03/12/2017
Əziz tələbələr! Rektorumuza dəstək olaq!
https://m.facebook.com/eduaz/photos/a.131300293608934.26328.128986393840324/1773924976013116/?type=3&source=48
"2017-ci ilin rektoru" sosial tələbə sorğusunun finalçıları müəyyənləşdi. Bu 3 rektor qalib adı uğrunda mübarizə aparacaq. FİNALÇILARI TANIYAQ! Həmçinin səslərinizi verə bilərsiniz.
* İbrahim Cəfərov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru. Bu sorğuda 2 dəfə qalib gələn İbrahim Cəfərov 2017-ci ildə də diqqət mərkəzində oldu. Yeni və gənc kadrları universitetə cəlb etməklə ADAU-nun simasını biraz da dəyişən rektor cənab Prezident İlham Əliyevin də iştirak etdiyi 2-ci tələbə yataqxanasının açılışı ilə də gündəmdə oldu. Hazırda ən əsas məsələlərdən biri olan tələbə yataqxanası bu universitetdə həllini tapıb. Universitetin şəffaflığı hər zaman qorunur.
* Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru. Bu sorğularda daha çox səs toplayan ilk xanım rektor oldu. Gülçöhrə xanım AzMİU-da son illər gördüyü müsbət işlərlə tələbələrin etimadını qazanıb. Universitet tələbələrin problemlərini və qayğılarını diqqət mərkəzində saxlayır. AZMİU-nun yaradılması münasibətilə yubiley tədbirinin keçirildiyi 2017-ci ildə rektor başda olmaqla bir sıra müəllimlər fəxri adlarla təltif olundu.
* Kamal Abdulla - Azərbaycan Dillər Universitetinin rektoru. 2017-ci il əsasən ADU üçün müsbət dəyişikliklərlə dolu bir il oldu. Uzun müddət boş qalan və əvəz edilən rektor postuna tələbələrin uzun illər etimad göstərərək sevdiyi bir şəxs - Kamal müəllim təyin olundu. Kamal Abdulla ADU-nu kökündən dəyişdi. Diplomatik əlaqələr yenidən quruldu, tələbələrin problemləri ön plana çıxarıldı, yay məktəbləri pulsuz oldu, semestr imtahanları şəffaflaşdı, dövlət imtahanları sadələşdirildi. Tələbələrlə rektor arasında əlaqələr ən yüksək səviyyəyə çatdı. Artıq tələbələr Kamal müəllimə problemlərini çox rahat və birbaşa özünə kurator olmadan deyə bilir.
3 namizəddən yalnız biri 7 dekabrda qalib kimi elan olunacaq. Buyurun!
19/01/2017