21/07/2020
Azərbaycan Texnologiya Universiteti UTECA
Azərbaycan Turizm ve Menecment Universiteti
UNEC-in Zaqatala filialı
Hospitality Insights
Azərbaycan Dövlət İqtisad Universiteti
Hər birinizi təlimlərə qoşulmağa dəvət edirik
Ətraflı məlumat üçün:⬇️
Əziz Gənclər,
Hərkəsi Salamlayırıq!
Bildiyiniz kimi “ReStart” adlı təlimə start vermişdik və bu gün sevinərək hazırlıqlarımızın bitdiyini Sizə xəbər verməkdən qürur hissi duyuruq.
Təlim Hospitality Insights, Azərbaycan Turizm ve Menecment Universiteti, UNEC-in Zaqatala filialı, Azərbaycan Texnologiya Universiteti UTECA-nın əməkdaşlığı çərçivəsində ərsəyə gəlmişdir, və bu əməkdaşlığımıza İqtisad Universiteti və UNEC / Karyera Mərkəzi -nin qatılması bizə ayrıca sevinc hissi verir.
Planlaşdırılmış toplam 10 təlimdən ibarət proqramımızın ilk təlimi “ Effektiv Ünsiyyət Bacarıqları “ peşəkar qonaqlarımız və təlimçilərimiz olan Absheron Hotel Group-un Gəlirlər və Biznesin İnkişafı üzrə Direktor vəzifəsində çalışan Dadashova-Ganiyeva Bahar və Azerbaijan Tourism Board İnsan Resursları Meneceri vəzifəsində çalışan Ulviyya Gasimzada tərəfindən aparılacaq.
Ünsiyyət hər bir işin əsası olduğundan ilk öncəlik bu təlimə verilmişdir. Bütün başqa bacarıqlara gedən yolun timsalı olaraq bu bacarıqlar ən gözəl şəkildə mənimsənilməlidir.
Təlimin tam detallarını posterdən izləyə bilərsiz. Xatırladım ki, "ReStart" təlimimiz tam ödənişsizdir və iştirakçılara sertifikat veriləcək. Bütün təlimlərimiz Zoom proqram təminatı üzərindən keçiriləcək dolaysıyla qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiz. Formu dolduranlara Zoom link göndəriləcəkdir.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfvaurcT0CO-WtWU3hcxuQx62gOguMUGyuAq6wQts_kYEV9IA/viewform?usp=sf_link
Dəstək olmaq üçün paylaşmağınız yetər.
Bu təlimin ilk giriş vebinarına baxmaq, ilkin bilikləri əldə etmək üçün aşağıdakı linkə tıklaya bilərsiniz.
https://www.youtube.com/watch?v=geF-E1_tR9U
Görüşmək üzərə
Senan Nesibbeyli