Təhsilin Magistratura pilləsinə qəbul olunmuş bakalavrları təbrik edirik!
Qeydiyyatdan keçmək üçün tələb edilən sənədlər:
1. Qəbul olduğunuzu təsdiq edən sənəd (DİM nəticə)
2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti
3. Diplom və diplom əlavəsinin əsli (cari ilin məzunları üçün diplom əvəzi arayış)
4. 3x4 ölçüdə 4 ədəd foto
5. Ödənişi təsdiq edən qəbz
6. Qovluq
Gəncə Dövlət Universiteti Tələbə Şurası Təşkilatı
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gəncə Dövlət Universiteti Tələbə Şurası Təşkilatı, College & University, gence dovlet universiteti, Ganja.
ELAN
Gəncə Dövlət Universiteti xarici ölkə vətəndaşları (əcnəbilər) üçün heç bir imtahan vermədən, yalnız attestatla təhsilin bakalavriat, bundan əlavə müvafiq ali təhsili təsdiq edən diplomla magistratura və doktorantura səviyyələri üzrə tələbə qəbulu elan edir. Təhsil haqqı bakalavriat səviyyəsi üçün 1000 azn, magistratura və doktorantura səviyyələri üzrə isə 1500 azn təşkil edir.
Bakalavriat səviyyəsində təhsil almaq üçün universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• təhsil müəssisəsi rəhbərinin adına ərizə;
• elektron ərizə forması;
• təhsil haqqında ATTESTATın notarius tərəfindən təsdiq olunmuş surəti;
• ümumi sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayışlar;
• təmsil etdiyi ölkənin ümmumvətəndaşlıq pasportu;
• tərcümeyi-hal (CV);
• 3×4 ölçüdə 8 ədəd fotoşəkil.
Qeyd: Təhsilin magistratura və doktorantura səviyyələrinə daxil olmaq istəyən şəxslər əlavə olaraq ali təhsili təsdiq edən diplomu və diploma əlavəni təqdim etməlidir.
Müraciət vaxtı:
2017/2018-ci tədris ili üçün sənədlər 01 sentyabr -15 sentyabr 2017-ci tarixlərində qəbul edilir. Potensial ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan sənədləri aşağıda qeyd olunan e-mailə göndərməlidir.
Məsul şəxs: Ruslan Məmmədov-Beynəlxalq əlaqələr şöbəsinin müdiri
E-mail: [email protected]
Əlaqə telefonu: (+99422)256-73-13; Mob.: (+99455) 222-05-12
Sənədlərin icra vəziyyəti:
Qəbul olunmuş ərizəçi 3 (üç) iş günü ərzində rəsmi qaydada e-mail vasitəsi ilə xəbərdar olunacaq.
* Qəbul haqqında ərizəçiyə xəbərdarlıq edildikdən sonra sənədlərin əsli Gəncə Dövlət Universitetinə ərizəçi tərəfindən təqdim olunmalıdır.
Hörmətlə,
RƏHBƏRLİK!
QƏBUL ELAN EDİLİR
Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti
2017/2018-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada yenidənhazırlanma (ixtisasdəyişmə) təhsili almaq üçün qəbul elan edir
1.Təhsildə sosial-psixoloji xidmət
2.İnformatika müəllimliyi
3.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
4.Riyaziyyat müəllimliyi
5.Fizika müəllimliyi
6.Xarici dil müəllimliyi (İngilis dili)
7.Məktəbəqədər təlim və tərbiyə
8.İbtidai sinif müəllimliyi
9.Kimya müəllimliyi
10.Biologiya müəllimliyi
11.Tarix müəllimliyi
12.Coğrafiya müəllimliyi
Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.
Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– rektorun adına ərizə;
– ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
– 3×4 ölçüdə 2 ədəd rəngli fotoşəki;.
– sağlamlıq haqqında arayış;
– şəxsiyyət vəsiqəsinin surəti;
– Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.
Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə əsasında təhsil haqqı ödənilməklə yenidənhazırlanma təhsilinə qəbul edilirlər.
Qeyd: Sənədlər 01 iyul 2017-ci il tarixdən (istirahət günlərindən başqa) avqust ayının 31-nə qədər saat 10:00-dan 17:00-dək GDU-nun V tədris binasında (otaq 25 ) qəbul edilir.
ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57
Gəncə Dövlət Universiteti, V tədris binası
Telefon: (022) 264 – 24 -44
(055)296-66-86
Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti
2017/2018-ci
tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir:
Əyani təhsil forması üzrə: Gəncə Dövlət Universitetində fəaliyyət göstərən bütün ixtisaslara
Qiyabi təhsil forması üzrə:
1.Iqtisadiyyat
2.Mühasibat uçotu və audit
3.Tarix
4.Sosial iş
5.Bədən tərbiyəsi və idman
Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– rektorun adına ərizə;
– ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
– əmək kitabçasının surəti;
– 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
– şəxsiyyət vəsiqəsinin surəti;
– sağlamlıq haqqında arayış.
Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.
Təhsil – əyani təhsil formasında Azərbaycan və rus, qiyabi təhsil formasında isə Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
QEYD: Sənədlər 2017-ci il iyul ayının 1-dən avqustun 31-dək (istirahət günlərindən başqa) saat 10.00-dan 17.30-dək GDU-nun V tədris binasında Əlavə təhsil fakültəsinin dekanlığında qəbul edilir.
ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57
Gəncə Dövlət Universiteti, V tədris binası
Telefon: (022) 264 – 24 -44
(055) 296 – 66-86
GDU-da müəyyən ixtisaslar üzrə müsabiqə şərti 150 bal müəyyən edilib!!!
Gəncə Dövlət Universitetinin "Texnologiya müəllimliyi", "Sosial iş", ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlərin buraxılması nəzərdə tutulub.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.
Qeyd olunub ki, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.
İxtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.
Novruz Party 2016! 17.03.2016 15:00 Məkan : Kəşfiyyat restoranı Giriş :10 manat Maraqlananlar inbox`a yaza bilərlər.
26/02/2016
25 fevral 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında Xocalı soyqırımının 24 illiyinə həsr edilmiş “Xocalı soyqrımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru professor Yusif Yusibov açaraq Xocalı qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Bundan sonra bildirdi ki, Xocalı erməni faşizmi üçün Qarabağ ərazisində ən strategiyalı yer olub. Aeroport da Xocalıda yerləşirdi. Ona görə də Xocalının işğalını namərdcəsinə həyata keçirib, 2500 soydaşımızın taleyini insanlıq cəlladları səviyyəsində həll etdilər.
Biz hamımız bu tarixi gözəl bilirik. Ona görə də erməni quldurlarının özlərinin ağlasığmaz vəhşilikləri haqqında etdikləri etirafı nəzərinizə çatdırmaqla kifayətlənirəm.
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.
Yazıçılıq, şairlik dünyada humanistlik carçısı kimi bilinir. Yazıçı-şair adını daşıyan bir insan özü törətdikləri vəhşiliklər haqqında bu cür etiraf edirsə, onların mənsub olduqları xalq haqqında istər-istəməz təsəvvür yaranır. Biz isə bir xalq olaraq bu tarixi hadisələri heç vaxt unutmamalı, yaddaşlarımıza hopdurub gələcək nəsillərə ötürməliyik.
Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Xocalı soyqrımı:-Tarixi arayış” adlı məruzəsində tarixin müxtəlif kəsimlərində torpaqlarımızda məskunlaşan, sonra bu torpaqları özününküləşdirməyə çalışan, bu məqsəd uğrunda hər cür hiyləgərliyə əl atan ermənilərin məkrli siyasətindən, Dağlıq Qarabağda baş verən proseslər haqqında real faktlara əsaslanan geniş məlumat verdi. Xocalı soyqırımının məqsədi, təşkili, quldurcasına həyata keçirilməsi məsələsi də diqqəti cəlb etdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Aytac Qurbanovanın “Dünya hələ də susur” adlı məruzəsi dünya dövlətlərinə və xalqlarına əsaslı çağırış kimi maraq doğurdu.
Konfransın sonunda universitet Tələbə Şurasının sədri Əfsanə Mövlayevanın rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya olduqca təsirli idi. Əfsanə Mövlayevanın özünün yazdığı “İndi necə dözüm həsrətinə Xocalı” şeiri, Riyaziyyat-informatika fakültəsinin tələbələrindən Emil Salmanovun və Elməddin Həsənlinin çaldıqları gitaranın müşayiəti ilə ifa etdikləri “Əsgər Vətən əmanəti” mahnısı, tələbə Aytac Qurbanovanın və Aytac Səlimovanın hazırladıqları video-çarx, onların senariləri əsasında ayrı-ayrı fakültə tələbələrinin iştirakı ilə Xocalı faciələrini əks etdirən səhnələr gəncliyin bu faciə haqqında düşüncələrini, duyğularını, nifrət və qəzəblərini sanki dünyaya çatdırmağın bir nümunəsi idi
17/12/2015
11 dekabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Şurasının təşkilatçılığı ilə Xarici dillər fakültəsində dahi rəhbər Heydər Əliyevin anım tədbiri keçirilmişdir. Aparıcı Aytac Səlimova Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edərək şeirlə öz fikirlərini yekunlaşdırdı. Dosent Allahverdi Həmidov, dekan müavini Məleykə Aslanova, I kurs tələbəsi Əşrəf Hacızadə, II kurs tələbəsi Əfsanə Əmirova öz çıxışlarında şanlı həyat yolu keçmiş dünya şöhrətli siyasətçi rəhbərimizdən daim qürur duyduqlarını, belə bir şəxsiyyətin müasiri olduqlarını iftixarla dilə gətirdilər.
