🧠Beyin Parkuru yarışmasından incilər. Zəka meydanında Qiyabilər və əyanilər.
GDU Qiyabi Şöbə
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GDU Qiyabi Şöbə, Education Website, Ganja.
29/06/2025
Bu gün Gəncə Dövlət Universitetinin Qiyabi Şöbəsinin tələbələri Azərbaycanın füsunkar bölgələrindən biri olan Gədəbəyi kəşf etmək üçün unudulmaz bir tur həyata keçirdi. Tarixi abidələri, təbiət gözəllikləri və milli dəyərləri ilə seçilən bu möhtəşəm diyar tələbələrin yaddaşında gözəl xatirələrlə iz buraxdı.
Belə bir dəyərli və mənalı tədbirin baş tutmasında xüsusi təşəkkürümüz Qiyabi Şöbənin rəhbəri, daim tələbələrin inkişafını və rifahını düşünən Elsevər Nağıyevədir. Eyni zamanda, bu turun ərsəyə gəlməsi üçün əzm və təşəbbüs göstərən, tələbələri bir araya toplayaraq bu gözəl səfəri gerçəkləşdirən Qiyabi Şöbənin TGT Sədri və SMS rəhbəri Eldəniz Məmmədova minnətdarlığımızı bildiririk.
Aktiv iştirakları və əsl tələbə ruhu ilə bu günü daha da rəngarəng edən bütün tələbələrə sonsuz təşəkkür edirik. Bu kimi faydalı və gözəl gün gələcək layihələrə və daha möhtəşəm işlərə ilham olsun!
24/06/2025
🖊️İntellekt Arenası: Beyin Parkuru 2025
Gəncə Dövlət Universitetində “Beyin Parkuru” adlı intellektual yarış uğurla keçirildi!
23 iyun 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsi və Qiyabi şöbənin birgə təşkilatçılığı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr arasında “Beyin Parkuru” adlı intellektual bilik və məntiq yarışı keçirildi.
Tədbirin təşəbbüskarı və təşkilatçıları Tarix-Coğrafiya fakültəsinin tələbəsi Elnur İsmayılov və Qiyabi şöbənin tələbəsi Eldəniz Məmmədov olmuşdur. Onların bu dəyərli təşəbbüsü tələbələr arasında hüquqi biliklərin artırılması, düşüncə çevikliyinin inkişafı və sağlam rəqabət mühitinin yaradılması baxımından olduqca önəmli bir addım kimi dəyərləndirildi.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı.
Tədbirdə rəsmi qonaqlar — Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı, dosent Pərvin Kərimzadə, Tarix-Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, Qiyabi şöbənin dekanı Elsəvər Nağıyev çıxış edərək, bu cür tədbirlərin gənclər üçün əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzuladılar.
Yarışın aparıcısı, universitetin bacarıqlı və fəal tələbəsi Gültəkin Əhmədova tədbiri yüksək peşəkarlıqla idarə edərək proqramın dinamik və səlis şəkildə davam etməsini təmin etdi. Onun səmimi təqdimatı və tədbirə qatdığı pozitiv aura iştirakçı və qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı.
Yarış zamanı “Bilik Cəngavərləri”, “Suveren Beyinlər” və “Qələbə Strategiyaları” adlı komandalar müxtəlif mərhələlərdə bilik və məntiq bacarıqlarını nümayiş etdirdi. Qaydalar barədə məlumat yarışın mentorları Elnur İsmayılov və Eldəniz Məmmədov tərəfindən təqdim olundu.
İştirakçılar hər mərhələdən keçdikcə müvafiq ballar qazandılar və onların davranışları, komanda işində iştirakı, məntiqi düşüncə və hüquqi bilik göstəriciləri əsasında münsiflər heyəti tərəfindən qiymətləndirildilər. Münsiflər heyəti rəsmi qonaqlardan ibarət olmaqla yarışa obyektiv və ədalətli yanaşma sərgilədi.
Yekunda qalib komanda elan edilərək simvolik kubok və sertifikatlarla təltif olundu. Digər iştirakçı komandalar da fəal iştiraklarına görə təşəkkürnamə və sertifikatla mükafatlandırıldılar.
