27/12/2022
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin VI çağırışında qalib olmuş “Uğura gedən yolun başlanğıcı” layihəsi 22.12.2022-ci il tarixində icra planına uyğun olaraq XVII təlimi Gəncə şəhər 13 nömrəli tam orta məktəbdə baş tutmuşdur.
Layihə rəhbəri Gülnar Hüseynovada təlimdə iştirak edənlərə təşəkkür etmiş və təlimdə iştirak edən şəxslərin layihə haqqında fikirlərini, təkliflərini dinləmişdir.
Təlimin keçirilməsində göstərdiyi dəstəyə görə Gəncə şəhər Ş.İ.Xətai adına 13№-li tam orta məktəbin müəllim kollektivinə təşəkkür edirik! ☺️
_