Sonra Ulu Heydər Əliyevin həyat yollarını əks erdirən video-çarx nümayiş eydirildi.
Tələbə Şurasının sədri Əfsanə Mövlayeva belə tədbirlərin təşkilndə tələbələrə, tələbə təşkilatlarına yardımçı olan universitet rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
04/12/2015
Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi “Silahlı Qüvvələr Günü” münasibətilə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə olub. Görüşdə Universitetin humanitar məsələlər üzrə prorektoru Asif Cavodov hərbi hissənin komandanlığına və əsgərlərə öz ürək sözlərini demiş və onları bu bayram münasibəti ilə təbrik etmişdir. Bildirmişdir ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunmuşdur. İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə “Silahlı Qüvvələr Günü” təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən həmin fərman qüvvədən düşmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdi
Artıq 17-ci ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilən həmin günün müəllifi müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevdir. Məlumdur ki, 1918-ci ildə-Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusu 26 iyunda yaradılmışdır. Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla bu tarixi gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.
Ulu öndərin hakimiyyətə gəlişindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edilməklə döyüş ruhunun yüksəldilməsinə, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, hərbi vətənpərvərlik işinə diqqət artırıldı, ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, nəhayət silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Hal-hazırda düşmənə lazımi cavab verəcək, Dağlıq Qarabağımızı azad edəcəık qüvvəyə, hərbi-texniki bazaya malik qüdrətli ordumuz var. Məhz Gəncə Dövlət Universitetinin çoxminli kollektivi də ordumuzun bu günki gücü və qüdrətilə fəxr edir. Ona görə də kollektivin təbrikini gətirmiş tələbələrimiz belə bir sevimli gündə əsgərlərimizlə birgə şənlənməyi özlərinə borc bilmişlər.
Kiçik konsert proqramı Universitetin Tələbə Şurasının sədri Əfsanə Mövlayevanın “Vətən sevgisi” şeiri ilə başladı. Sərxan Məmmədovun və Sərxan Qasımovun ifa etdiyi mahnılar, Ruslan Xudaverdiyevin sazda çaldığı havalar, Eşqin Ocaqverdiyevin qarmonda səsləndirdiyi oynaq musiqi nömrələri tamaşaçıların rəğbətini qazandı. Əsgərlər də tələbələrə qoşulub ifa etdikləri mahnıları və rəqsləri ilə bayram əhval-ruhiyyəsini daha da artırdı.
Görüşün sonunda hərbi hissənin komandanlığı tələbələrin sevincini alqışlayaraq, onlara bayramı əsgərlərlə birgə keçirmələrindən hədsiz razı qaldığını və Universitetin rəhbərliyinə öz təşəkkürünü bildirdi
04/12/2015
30 iyun 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Şurası Təşkilatının sədri Əfasanə Mövlayevanın təşkilatçılığı ilə “Vətəni gəzirik” devizi altında Mingəçevir, İsmayıllı, Qəbələ marşrutu ilə gəzinti təşkil edilmişdir. Tələbələr Mingəçevir su anbarında olmuş, İsmayıllı və Qəbələnin füsunkar gözəlliklərinə tamaşa etmiş, bu günkü inkişafı ilə yaxından tanış olmuşlar. Həm təbiətin yaratdığı gözəlliklər, həm də son illər ölkə Prezidentinin qayğısı nəticəsində insanların yaratdıqları gözəlliklər onları heyran etmiş, doğma Vətənin füsunkarlığı qəlblərində qürur hissi yaratmışdır.
04/12/2015
21 sentyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin iclas zalında Tələbə Şurası Təşkilatının təşəbbüsü ilə “Beynəlxalq Sülh günü” münasibəti ilə tədbir keçirilmişdir.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov tədbirdə iştirak edən müəllim və tələbələri “Beynəlxalq Sülh günü” münasibətilə təbrik edib məlumat verdi ki, 21 sentyabr Beynəlxalq Sülh günü 1981-ci ildə BMT tərəfindən təsis edilmişdir. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan etmişdir.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.
Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını alaraq, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu.
Prorektor Asif Cavadovun giriş sözündən sonra tələbələrdən Aytac Səlimova yazdığı “Nankor insan”, Aysel Qələndərova “İnsan haqqları”, Nərminə Quliyeva “Sülh nəğməsi” adlı şerlərlə, Əşrəf Hacızadə və Əfsanə Mövlayeva isə ürək sözləri ilə çıxış etdilər.
04/12/2015
2 oktyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Şurasının təşəbbüsü və dekanlığın dəstəyi ilə Xarici dillər fakültəsində Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirildi. Müəllim və tələbələrin iştirakı ilə keçirilən bu tədbir tələbə Aytac Səlimovanın müəllimlərə həsr edilmiş şeiri ilə başlayıb dekan Əjdər Əsgərov tərəfindən davam etdirildi. O. Müəllim gününün yaranma tarixinə qısa bir nəzər salıb, müəllim adının nə dərəcədə şərəfli, xalqımızın gələcəyini müəyyənləşdirən bir peşə olduğunu xüsusilə vurğulayıb dekanlıq adından təbrik sözlərini səsləndirdi.
Bundan sonra tədbirin ədəbi-bədii hissəsi başlandı. Fakültənin tələbəsi Qurban Seyidlinin gitarada səsləndirdiyi “Payız gəldi” mahnısı alqışla qarşılandı. Tələbə Şurasının sədri Əfsanə Mövlayeva rəhbərlik etdiyi Tələbə Şurasının adından fakültənin müəllimlərini bayram münasibəti ilə təbrik edib qiraətlə “Müəllim” şeirini söylədi.
Sonda fakültənin əməkdaşlarından, qazanılan uğurlardan bəhs edilən vidio-slayd izlənildi.
04/12/2015
05 oktyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında Beynəlxaq Müəllimlər günü təntənəli şəkildə qeyd olundu. İlk öncə Dövlət himni ilə başlayan tədbiri universitetin rektoru professor Yusif Yusibov giriş sözü ilə açaraq Müəllim gününün tarixinə qısa bir nəzər saldı, bu günün bütün dünyada qeyd edildiyini xüsusilə vurğuladı. Universitet əməkdaşlarının da belə bir əlamətdar günü böyük iftiuxarla qeyd etməyə haqlarıı var. Professor Yusif müəllim rəhbərlik adından bütün əməkdaşları təbrik edib, onlara möhkəm can sağlığı və işlərində yeni-yeni uğurlar arzuladı.
Bundan sonra rektor dövlıtimizin, xüsusən hörmətli Prezidentimiz İlham Əliyev cənablarının, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müəllimlərə göstərdiyi misilsiz qayğıdan, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün dünya standartlarına uyğun maddi-texniki bazanın yaradılmasından bəhs edib, Universitetimizin də bu inkişafdan kifayət qədər bəhrələndiyini nəzərə çatdırdı. Pedaqoji kollektiv yaradılan şəraitdən maksimum istifadə edərək bacarıqlı, savadlı mütəxəssislərin hazırlanmasında, tədrisin yüksəldilməsində, elmi sahədə nailiyyətlərin qazanılmasında yaxından iştirak etmişdir. Məhz buna görə rektorluq əməkdaşların zəhmətini qiymətləndirmiş, onların bir qrupu təşəkkürnaməyə, fəxri fərmana, bir qrupu isə Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul mükafatına layiq görülmüşdür.
Bəddi hissədə maraqlı musiqi nömrələri, kiçik tamaşalar tədbiri daha da canlandırdı. Pedaqoji fakültənin tələbəsi Əfsanə Mövlayevanın qiraətlə oxuduğu “Müəllim” şeiri,Sərxan Məmmədovun ifasında səslənən “Məmləkətim”, “Dilkeş”, “Payız”, Yusif Məmmədovun “Sənə də qalmaz”, “Ulu Öndər” mahnısı, “ Şahinlər” qrupunun parodiyası, “Gəncəm” vokal qrupunun çıxışı alqışlarla qaşılandı.
Tədbirin sonunda professor Yusif Yusibov bədii hissənin hazırlanmasında xüsusi zəhməti olan Tələbə Şurası Təşkilatının sədi Əfsanə Mövlayeva və Musiqi fənnləri kafedrasının baş müəllimi Nüşabə Seyfullayevə, həmçinin iştirakçı tələbələrə öz təşşəkkürünü bildirdi.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Gence Dovlet Universiteti
Ganja