Sonda tədbirin təşkilində əməyi olan hər kəsə — hörmətli rəsmi qonaqlara, təşəbbüskar tələbələrə, yarış mentorlarına, yarışın peşəkar aparıcısı Gültəkin Əhmədovaya, münsiflər heyətinə və bütün iştirakçılara xüsusi təşəkkür ifadə olundu. Bildirildi ki, bu cür tədbirlər gənclərimizin intellektual inkişafına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə və konstitusiya dəyərlərinin gənc nəsil arasında təbliğinə mühüm töhfə verir.
Növbəti belə maarifləndirici layihələrdə yenidən görüşmək ümidilə — hər birinizə təşəkkür edirik və uğurlar arzulayırıq!
22/06/2025
📌 MƏLUMAT
Gəncə Dövlət Universiteti
Tarix-Coğrafiya fakültəsi və Qiyabi şöbənin
birgə təşkilatçılığı ilə
🎓 "Beyin Parkuru" adlı intellektual yarış keçiriləcəkdir.
📅 Tarix: 23 iyun 2025
🕛 Saat: 14:00
📍 Yer: Gəncə Dövlət Universiteti, 5-ci tədris binası – Nuru Paşa adına kitabxana
🔖 Tədbir 2025-ci il Konstitusiya və Suverenlik İlinə həsr olunur.
💡 Parkurda iştirak edəcək komandalar:
🔸 Bilik cəngavərləri
🔸 Suveren beyinlər
🔸 Qələbə strategiyaları
🧠 Yarış tələbələr arasında hüquqi bilik və məntiqi düşüncə qabiliyyətini inkişaf etdirmək, eləcə də komanda ilə işləmə bacarığını gücləndirmək məqsədi daşıyır.
16/06/2025
"Parlaq Gələcək və Unudulmaz Gənclik" Seminarı — Gənclər üçün İlham Dolu Bir Gün!
Gəncə Dövlət Universitetinin Qiyabi Şöbəsində 13.06 tarixində tələbə gənclərin iştirakı ilə "Parlaq Gələcək və Unudulmaz Gənclik" adlı möhtəşəm və qeyri formal seminar təşkil olunmuşdur. Seminarın əsas məqsədi gənclərin tələbəlik illərini daha səmərəli, mənalı və faydalı keçirməsi, şəxsi inkişaf yolunda uğurlu addımlar atması və həyat yolunu düzgün müəyyən etməsinə dəstək olmaq idi.
Seminar zamanı gənclik dövrünün imkan və məsuliyyətlərindən, məqsədli həyat tərzinin önəmindən danışıldı. Tələbələrə motivasiya dolu çıxışlar təqdim olundu, qarşılıqlı fikir mübadiləsi aparıldı və öz təcrübələrini bölüşən gənclər, uğura gedən yolda qarşılaşdıqları çətinliklər və qazandıqları təcrübələr haqqında danışdılar. Tədbir dostluq və pozitiv enerji şəraitində, olduqca maraqlı və yaddaqalan keçdi.
Belə faydalı və maraqlı seminarın həyata keçirilməsində dəstəyini əsirgəməyən Qiyabi Şöbə rəhbərliyinə, eyni zamanda bu tədbirdə öz peşəkar təcrübəsini gənc tələbələrimizlə bölüşən təlimçi Hümbətov İlqara dərin təşəkkürümüzü bildiririk. Təşəbbüsün ideya müəllifi, təşkilatçısı və uğurla həyata keçirilməsində əsas rolu olan Qiyabi Şöbənin Tələbə Gənclər Təşkilatının (TGT) sədri və SMM rəhbəri Eldəniz Məmmədovdur.
Bu kimi tədbirlərin gənclərimizin həyatına müsbət təsir göstərməsi və onların gələcək uğurlarına stimul verməsi ən böyük arzumuzdur!
30/03/2025
Gəncə Dövlət Universitetinin Qiyabi Şöbəsi olaraq bütün müsəlman dünyasını Fitr bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Bayramın hər birinizə uğur, səadət və ruhi təravət gətirməsini diləyirik. Hər birimizə birlik və dostluq, həmçinin elm və maarif sahəsində yeni uğurlar arzulayırıq.
Bayramınız mübarək!
🥀 26-Fevral Xocalı soyqırımından 33 il ötür
33 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla ötən əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı soyqırımı törədilib.
1 gecədə 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımının 33-cü ildönümündə bu dəhşətli cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.
