Hədəf Kursları Gəncə filialı

Hədəf Kursları Gəncə filialı

Share

Hədəf Kursları artıq Gəncədə:

Abituriyent hazırlığı

Magistraturaya hazırlıq

MİQ im

25/06/2022

Robototexnika mütəxəssisi axtarırıq!

Mingəçevirdə müasir və interaktiv təhsilin ünvanı STEAM Academy uşaqlarla işləməyə həvəsli robotexnika müəllimlərini əməkdaşlığa dəvət edir.

Əgər siz də uşaqlarla işləməyi sevirsinizsə və yenilikçi tədris metodlarını dərslərinizə tətbiq etmək üçün fürsət axtarırsınızsa bizə müraciət etməyə tələsin!

Müraciət etmək üçün cv- nizi 📤 [email protected] adresinə göndərə bilərsiniz.
____________________
Ətraflı məlumat üçün:
📞070 800 07 77
📍Mingəçevir ş., Ü. Hacibəyov 9\1

Photos from Emin Amrullayev's post 07/12/2021

Dekabrın 6-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

1971-ci ildə inşa olunmuş Nügədi kənd 1 nömrəli tam orta məktəbin əvvəlki binası son illər tam yararsız vəziyyətdə olduğundan, Heydər Əliyev Fondunun dəstəyi ilə müasir standartlara cavab verən yeni məktəb inşa olunub.

26/11/2021

"Compstudy Tədris Mərkəzi"nin təşkil etdiyi ÖDƏNİŞSİZ "magistr" və "dövlət qulluğu" sınaq imtahanı 28 noyabr tarixində keçiriləcəkdir. İmtahanda fənlər üzrə istifadə olunacaq mövzular növbəti postlarımızda elan olunacaq.

Ətraflı məlumat üçün əlaqə: (+99470-275-66-63), (+99470-274-80-41) nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Hər birinizə uğurlar arzulayırıq!

05/11/2021

IX, X, XI siniflər üzrə buraxılış imtahanına QEYDİYYAT başlandı.

İmtahan 14 noyabr tarixində keçiriləcəkdir. Biletləri əldə etmək üçün “Mingəçevir Hədəf Kursları”na müraciət edə bilərsiniz.

Ünvan: M. Maqomayev 77, Telefon: 070-274-80-41

Qeyd: İmtahan karantin qaydalarına uyğun təşkil ediləcək.

15/09/2021
10/06/2021

Məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqə keçiriləcək

- - -

Məktəblilər arasında proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi elan edilir.

Müsabiqənin təşkilində məqsəd məktəblilərin rəqəmsal dünya, informatika elmi, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılmasıdır. Müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə V-VII sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqəyə qeydiyyat iyunun 10-dan 20-dək davam edəcək. Qeydiyyat üçün müvafiq linkə daxil ola bilərsiniz: Müsabiqəyə qeydiyyat - https://bit.ly/3weumTe

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ iyunun 27-də onlayn şəkildə keçiriləcək. Final mərhələsinin növbəti tədris ilinin əvvəlində təşkili nəzərdə tutulur. Yekunda qalib məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcəklər.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Qeyd edilən müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrindən ümumilikdə 25 medal qazanıblar.

04/02/2021

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur

- - -

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək.

2021-ci il 8 fevral tarixindən:

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;

Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla;

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.

-

2021-ci il 15 fevral tarixindən:

Məktəbəqədər təhsil müəssisələrində;

Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla;

Xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;

Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

31/01/2021

31 yanvar - Azərbaycan xalqının böyük oğlu, Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

“Vətən qayəsi və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.

Want your school to be the top-listed School/college in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


H. Əliyev 64
G***a