklüziv təhsildə damğalanmanın sosial-pedaqoji aspektləri” mövzusunda tədbir keçirilib – Gəncə Dövlət Universiteti 21 Aprel 2026 Gəncə Dövlət Universitetində “İnklüziv təhsildə damğalanmanın sosial-pedaqoji aspektləri” mövzusunda tədbir keçirilib Gəncə Dövlət Universitetinin Əlilliyi olan tələbələr üçün Mərkəzdə “Autizm aylığı” çərçivəsində professor-müəllim heyə...

Photos from Bakı Slavyan Universiteti - BSU's post 17/04/2026

BSU-da İTİC 2026 IV beynəlxalq elmi-praktik konfransı keçirilib

Aprelin 16-da Bakı Slavyan Universiteti (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransı keçirilib. Konfransda BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov, BMT-nin Sülh elçisi Təşkilat Komitəsinin üzvü Serkan Bayram, Qazi Universitetinin Xüsusi təhsil departamentinin müdiri Təşkilat Komitəsinin üzvü Ciğil Aykut, Qdansk Universitetinin Sosial elmlər fakültəsinin dekanı Təşkilat Komitəsinin üzvü Mixal Xarçiarek və universitetin professor-müəllim heyəti iştirak ediblər.

İlk olaraq konfrans iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BSU-nun rektoru Anar Nağıyev çıxışında inklüzivliyin əsas mahiyyətinin əməkdaşlıq olduğunu xüsusi vurğulayaraq bildirib ki, inklüziv cəmiyyətin formalaşması yalnız tərəfdaşlıq və birgə fəaliyyət əsasında mümkündür, əməkdaşlıq olmadan inklüzivlikdən danışmaq mümkün deyil və bu yanaşma yalnız bərabər imkanların yaradılmasını deyil, eyni zamanda həmin imkanların hər kəs üçün bərabər səviyyədə əlçatanlığının təmin olunmasını özündə birləşdirir.

Rektor qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq dövlət proqramında ali təhsil müəssisələri qarşısında əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin təşkili ilə bağlı mühüm tələblər müəyyən edilib. BSU da ali təhsil müəssisəsi olaraq bu tələblərdən irəli gələrək fəaliyyətini məhz bu istiqamətdə qurub.

Rektor bildirib ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı IV beynəlxalq konfrans artıq mühüm beynəlxalq müzakirə platformasına çevrilib. Onun sözlərinə görə bu təşəbbüs ilk dəfə 2022-ci ilin aprel ayında “Autizm aylığı” çərçivəsində irəli sürülsə də, bu gün geniş şəbəkəni əhatə edən və inklüziv təhsilin inkişafına xidmət edən mühüm bir layihə kimi formalaşıb.

A. Nağıyev vurğulayıb ki, hazırda layihə çərçivəsində ölkə üzrə minə yaxın ümumtəhsil məktəbin müəllimi müxtəlif təlimlərdə, sorğularda, dəyirmi masa və müzakirələrdə iştirak edir. Bu isə ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlıq və şəbəkələşmənin qurulmasına imkan yaradır.

Eyni zamanda rektor diqqətə çatdırıb ki, universitet bu istiqamətdə beynəlxalq əməkdaşlıqlarını da genişləndirərək Avropa universitetləri və məktəbləri ilə birgə fəaliyyətini inkişaf etdirir. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş müvafiq dövlət proqramları inklüziv təhsilin təşkili baxımından ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr müəyyən edir və BSU da bu istiqamətdə üzərinə düşən öhdəlikləri həyata keçirməyə çalışır.

Çıxışda bildirilib ki, layihə çərçivəsində indiyədək 900-ə yaxın tədbir təşkil olunub, 1000-ə yaxın müəllimlə əməkdaşlıq qurulub və Bakının 20-dən çox məktəbi ilə koordinasiya əlaqələri yaradılıb.
MM-in Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov çıxışında qeyd edib ki, dünyanın hansı ölkə olmasından, əhalisinin və ərazisinin böyük və ya kiçikliyindən asılı olmayaraq, həmin ölkəni ön plana çıxaran əsas amil elm və təhsildir. Professor qeyd edib ki, Azərbaycan elm və təhsil sahəsində son illər mühüm uğurlar qazanıb. Çıxışında konfransın mövzusunun aktuallığını xüsusi vurğulayan professor qeyd edib ki, uzun illərdir bu sahədə mövcud problemlərin həlli istiqamətində uğurlu işlər aparılır. Onun sözlərinə görə, artıq dördüncü dəfə təşkil olunan bu konfrans həmin sahədə əldə olunan nailiyyətlərin göstəricisidir.
UNEC-in rektoru Ədalət Muradov çıxış edərək bildirib ki, inklüziv təhsil təkcə bərabərlik və ədalət məsələsi deyil, eyni zamanda təhsil sistemində köklü dəyişiklikləri tələb edən mühüm bir yanaşmadır. Təqdimatı əsasında çıxışını davam etdirən rektor qeyd edib ki, inklüziv yanaşma yalnız hamıya eyni münasibəti deyil, eyni zamanda hər bir fərdin potensialını reallaşdırmaq üçün uyğun şəraitin yaradılmasını nəzərdə tutur. Ə. Muradov çıxışında bildirib ki, inklüziv universitet anlayışı nisbətən yeni konsepsiyadır və BSU-nun gələcəkdə inklüziv universitet statusuna iddia edən ali təhsil müəssisələrindən biri olacağına əminliyini ifad edib.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova inklüziv təhsillə bağlı təşkil olunan proqramların əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, inklüziv təhsil cəmiyyətin inkişafı baxımından xüsusi önəm daşıyır. O qeyd edib ki, inklüziv mühit sağlam və davamlı cəmiyyətin formalaşmasına töhfə verir. H. Hüseynova bu sahədə maarifləndirmə işlərinin aparılmasının xüsusi əhəmiyyət kəsb etdiyini və inklüziv təhsil istiqamətində görülən işlərin gələcəkdə daha böyük nəticələr verəcəyindən əmin olduğunu diqqətə çatdırıb.