Su çərşənbəniz mübarək
19/01/2025
20 Yanvar – Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin, xalqın azadlıq və hüquqlarını qorumaq üçün göstərdiyi qəhrəmanlığın simvoludur. Bu gün, 20 Yanvar hadisəsinin 35-ci ildönümündə, biz bir daha böyük şücaət və xalqımızın öz haqqını tələb etməkdəki qətiyyətini yad edirik. Həmin gün, hər bir azərbaycanlının ürəyində iz qoyan faciə, eyni zamanda milli iradənin sarsılmaz olduğunu göstərən bir tarixə çevrildi.
Gəncə Dövlət Universitetinin Qiyabi Şöbəsi olaraq, bu mühüm gündə biz gənc nəslin milli mənəvi dəyərlərə, vətənə sevgi və vəfa ruhunda tərbiyə olunmasının vacibliyini bir daha vurğulayırıq. Təhsil almaq, yalnız biliyin artırılması deyil, həm də ölkənin gələcəyinə xidmət etmək deməkdir. Bizim gənclərimizə təhsil vermək, onları yalnız elmi mütəxəssis deyil, həm də vətəninə bağlı, tarixini və mədəniyyətini qoruya bilən vətəndaşlar kimi yetişdirmək ən böyük məqsədimizdir.
20 Yanvar, bizə yalnız bir faciə deyil, həm də gələcəyə doğru addımlayarkən güc və iradə qazandıran bir dərsdir. Hər bir azərbaycanlı gənc bu günün mənasını dərk edərək, həm öz şəxsiyyətini inkişaf etdirər, həm də Vətəninə xidmət etməyi həyatının ən yüksək məqsədi olaraq müəyyən edər.
Bugün 20 Yanvarı qeyd edərək, biz yalnız keçmişi yad etmirik, eyni zamanda gələcəyə doğru daha qətiyyətli addımlarla irəliləyirik. Bu yol, təhsil, milli mənəvi dəyərlər və vətən sevgisi ilə aydınlanacaq. Biz, Gəncə Dövlət Universitetinin Qiyabi Şöbəsi olaraq, bu mənəvi yükü daşıyaraq, Azərbaycanın gələcəyini daha parlaq etmək üçün hər zaman əlimizdən gələni edəcəyik.
2025-ci il Konstitusiya və Suverenlik İli ilə bağlı maarifləndirmə tədbiri. 📍
17/01/2025
Gəncə Dövlət Universitetinin II tədris binasında müxtəlif ixtisaslar üzrə imtahan prosesi keçirilir. Digər imtahanlardan fərqli olaraq, bu imtahanlarda tələbələrin valideynləri də dəvət olunmuş və onlar üçün praktiki baxış və müşahidə şəraiti yaradılmışdır. Bu tədbirin əsas məqsədi imtahan prosesində tam şəffaflığın təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ədalətli qiymətləndirmə mühitinin yaradılmasıdır.
İmtahanların keçirilməsi zamanı universitetin rəhbərliyi də aktiv iştirak etmişdir. Universitetin prorektorları Xurşudov Şahin, Pərvin Kərimzadə və Fətəliyeva Gülsüm, habelə Gəncə şəhər İcra Hakimiyyəti müavini də bu prosesin müşahidəçiləri kimi iştirak etmişlər. Onlar, imtahanın düzgün və şəffaf keçirilməsini təmin etmək məqsədilə bütün zəruri tədbirləri görmüşlər.
Tələbələrdən imtahanlarla bağlı hər hansı bir çətinlik, çatışmazlıq, irad və təkliflər toplanmış, bu təkliflərin qiymətləndirilməsi üçün müvafiq rəylər alınmışdır. Əgər imtahanlarda hər hansı mənfi və ya qanunsuz hallar aşkar edilərsə, dərhal müvafiq tədbirlər görüləcək və bu barədə lazımi rəsmi məqamlar təmin ediləcəkdir.
Bu cür təşəbbüslər tələbələrin təhsil prosesində daha sağlam və şəffaf bir mühitin yaradılması üçün mühüm əhəmiyyət daşıyır. Gəncə Dövlət Universiteti bu cür addımlarla, yalnız təhsil keyfiyyətini deyil, həm də tələbələrin hüquqlarını qorumağı qarşısına məqsəd qoymuşdur.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Ganja
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |