Gəncə Dövlət Universiteti

Gəncə Dövlət Universiteti Gəncə Dövlət Universitetinin rəsmi facebook səhifəsi. Official page of Ganja State University

10/09/2026
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək Gəncə Dövlət Univer...
09/09/2026

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək Gəncə Dövlət Universitetinə qəbul olunan tələbələrlə görüş keçirilib.

Görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək tələbələri əldə etdikləri uğur münasibətilə təbrik edib və gənclərin gələcəkdə ölkənin elmi, sosial və iqtisadi inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Prorektor Pərvin Kərimzadə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, beynəlxalq əməkdaşlıq layihələrində iştirakı və innovativ təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Gəncə Dövlət Universitetində tələbələrin hərtərəfli inkişafı üçün müasir tədris infrastrukturu, zəngin kitabxana resursları, beynəlxalq mübadilə proqramları, elmi konfranslar və müxtəlif layihələrdə iştirak imkanları yaradılıb.

Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev çıxışında bildirib ki, universitet Elmi Şurasının qərarına əsasən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 və daha çox bal toplayaraq Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan I kurs tələbələrinə 2026/2027-ci tədris ilinin payız semestrində hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Növbəti semestrlərdə tələbənin ÜOMG – si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda təqaüdün verilməsi davam etdiriləcək.

Görüşdə GDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov çıxışlarında universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işi, gənclərin sosial, mədəni və ictimai fəaliyyətlərə cəlb olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriblər. Qeyd olunub ki, Gəncə Dövlət Universitetində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, liderlik bacarıqlarının inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda formalaşması və müxtəlif təşəbbüslərlə çıxış etmələri üçün geniş imkanlar yaradılıb.

Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Gəncə Dövlət Universitetində fakültələr üzrə dərs növbəsi
07/09/2026

Gəncə Dövlət Universitetində fakültələr üzrə dərs növbəsi

Fakültələr üzrə dərs növbələri
05/09/2026

Fakültələr üzrə dərs növbələri

Address

Heydar Aliyev Avenue 429
Ganja
AZ2001

Telephone

+994222667033

Alerts

Be the first to know and let us send you an email when Gəncə Dövlət Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gəncə Dövlət Universiteti:

Shortcuts

Share