04/12/2025
4 dekabr tarixində Torpaqşünaslıq və Aqrokimya kafedrasında Ümumdünya Torpaq Gününə həsr olunmuş elmi–praktik TEC konfransı təşkil olundu. Tədbirdə iştirak edən 17 tələbə öz çıxışları ilə mövzunun aktuallığına diqqət çəkərək səmərəli müzakirələrə töhfə verdilər və hər biri sertifikatla təltif edildi. Eləcə də ən yüksək nəticə göstərən üç tələbə I, II və III yerlərə layiq görüldü.
Konfransda fakültə dekanı Xalıq Xəlilov, kafedra müdiri Həsənəli Aslanov və kafedra üzrə TEC rəhbəri İsmayılova Məhsəti tələbələrə elmə marağın artırılması, tədqiqat fəaliyyətinin genişləndirilməsi və gələcək TEC tədbirlərində daha fəal iştiraka dair dəyərli fikirlərini bildirdilər.
Bu tədbir gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması, onların torpaq elmlərinə marağının təşviqi və akademik mühitdə fəal fəaliyyətlərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.