MÜTDA-nın direktoru Eşqi Bağırov çıxış edərək inklüziv təhsilə məktəb aspektindən yanaşdığını bildirib. O qeyd edib ki, inklüziv təhsil ümumi təhsil müəssisələrində xüsusi əhəmiyyət daşıyır və bu mövzunun ali təhsil səviyyəsində müzakirə olunması olduqca vacibdir. Onun sözlərinə görə, bu yanaşma gələcək müəllimlərin daha hazırlıqlı olmasına zəmin yaradır. E. Bağırov bildirib ki, Agentlik tərəfindən inklüziv təhsil layihələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür və bu sahədə həyata keçirilən layihələr təhsildə bərabər imkanların yaradılmasına xidmət edir. O, inklüziv təhsilin effektiv tətbiqi üçün peşəkar kadrların hazırlanmasının xüsusi önəm kəsb etdiyini bildirib.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov çıxış edərək konfransın mövzusunun olduqca vacib olduğunu qeyd edib, rəhbərlik etdiyi qurumun xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi sosial xidmətlərdən və həyata keçirilən layihələrdən bəhs edib. V. Behbudov vurğulayıb ki, bu sahədə görülən işlər inklüzivliyin təmin olunmasına və sosial rifahın artırılmasına xidmət edir. Sonda o, ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu mövzuya göstərdiyi xüsusi diqqəti qeyd edib.

BMT-nin Sülh elçisi, Təşkilat Komitəsinin üzvü Serkan Bayram çıxış edərək onun həyatından bəhs edən “Buğda dənəsi” filminin əhəmiyyəti barədə danışaraq film haqqında məlumat verib, ekran əsərinin həyat hekayəsinə əsaslandığını vurğulayıb. Eyni zamanda S. Bayram çıxışında şəxsi həyat yolundan və qarşılaşdığı çətinliklərdən də bəhs edib. Sonda o belə filmlərin cəmiyyətə motivasiya verdiyini və insanlara ümid aşıladığını qeyd edib.

“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov çıxış edərək bildirib ki, konfransda müzakirə olunan mövzu ən vacib məsələlərdən biridir. O vurğulayıb ki, bu sahədə əsas amillərdən biri düzgün maarifləndirmə xarakterli təbliğatın aparılmasıdır.

Qazi Universitetinin Xüsusi təhsil departamentinin müdiri, Təşkilat Komitəsinin üzvü Ciğil Aykut çıxış edərək inklüziv təhsildə iştirak, əlçatanlıq və dəstək anlayışlarının əsas göstəricilər olduğunu bildirib.
O vurğulayıb ki, əlçatanlıq həm fiziki mühitə, həm də öyrənmə mühitinə çıxışı əhatə edir. C. Aykut qeyd edib ki, şagird və tələbələrin təhsil mühitinə aktiv şəkildə qoşulması inklüzivliyin əsas şərtlərindən biridir. Onun sözlərinə görə, bu prosesdə ailə, təhsil alan və məktəb birlikdə fəaliyyət göstərməlidir. Sonda o əlavə edib ki, yalnız qarşılıqlı dəstək və əməkdaşlıq sayəsində inklüziv təhsilin effektivliyi təmin oluna bilər.

Qdansk Universitetinin Sosial Elmlər fakültəsinin dekanı, Təşkilat Komitəsinin üzvü Mixal Xarçiarek çıxışında inklüziv təhsil mövzusunun beynəlxalq səviyyədə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu yanaşmanın hər bir tələbənin təhsilə bərabər şəkildə çıxışını təmin etdiyini qeyd edib. Sonda Mixail Xarçiarek inklüziv təhsilin inkişafı üçün ölkələrarası əməkdaşlığın vacibliyini qeyd edib.

Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb.

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

17/04/2026
Photos from Gəncə Dövlət Universiteti - ÜMUMİ PEDAQOGİKA KAFEDRASI's post 03/04/2026

Kafedranın baş müəllimi Aytən Həsənova Riyaziyyat-informatika müəllimliyi ixtisasının IV kurs tələbələri ilə "İnklüziv təhsil və fərdiləşdirilmiş təlim" fənninin təbliğatını aparmışdır. O, fənn haqqında məlumat vermiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır.

Want your school to be the top-listed School/college in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Address


Gence Dovlet Universitetinin/II Tədris Korpusu. Bayraq Meydanı
Ganja
2000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 09:00 - 17:00