20/09/2026
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi şəhid Əhməd Zamanlının şəhadətə ucalmasının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində iştirak edib.
Anım mərasimində şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub, onun Vətən qarşısında göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs edilib.
Şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, onların keçdiyi şərəfli yolu gənc nəslə çatdırmaq hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!