TEC -ADAU-Aqrobiznes və idarəetmə fakültəsi

TEC -ADAU-Aqrobiznes və idarəetmə fakültəsi

Share

Tələbə Elmi Cəmiyyəti

Photos from TEC -ADAU-Aqrobiznes və idarəetmə fakültəsi 's post 18/05/2023

18 may 2023-cü ildə Aqrobiznes və idarəetmə fakültəsində Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bilik yarışı keçirilmişdir. Bilik yarışında ilk 3 yeri tutan tələbələr sertifikatla, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif edilmişdir.
Yarışda Aqtobiznes və idarəetmə fakültəsinin TEC sədri G.İbrahimova və dekan müavini M.Hüseynov iştirak etmişdir. Qeyd edək ki, bilik yarışı Marketinq ixtisası üzrə 2-ci kurs tələbələri arasında keçirilmişdir.
İştirak edən tələbələrimizə uğurlar arzu edirik👍🙂

Photos from TEC -ADAU-Aqrobiznes və idarəetmə fakültəsi 's post 04/05/2023

2may 2023-cü il tarixində Aqrobiznes və idarəetmə fakültəsinin Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Biznes və ideyalar" adlı TEC-nin növbəti dərnəyi keçirilmişdir.
İlk növbədə Aqrobiznes və idarəetmə fakültəsinin TEC sədri Gunay Ibrahimova və Fakültə dekanı Əlöysəd Əsgərov Ulu öndər Heydər Əliyevin fəaliyyəti və həyatı haqqında məlumat verərək tələbələrə uğurlar arzu etdilər.
Daha sonra 5 tələbənin çıxışları fakültənin müəllimləri tərəfindən dinlənildi. Çıxış edən tələbələr və mövzuları aşağıdakılardır:
1) Xan-Xoyskaya Tamara- Mövzu: Rəqəmsal marketinq (Rəhbər: İnqa Xan-Xoyskaya)
2)İlkin Əliyev- Mövzu: İcarə lizinq əməliyyatlarının uçotu(Rəhbər: Allahverdiyeva Cəvahir)
3)Əli Xudiyev - Mövzu: Lizinq əməliyyatları üzrə uçotun xüsusiyyətləri (Rəhbər: Allahverdiyeva Cəvahir)
4) Bağırlı Muraz - Mövzu: BMW və uğur sirri (Rəhbər: Vəlizadə Həcər)
5) Əmiraslanova Sevinc- Mövzu: Marketing design (Rəhbər: Şirinzadə Fatimə)
Sonda çıxış edən tələbələrə təşəkkürnamə təqdim olundu və xatirə şəkilləri çəkildi.
Çıxış edən və iştirak edən tələbələrə uğurlar arzu edirik!😊

26/04/2023
Photos from TEC -ADAU-Aqrobiznes və idarəetmə fakültəsi 's post 16/03/2023

15 mart 2023-cü il tarixində Aqrobiznes və idarəetmə fakültəsinin Marketinq kafedrasının Tələbə Elmi Cəmiyyətinin "Gənc marketoloqlar" adlı dərnəyinin növbəti iclası keçirilmişdir. Marketinq kafedrasının müdiri Vəfa Məmmədova və TEC sədri Günay İbrahimova iclası açaraq tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, dərnəyin işinə uğurlar arzu etdilər.
Ümumilikdə dərnəkdə 7 tələbə çıxış etmişdir ki, bunlardan 3-ü azərbaycan, 4-ü isə rus dilində olmuşdur. TEC-də çıxış edən tələbələr və mövzuları isə aşağıda qeyd edilmişdir:
1) Xan-Xoyskaya Tamara - 2023-cü il Azərbaycanda e-ticarət mağazaları (Rəhbər: Xan-Xoyskaya İnqa)
2) Əmiraslanova Sevinc - Nestle və uğur sirri ( Rəhbər: Vəlizadə Həcər)
3) Bağırlı Muraz - Pepsi & Coca Cola rəqabəti( Rəhbər: Vəlizadə Həcər)
4) Mirzəyev Məhəmmədəli - Demarketinq taktikaları ( Rəhbər: İbrahimova Günay)
5) Məmmədov Nihat - Marketinqdə Məhsul siyasəti ( Rəhbər: İbrahimova Günay)
6) Məmmədova Səbinə- Marketinq mühiti ( Rəhbər: Bağırova Aytəkin)
7) Bayramova Nigar -İşğaldan azad olunmuş regionların əsas iqtisadi göstəriciləri( Rəhbər: Fərrux Rəhimov)
Sonda çıxış edən tələbələr təşəkkürnamə ilə təltif edildi.
Çıxış edən tələbələrə uğurlar və müvəffəqiyyətlər arzu edirik👍😊

Photos from TEC -ADAU-Aqrobiznes və idarəetmə fakültəsi 's post 01/12/2022

30 noyabr 2022-ci il tarixində saat 14:00-da Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Ə.Əsgərov, Marketinq kafedrasının müdiri V.Məmmədova, TEC sədri G.İbrahimova, marketinq kafedrasının müəllimləri və tələbələrin iştirakı ilə Aqrobiznes və idarəetmə fakültəsinin Marketinq kafedrasında "Gənc marketoloqlar" adlı dərnəyin növbəti iclası keçirilmişdir.
Dərnəkdə çıxış edən tələbələr:
1-ci yer: Orucov Xəyal 4-cü kurs Aqromühəndislik- Mövzu : Uğurlu marketinq planları və reklamları. (Rəhbər: G.İbrahimova)
2-ci yer: Şükürzadə Cəmilə-marketinq 4-cü kurs -Mövzu: Restoran tanıtımı- (Rəhbər: A.Həsənov)
3-cü yer : Məmmədli Nicat -iqtisadiyyat 4-cü kurs(rus bölməsi) Mövzu: Rəqəmsal marketinq və rəqəmsal valyutalar-(Rəhbər:A.Bağırova)
Növbəti çıxışlar:
Əsgərov Bəhruz-Marketinq 4-cü kurs (rus sektoru) Mövzu: Gemification -(Rəhbər:A.Bağırova)
Hüseynova Aytac -iqtisadiyyat 4-cü kurs Mövzu: Rənglərin alıcı psixologiyasına təsiri- (Rəhbər:T.Camalov)
Məmmədov Nihad Marketinq 2-ci kurs Mövzu: Büdcə-vergi sistemi ( Rəhbər :A.Həsənov)

Sonda çıxış edən tələbələrə təşəkkürnamələr və kitablar hədiyyə olundu və xatirə şəkilləri çəkildi.

Fakültə TEC-i adından çıxış edən tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq👍🙂

Want your school to be the top-listed School/college in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Adil İsgəndərov 26
Ganja
AZ2000