14/12/2022
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin VI çağırışında qalib olmuş Gəncə şəhər M.Şəhriyar adına 40 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Lalə Həsəncanovanın "Aktiv şagirdlər - diqqətli valideyn" layihəsinin bağlanış mərasimi də açılış tədbiri, təlimi prosesləri kimi çox uğurlu və möhtəşəm keçdi. Bağlanış mərasimində Qiraətçi və Şairə Lalə Həsəncanovanın şeiri şagirdlər tərəfindən səsləndirilmiş, Lalə xanımda tədbir iştirakçıları önündə çıxış etmiş və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirmişdir. Bağlanış mərasiminin sonunda Lalə Həsəncanova iştirakçılara sertifikasiya və təşəkkürnamələr paylamışdır. Gələcək illərdə də təşkil olunacaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrdədə iştirak edərək yeni layihələrlə Azərbaycan elm və təhsilinə dəstək olacağam...