Gəncə şəhər 46 nömrəli ümumi orta məktəb

Gəncə şəhər 46 nömrəli ümumi orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gəncə şəhər 46 nömrəli ümumi orta məktəb, Middle School, Ganja.

🌿🏆 TƏBİƏT MONİTORİNQİNDƏ FƏXRİ NƏTİCƏLƏR! 🏆🌿🎓 2025–2026-cı tədris ilində Gəncə şəhər 46 nömrəli ümumi orta məktəbin şagi...
14/09/2026

🌿🏆 TƏBİƏT MONİTORİNQİNDƏ FƏXRİ NƏTİCƏLƏR! 🏆🌿
🎓 2025–2026-cı tədris ilində Gəncə şəhər 46 nömrəli ümumi orta məktəbin şagirdləri Təbiət fənni üzrə Təbiət Monitorinqində yüksək nəticələr göstəriblər.
👏 Şagirdlərimizi əldə etdikləri uğurlara görə ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında daha böyük nailiyyətlər arzulayırıq!
🥇 Musayeva Yağmur — 728,8 bal
🥇 Çobanova Mədinə — 715,8 bal
🥈 Muradlı Emil — 654,9 bal
🥉 Əmiraslanova Selcan — 627,4 bal
🌱 Bilik, zəhmət və əzmkarlıq uğurun əsas açarıdır!
💚 Şagirdlərimizlə fəxr edirik!
Gələcək uğurlarınız bol olsun! 🌟

📌 MƏKTƏBİMİZDƏ PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLMİŞDİRYeni dərs ilinin başlanması ilə əlaqədar məktəbimizin pedaqoji şurasını...
11/09/2026

📌 MƏKTƏBİMİZDƏ PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLMİŞDİR
Yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbimizin pedaqoji şurasının iclası keçirilmişdir.
İclasda yeni dərs ilində qarşıda duran əsas vəzifələr, təlim-tərbiyə prosesinin səmərəli təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər geniş müzakirə edilmişdir.
Pedaqoji Şura iclasında gündəliyə uyğun olaraq bir sıra mühüm məsələlər nəzərdən keçirilmişdir.
🔹 Gündəliyin ilk məsələsi yeni dərs ilinin başlanması və məktəbin illik iş planının müzakirəsi və təsdiqi olmuşdur. Məsələ ilə bağlı məktəbin direktoru S. Verdiyeva çıxış edərək yeni tədris ilində qarşıda duran vəzifələr, təlim prosesinin düzgün və məqsədyönlü təşkili, müəllimlərin fəaliyyətinin əlaqələndirilməsi və məktəbin prioritet istiqamətləri barədə ətraflı məlumat vermişdir.
🔹 Növbəti məsələ ilə bağlı məktəbin direktor müavini X. Məmmədov çıxış edərək müvafiq məsələnin təşkili və həyata keçirilməsi ilə bağlı görüləcək işlər barədə məlumat vermişdir. Məsələ ətrafında geniş fikir mübadiləsi aparılmış, pedaqoji kollektivin təklif və rəyləri dinlənilmişdir.
İclas zamanı, həmçinin şagirdlərin keyfiyyətli təhsillə təmin olunması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, müəllimlərin peşəkar fəaliyyətinin daha da təkmilləşdirilməsi, təlim-tərbiyə işinin səmərəli təşkili, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi kimi mühüm məsələlər diqqət mərkəzində olmuşdur.
Müzakirələrin sonunda gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmiş və yeni dərs ilində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi istiqamətində pedaqoji kollektiv qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir.
Yeni tədris ilinin məktəb kollektivimiz üçün uğurlu, məhsuldar və yaddaqalan olmasını arzulayırıq! 📚🌟

11.09.2026Yay məktəbinin 9-cu günü
11/09/2026

11.09.2026
Yay məktəbinin 9-cu günü

11.09.2026. Yay mektebi
11/09/2026

11.09.2026. Yay mektebi

10.09.2026Yay məktəbi davam edir.
10/09/2026

10.09.2026
Yay məktəbi davam edir.

10.09.2026
10/09/2026

10.09.2026

09/09/2026
09/09/2026

PISA 2025 nəticələri açıqlanıb: Azərbaycan ən yüksək irəliləyiş göstərən 2-ci ölkədir.

✅ PISA 2025 nəticələrinə əsasən bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib.

✅ Azərbaycan hər üç istiqamət üzrə dünyada ən böyük irəliləyiş əldə edən ölkələr sırasında yer alıb:

➡️ riyaziyyat üzrə 63, təbiət elmləri üzrə 60, oxu üzrə 40 bal.

🇦🇿 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib.

ℹ️ Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.

09/09/2026

Dövlət məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır.

10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Address

G***a

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhər 46 nömrəli ümumi orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category