Gəncə Şəhər 17 saylı tam orta məktəb

Gəncə Şəhər 17 saylı tam orta məktəb

Share

Gəncə şəhəri 17 saylı tam orta məktəb. Məktəb haqqında məlumatlar,yarışlar və s.işlər haqqında məlumatı bu səhifədən əldə edə bilərsiz!

25/01/2018

DİM tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyən olunmuşdur.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcəkdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.

Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcəkdir.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də keçiriləcəkdir.

19, 27 yanvar tarixlərində rezidenturaya qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi 8 aprel tarixində keçiriləcək.

Peşə liseylərinin şagirdləri (11-ci sinif) üçün buraxılış imtahanı martın 18-də keçiriləcək.

14/11/2017

Sənin uğurun bizim uğurumuzdur. Məktəbimiz adından səni təbrik edir, nəticələrin bol olsun deyirik !

30/05/2017

Kapital Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Nağıllara səyahət” adlı sosial layihə həyata keçirdi. Layihə çərçivəsində Şəki, Lənkəran, Gəncə və Bakıda uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olundu. Mektebimizin şagirdləri də bu layihədə iştirak etdi. (1:04)

Photos 29/04/2017

30 aprel 2017-ci ildə II, lll qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edəcək bütün abituriyentlərə məktəbimiz adından uğurlar arzu edirik.

Photos from Gəncə Şəhər 17 saylı tam orta məktəb's post 22/04/2017

YAP-ın məkətəbimizdə təşkil etdiyi iclasdan görüntülər.

Photos from Gəncə Şəhər 17 saylı tam orta məktəb's post 21/04/2017

Şagirdlərimiz "Olimpiya Hərakatı" proqramı çərçivəsində Kəpəz rayonu üzrə rayondaxili mərhələdə Atletika idman növündə 1-ci yerə layiq görülüblər.

Photos 21/04/2017

Şagirdlərimiz "Olimpiya Hərakatı" proqramı çərçivəsində Kəpəz rayonu üzrə rayondaxili mərhələdə Velosiped idman növündə 3-cü yerə layiq görülüblər.

Photos 21/03/2017

Bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sülh və əmin-amanlıq arzu edirik.
Hörmətlə: Gəncə şəhər 17 saylı tam orta məktəb kollektivi

Photos from Gəncə Şəhər 17 saylı tam orta məktəb's post 16/03/2017

Mektebimizin 3-1 sinfinin Novruz bayramı şənliyindən görüntülər.
Təşkilatçı:Rahiyyə Qurbanova

Photos from Gəncə Şəhər 17 saylı tam orta məktəb's post 10/03/2017

Bu gün məktəbimizdə "Novruz bayramı millidir və milli deyil" mövzusunda debat keçirilmişdir.

Photos from Gəncə Şəhər 17 saylı tam orta məktəb's post 09/03/2017

Əziz Hədiyyə müəllimə sizi 65 yaşınızın tamam olmağı münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı uzun ömür arzulayırıq. Arzu edirik ki, həmişə olduğu kimi bundan sonra da öz təmkininizi və gözəlliyinizi qoruyasınız. Ömrünüz çiçək qədər təravətli günləriniz xoş keçsin.

Hörmətlə:17 N-li tam orta məktəb kollektivi

Photos from Gəncə Şəhər 17 saylı tam orta məktəb's post 01/03/2017

Mektebimizde kecirilen herbi telimden goruntuler

Want your school to be the top-listed School/college in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Gəncə şəhəri, Sadıllı Qəsəbəsi
G***a
1500

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00